Salxım söyüd
Xeberinfo.com: (Ardı)
Şənlik Whats App profilinə öz rəsmini qoymağı məğbul saymırdı.Bunu çox incə şəkildə Nərminə anlatmışdı. Nərmin Şənliyin fikirlərinə hörmətlə yanaşırdı həmişə. Elə onda da, bir söz deməmişdi. Salxım söyüdün müxtəlif tərəflərdən çəkilmiş, gah da, onun bulağın güzgüsündəki əsrarəngiz bir gözəlliiyə malik olan fotosunu qoyurdu Whats App profilinə.
Həmişə deyirdi bu nə gözəl ağacdır. Taleyimin ağacı deyirdi ona . “Uşaqlarımızı bu ağacın gölgəsində yatırarıq” deyirdi.
Ümumiyətlə Nərmin çox sevirdi bu dağların köksünə sığınmış Niyal kəndini.Buranı dünyanın ən gözəl kurortlarından üstün tuturdu.
Kamran babanın söyüdə aid əfsanəsindən bir az kədərlənsə də, onu daha da çox sevməyə başlamış, söyüdə dönmüş o qızı tumarlayır, utancaq qızlar kimi başını əyib, incə budaqlarından bir halə yaratmış ağaca daha da vurulmuş , ürəkdən bağlanmışdı.
Əllərini yuyub yuxarı qalxdı.Otaqa keçib şifonerin güzgüsünə tərəf boylandı.Fikirləri elə qarışmışdı ki, bir anlığa nə axtardığını unudub heykəl kimi evin otağın ortasında dayandı.Qaynatasının səsi onu yuxudan ayıltdı. Şənliyə səslənmişdi Ərşad kişi.
-Ay bala, Şənlik sənin anan deyəsən bizi ac qoyacaq, əlini uzat bir o televizoru yandır görək nə danışır. Elə vaxtında xatırladım, indi ANS televiziyası xəbərləri verəcək görək nə var nə yox cəbhədə vəziyyət necədir.Bu mənfur qonşularımız nə oyun çıxarırlar yenə?
Ərşad kişi xəbərlərin bir buraxılışını belə ötürmürdü. Ya gedib meydanda özünə bir yer tapıb radioya yaxın əyləşər, xəbələri son nöqtəsinə kimi dinləyib sonra da meydan əhlinin qızğın müzakirəsinə qoşular, ya da, evdə televizorun qarşısında oturub növbə ilə telekanalların xəbərlər buraxılışını izləyərdi. Doğurdanda, xəbərlər başlamışdı.Diktor xəbər başlıqlarını sadalayırdı. Xəbər başlıqlarını diqqətlə dinləyib əsas maraqlandığı xəbərləri öz –özlüyündə hansının daha əhəmiyyətli olduğunu öz fikrinə uyğun müəyyənləşdirib yerini rahatladı.
Ay Bəyim,allah sənə insaf versin. Bu gün barı bir məlumat ver də, görək bu gün bir loxma yeyəcəyik yoxsa hələ menyu tam hazır deyil deyib mətbəxə səsləndi.
Nərimin xatırladı ki, əlini qurulamaq üçün evə girib.Şifoneri açıb səliqə ilə yığılmış dəsmalların içindən bir yasəmən çiçəyi rəngdə xovlu əl dəsmalı seçib götürdü.Dəsmalı əlinə alanda arasından nə isə sürüşüb düz ayaqlarının üzərinə düşdü.Nərimin diksinib ayağını çəkdi və aşağı əyilib nə olduğunu bilmək üçün əlini uzatdı.Yarpaqları ütülənmiş kimi görünüən bir söyüd budağı idi yerə düşən. Xatırladı ki, bu budağı özü keçən il qırıb gətirib dolaba dəsmallar olan qoymuşdu. Budağı qırmışdı amma, sonradan peşiman olmuşdu.
O zaman: oy mən nə etdim əzizim, incitdim səni,demişdi .Sonra da pərt halda gülümsəmişdi.
Daha heç nə etmək olmazdı.Onu elə ani qırmışdı ki.Bir yadigar budaq qıracam söyüddən qoyacam şifonerə demişdi. Daha iş işdən keçmişdi. Budağı gətirib şifonerə paltarların arasına qoymuşdu necə gəldi.İndi bir anlığa o yadigar sözü yadına düşdü.
Bu həyatda təsadüfi heç nə olmur sən demə.Hər anın, hər günün və saatın bir bir hökmü var. Heç hərəkətlərimiz də bizdən asılı deyil.Bəzən insan düşünür ki, bu işi belə edəcəm.Yaxud planlar qurur. Bütün bunların bu hərəkətlərin başındamı deyim əsasındamı deyim bir ilahi qüvvəmi deyim, bir məntiqmi deyim, yaxud bizi idarə edən -zamanın məntiqi .Bəli bizi idarə edən zamanın məntiqi.Elə bəlkə də Nərmin o mənqiqlə qırmışdı o budağı.
İnsan arzularının istəkləirinin zamanın çərçivəsinə, qəlibinə salan məntiq.Yaxud bir tarazlıq meyarı deyək.Hansı ki, bu meyar izləyir bizləri.Addımlarımızı hərəkətlərimizə çəki düzən verir.Öz cazibə qüvvəsindən çıxmağa imkan verməyən bir tarazlıqdır.İnsan düşünür hərəkət edir, əməllərini istəklərini həyata keçirir. Nəyi isə nizamlayır, uyğunlaşdırır. Bir sözlə həyat məqsədinə yoluna uyğun hərəkət etdiyi bir vaxtda elə bir qeyri-adi yaxud da heç düşünmədiyi bir hərəkəti addımı ani olaraq atır və bunun fərqinə varmırıq. İllər, bəzəndə az bir müddət keçəndə qarşılaşdığı bir an, hadisələrin axarı həmin hərəkətin onun beynin komandası olmayan hərəkətin mənası bütün çılpaqlığı ilə gəlib düşür yadına.
Budağı əlinə almaq istəyəndə, keçən yaydan bəri ütülü, kitab kimi sıx dəsmalların arasında düppədüz qalmış bu zərif budağ bir andaca ovuldu . Budağın orta hissəsi ovuldu digər hissələr , budağın qırılmış hissəsi və uca doğru yarpaqları sumağı xalçanın üzərində qaldı. Nərimin başa düşdü ki,onu əlinə ala bilməyəcək. Çömbəlib yerdə oturmuşdu Nərimin.Xalçanın üzərində gölgə kimi görünüən budağın qırıqlarına siğal çəkmək istədi.Əlini uzadıb astaca şax görünən əslində isə ovulacaq qədər zərif budağı astaca sığalladı.Əlini çəkəndə xalçanın üzərində yarpağların solğun yaşıla çalan ovuntusu qalmışdı.
Nərimin ayağa qalxıb mətbəxə keçdi Bəyim arvad bişirdiyi növbənöv yeməkləri çəkmək üçün qabları stola qoymuşdu.
Yaxşı gəldin qadan alım bir az yardım et yeməyi verək süfrəyə -dedi. Gəlin qaynana yeməkləri stola düzməyə başladılar.
Xəbərlər davam edirdi.
Diktor ölkənin günün siyasi xəbərlərini oxuyurdu: Naxçıvanda yeni cəbhə açılır: Ermənilər- Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşündən təşvişə düşüb.
-Hər yeni xəbərdən sonra Ərşad kişi fikrini ucadan deyirdi.
-Hə azğın köpək uşağı kürkünüzə belə birə düşər.
Bir azdan xəbərlər bitdi. Ərşad kişi televizorun kanalllarını dəyişməyə başladı. Kanallar bir –birini əvəz edir, ürəyinə yatan bir veriliş axtarmaqda idi.Əlini saxladı.Azərbaycan tarixinə dair bir verliş gedirdi.Aşağıda xırda hərflərlə mövzunun adı fırlanırdı.Telejurnalist Rasim Hədəf Turan mövzusunda reportaj hazırlamışdı. Bir az diqqət kəsildikdən sonra məlum oldu ki,reportaj Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları barədədir. Jurnalist Macarıstandakı böyük Turan coşqususundan söz açıb, sonra da alim və tədqiqatçıları bu mövzunu tədiq etməyə səsləyird.Sonra söz tarixçilərə verildi. Azərbaycanda yaşayan qədim tayfalar haqqında , xüsusilə də Hun tayfaları haqqında tarixçi alim Həmid Niyaldağlı geniş məlumat verməyə başladı:
“Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan bir diyardır.Elə bu səbəbdən də bir çox ərazilərdə qədim yaşayış məskənlərinə rast gəlinir. Ölkəmizin qədim zəngin diyar olduğunu göstərən minlərlə mədəniyyət abidələri mövcuddur. Bunlardan biri də Muxurtəpə adlı yaşayış məskənidir. Aparılan qazıntılar zamanı abidənin orta əsrləri əhatə edən faktlara söykənməsinə baxmayaraq tədqiqatçılar abidənin daha əvvəlki dövrlərə aid olduğunu bildirirlər.“
Muxurtəpə qədim yaşayış məskəni aran rayonunun Nurulu kəndi ərazisində yerləşir. Ərazisi 1 hektardan çox olan yaşayış məskəninin hazırda hündürlüyü 20 metrdən çoxdur.2008-2009-cu illərdə tədqiqatçıların apardığı arxeoloji qazıntılar zamanı burada orta əsrlərə aid məişət əşyaları aşkarlanıb. Tarixçi Ümidvar Eyvazlı bildirdi ki, qazıntı nəticəsində aşkarlanan tapıntı onu göstərir ki, abidə orta əsrlərə aiddir. Yəni şüşəli qablar, camlar, küp bardaqlar var ki, bu da onu göstərir ki, uzun müddət burada yaşayan Arandağ zonasının əhalisi dağdan qayıdanda burada basdırdıqları küpdən istifadə edirmişlər.
İndi də Elimxan Bahadıroğlu söhbəti davan etidirirdi:fikrimcə , Muxurtəpədə yaşayış məskəninin tarixi heç də orta əsrlərlə kifayətlənmir. Çünki bu ərazilərin tunc dövrünə kimi yaşı var. Tarixçinin sözləri ilə desək, vaxtı ilə burada Muğ və Hun tayfaları yaşayıb.Eynilə bu kimi təpələrə bənzər eyni istiqamətdə olan Qızıltəpə, Qaratəpə adlı ərazilər tarixi oxşarlığa malikdir. Tarixi yerlərin hər biri qalın torpaq örtüyünə malikdir. Burada bir çox tarixi faktların dərin qatlarda qaldığını ehtimal edən müsahibimiz hələ də bu yerlərdə arxeoloji qazıntılara ehtiyac olduğunu söyləyir.Alimlər bir birini əvəz edir, Azərbaycan tarixinin qədimliyindən danışır, bu yerlərdə yeniden arxeoloji qazıntılar aparılarsa, burada qədim tunc dövrunə aid əşyalar çıxa biləyini də vurğuladılar.
Ona görə də o, Azərbaycan Millli Elmlər Akademiyasının Arxeologiya şöbəsinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edir ki, bu təpələrdə heç olmasa, müəyyən qədər arxeoloji qazıntılar aparılsın və öyrənilsin ki, bu neçənci əsri əhatə etmişdir.
Gəlin –qaynana stolu yığışdırmaq üzrə idilər.
Noldu ay Bəyim bu saatda yiğdin stolu. Bir soruşmursan ki, yemək istəyən var ya yoxdu, deyə televizora diqqət kəsilən Ərşad kişi dilləndi. Bayaqdan Bəyim arvadda qulaq verirdi.Arada Hun tayfaları Hun məskənləri eşidəndə lap diqqət kəsilsə də, Ərşadın sözlərinə elə də reaksiya vermədi.Bəyim arvad öyrəncəli idi.Ərşadın bu sayaq iradlarına odur ki, dinmədən işini davam etdirdi.
Təsadüfə bax sən demə ondan başqa hamı verlişə qulaq kəsilmişdi.Amma hər öz prizması çərçivəsində.Bəyim arvad kəndin sayılıb seçilən qadınlarından idi.İstər şər istər də xeyir işlərində məclisin hörmətli sayılan yerində əyləşdirərdilər onu.Baxmayaraq ki, yaşı altmışı haqlamışdı hələ nəvə vəticə sahibi olmasa da, bunu özünə dərd etməz çəkdiyinni ürəyində çəkirdi.Qurban olduğumun kəramətinə deyirdi bel bağlamışam.
Sinədəftər idi Bəyim arvad.Dəyərli səsi qəddi-qaməti ilə diqqəti cəlb edirdi.Bu kəndə Şamaxıdan gəlin gəlmişdi. Cavanlığında gözəlliyi, yer bilənliyi , qanacağı qabiliyyəti, ahıllığında da sözünün hökmü, hörməti izzəti, üzünün nuru ilə ağbirçəyliyi ilə ad çıxarmışdı. Nə yazıq ki, nəvə həsrətlisi idi.Xınayaxdılarda toy axşamlarında Bəyim arvad gəldimi məclis qızışırdı. Dili nəğməli- bayatılı, cavanlı –qocalı, qadın-qız şeir deyər, məclisin agənginə uyğun bayatılar söyləyərdilər bu kənddə. Yas məclislərdə bayatı çəkməyi var idi ki, insanın tükləri biz biz olurdu. İndi əlində iş görə görə fikri uzaqlara getmişdi. Şamaxı məclislərini, analarının nənələrinin getdiyi hərdən də onu yanıyca apardığı vaxtlər düşdü yadına. O vaxtı, evlərində də, tez-tez qurulan imam məclislərini xatırladı. Rəhmətlik anası Sona ananın bayatısı gəldi düşdü yadına.
Gəl gedək Hun dağana
Yaş tökək Hun dağına
Oğlu ölən ananın
Qan damar qundağına
Bu bayatının və digər bayatıları o özü də indi deyirdi məclislərdə.Bəyimin gəlin gəldiyi vaxtdan ən azı 40 ilə yaxın bir vaxt keçmişdi. Bu bayatını kənd gəlinləri bir az dəyişdirmiş necə deyərlər, özəlləşdirmişdilər.
Niyal kəndinin də Qarabağ müharibəsində say seçmə oğulları qurban getmişdi. Cavan-cavan gəlinlər şəhid anası idi. Onlar bu bayatını elə bu şəhid məclislərində, vətən uğrunda canından keçən ciyərparalarının məclislərindəcə dəyişdirmiş,
Gəl gedək Fit dağana
Yaş tökək Fit dağına
Oğlu ölən ananın
Qan damar qundağına
İndi Hun tayfalarından söhbət gedəndə bir anlığa xəyala dalmış, uşaqlıq illəri, gəncliyi, və uzaqdan uzaqa qohumluğu çatan Ərşada ərə verilmişdi. O zaman valideylərinin sözündən çıxa bilməmiş, tanımadığı üzünü belə görmədiyi Ərşada ərə getmək istəməmişdi. Lakin kim idi onu dinləyən. Valideynləri, ailəsi Şamaxının hörmətli –izzətli adamları idi.Həddi nə idi ki, bir sözünü iki eliyə.Onda qalmışdı ki, valideynlərinin dağdan ağır Niyallı ağsaqqlallara verdiyi sözün müqabilində hələ bir etiraz edə. Ərşad da, alah tərəfi Niyal ağsaqqallarının, valideyinlərinin necə deyərlər üzünü ağ etmişdi. Elə ilk gəlin gəldiyi gündən Bəyimin ürəyinə yatmışdı.Odur ki, taleyini Ərşadla bağldığına heç peşman da deyildi.
Son vaxtlar televiziya radio, mətbuat ancaq milli ruhda qurulmuşdu.Verilən reportajin məğzi də milli ruhda idi söhbət Azərbaycan tarixi, Azərbaycan xalqı onun qədim araziləri əhalisi, bu torpaqla sıx bağlı olan bir mövzu idi.
Ərşad kişi televizorun düyməsini basıb kanalı çevirdi, maraqlı diqqətini çəkən bir şey tapmadığından pultun yaşıl düyməsini basıb ekranı qaraltdı, yerini rahatlayıb çay gözləməyə başladı. Nə düşündüsə eyvandan aşağı həyətə sarı boylandı:
Deyirəm, bəlkə çayı həyətdə içək?
Necə fikirdi sizə çətin olmaz ki, çay dəstgahını ora gətirmək?
Ərşad üzünü Bəyim arvada tutsa da, əslində sözü gəlininə eşitdirirdi. Nərimin qulaqlarına inanmadı. Axı bu necə olacaq orada, çay içəcəkləri yerdə, indi dekorativ bəzək ağacı dayanmışdı. Laklı skameykaya tərəf meylləndə də, qol qanadı ona çatmırdı axı.
Sinəsi qabarmış halda oturacağa tərəf meyillənən dekorativ ağac nə o yanlıq, idi nə də bu yanlıq. Nərmin düşünürdü çılpaq üstü açıq oturacaq da oturub çay içməyin nə anlamı olacaqdı ki?Üstəlik hələ hava da elə qızmamışdı. Baharın nəfəsi qışın nəfəsinə üstün gəlsədə, hardasa hava da yüngül soyuq bir nəfəs də hiss olunmaqdaydı. Fit elə bil dərindən nəfəs alıb ara bir Niyal kəndinin üstündən soyuqtəhər bir hava zolaqı buraxırdı.
Nərmin başa düşdü ki, Ərşad kişi bunu ya unudub ya da heç vecinə deyil salxım söyüdün olub olmaması. Qaynanası gəlinin bu ağaca olan sonsuz məhəbbətini bilirdi.Ona görə də bayaqdan gözaltı onun hərəkətlərini izləyir, kefsiz olduğunu görür lakin heç bir sual verməsə də qayğılı olduğunu anlayırdı.
İndi Ərşadın bu yersiz təklifi ona lap təsir etdi.Söyüd ağacının kəsilməsini onun sonsuz gözəlliyinə nəyin xatirinə qıymaqlarını gəlinə necə deyəydi axı. Söyüdün balta ilə dibindən kəsilməsindən lap az keçmişdi. Hələ söyüd ağacının yerin dərin qatlarına getmiş və bolluca qidalanan kökləri təslim olmaq istəmirdi.Ağacın baltalanmış kökündən neçə müddət su axdı.Göz yaşı kimi şəffaf su.Ağlayırdı.Sanki onu belə edənlərə göz yaşları ilə etiraz edirdi.Ağacın kəsilməsi ailə üzvlərinin hamısına təsir etmişdi.Ər evində olan qızı Aysel, kənd məktəbində idman müəllimi işləyən oğlu Zaur da ağacı kəsməmələri üçün anasını çox dilə tutmuşdu.
Lakin qərar qəti idi.Söyüd kəsilməli, bu həyətdən izi tozu belə qalmamlı idi. Bəyim nə qədər də, Ərşada hörmət etsə, bir sözünü iki etməsə də , söyüsün kəsilməsini qəti qoymuşdu.
Keçən ay qonşu Həliməxanımın qızı bərk soyuqlamış, sətəlcəm olmuşdu.İmkansızlıqdan həkimə müracitə etməmiş və nəticədə daha da ağırlaşmışdı.Onda Ərşadın təklifi ilə rayon mərkəzindən təcili yardım çağırası olmuşdular. Təcili yardım maşınını Ərşad kişi qarşılamışdı. Həkim xəstəni yoxlayandan sonra onu evə dəvət etmişdi.Onda Bəyim arvad söyüdün altında çay süfrəsi açmışdı.
Həkimlər pürrəngi çaydan içib sərinləmiş , söyüd ağacının gözəlliyinə təriflər demişdilər. Ağacın gözəlliyindən həyətdəki sərinliyinin əvəzsiz olduğunu vurğulamışdılar. O zaman sakitcə oturub çayını içən, lakin söhbətlərə müdaxilə etməyən təcili yardım maşının sürücüsü, Ərşad kişiyə sual vermişdi ki, dayı nəvədən nəticədən nəyiniz var gözümə dəymir?
Söhbətin şirin yerində sürücünün qəfil belə sual verməsi ürəyindən olmasa da cavab verməyə məcbur olan Ərşad kişi, pərt halda:
-Hələ gözləyirik demişdi. İnşallah bizim də payımızı ilahi verər. Qonaqlara can başla qulluq edən Bəyim arvadın heç xoşuna gəlməmişdi sürücünün qəfil verdiyi verdiyi sual. Arvad alınmış, qaş –qabağı yer süpürmüşdü.Bu heç də sürücünün gözündən yayınmamışdı və sualının bunlara nə isə pis təsir etdiyini başa düşsədə düz əməlli bir şey anlamamışdı.
Aralığa xoşagəlməz sükut çökdü. Ərşad arvadına tərəf qanrıldı və onun sifətinin dəyişdiyini bayaqkı əhvalından əsər əlamət qalmadığını gördü.
Söyüdün gölgəsində stol ətrafında əyləşən müalicə həkimi və yaşlıtəhər tibb bacısı da bunu duymuşdu. Sürücü qarşısınındakı armudu stəkanı əlinə alıb bir qurtum alıb :
Dayı allah arzunuza çatdırsın sizi dedi. Tibb bacısı da öz növbəsində Bəyim arvada:
Kimdir ki, oğlunuzdu ya qızınız evladı olmayan?- deyə soruşdu.
Ardı var …
Natavan Niyal