Salxım söyüd
Xeberinfo.com: (Hekayə)
Darvazadan içəri giriəndə gözünə ilk dəyən salxım söyüdün boş qalmış yeri oldu.Bir dəqiqəliyinə dili tutuldu elə bil.
Gəlin gözlərinə inanmadı. Gözlərini yumub salxım söyüdü görmək, onu bir daha görmək ümidilə açdı. Gəlin əmin oldu ki, salxım söyüd doğurdanda yerində yoxdur. Anladı ki tərpənsə müvazinətini itirib yıxılacaq.
Ətrafına boylandı ins-cins yox idi.
Nə yaxşı ki, həyat yoldaşı hələ maşını həyətin o başından bağa açılan digər darvazadan içəri salamaqla məşğul idi və gəlinin keçirdiyi bu halı görmürdü.Özünü itirmiş halda salxım söyüdün boş qalmış yerinə tərəf addımladı.
Salxım söyüdün dibində sərinləmək üçün ağacdan düzəldilib, cilalanmış , laklanmış təzə beçə balı rəngində skamya qoyulmuşdu. Skamyanı qayınatası Ərşad məxsusi olaraq salxım söyüdün altında oturmaq, evə gələn qonaq qaranın rahatlığı üçün rayonda sifariş edib düzəldirmişdi.
Bu evə qonaq gələnlər həyətə girib Salxım söyüdü gördümü, düz ona tərəf gedir, par-par parıldıyan adama gəl –gəl deyən rahat skamyada otururdu.
May ayından ailə salxım söyüdün ətrafına köçər,səhər, günorta, axşam yeməyini, çayı yalnız orda içərdilər. Salxım söyüd də nazlana –nazlana öz qonaqlarının başını sığallayır, sirli pıçıltıları ilə ovqat təzələyirdi.
Adi vaxtlarda salxım söyüdə baxan olmurdu.Havalar soyuyanda yayda tökülüb gələn qonaq qara gedəndən sonra darıxırdı salxım söyüd.Ərşaddan başqa onun dindirən əhvalın soran salxım tellərinə tumar çəkən yox idi.Ərşad hər gün onunla salamlaşır, hal əhval da tuturdu.Onu da təzəlikcə başlamışdı.Hal -əhval tutmağı.Ərşadın Salxım Söyüdlə belə əhvallaşması onu dindirib danışdırması nə yandakı bəzək ağacına nə də ətrafdakı digər ağaclara xoş gəlmirdi deyəsən.Bunu da Ərşad özü kəşf eləmişdi. Düşünürdü ki, bu ağaclar deyəsən Salxım Söyüdə həsəd aparır axı. Mən salxım söyüdə yanaşan kimi onun gövdəsi ətrafında çətirlənmiş salxım budaqlarının sıralanmış, elə bil qəlibdən çıxmış kimi eyni biçimli yarpaqları pıçıldaşır məni salamlayır. Amma digər ağaclarda bunu hiss etmirəm, deyirdi.
İndi həyətdə sakitlik idi.
Oğlu ilə gəlinin gələcəyini bilən Bəyim xala mətbəxdə biş düşlə məşğul idi. Birtərəfdə plov, birtərəfdə pipyarpağındandolma, birtərəfdə yarpızdovğası hazırlayırdı.Yemək bişirməyə o qədər aludə olmuşdu ki, nə küçədə tormoz verib saxlayan maşını nə də dəmir darvazanın özünə məxsus nazik ciyiltini eşidə bilmədi.
Odurki, gəlininhəyətə giribsalxımsöyüdə tərəfgetməsinidə görməmişdi.Salxımsöyüd... keçənilbuvaxtı nazlı gəlinkimidayanmış gəlibgedənihəzinpıçıltısı ilə salamlayırdı. İndigəlinibelə şokasalandaSalxımsöyüdünyerində olmaması idi.
Nərminqorxaqorxadekatativağacınbərabərinə bəzəkliskameykanın önünə baxdı.Salxımsöyüdünbaltalanmış kökü çoxacınacaqlı şəkildə qaralırdı.Kəsilmiş hissədənlaptopağabitişikyerdəntəzə qırılmış pöhrələrinyaşılımtılyerində gözyaşı kimidumdurusuyığılmışdı.Görünürkəsilmiş ağacyazıngəlməsiilə kökdənpöhrə vermiş, lakinhansısainsafsızbir əlonları daqırıbatmışdı.Qırılmış pöhrəninboş qalmış hələ qaralmamış ikigözə bənzəyənyerindənsudamlaları çıxıbaşağı sızılırdı.
Ağlayırdı Salxım söyüd.
Özü özünü ağlayırdı dilsiz sözsüz ağı deyirdi sanki .
Nərmin daha baxa bilmədi hövlündən az qaldı ürəyi sinəsini deşib çıxsın.
Kor-kor gör-gör, daha Salxım söyüd yox idi.
Nərmin on il idi ki, Şənliklə ailə qurmuşdu. On il idi ki, bu evin, bu ocağın gəlini idi. Gəlin gəldiyinin birinci ilində Salxım söyüd hələ elə qədd qamətli olmasa da bəstə qızlar kimi idi.
Nərminin hər gəlişində bir boy ucalır qəşəngləşirdi.
Ilk gəlişində əli demək olar ki çatırdı onun kövrək incə budaqlarına.Hər gəlişində sığallayırdı əzizləyirdi saçlarını.
Nə gözəl ağacdır bu deyirdi.Salxım söyüdə baxanda xəyallanırdı Nərimin.
Xəyalına gələcəkdə həyata gələcək körpələri gəlirdi.
O təbiət həvəskarı idi. Əsli-nəsli rayondan olsada gözlərini həyata Bakıda açmışdı.
Həyət evində.
Geniş aynabəndli bir evləri var idi.
Şəhərin Razin qəsəbəsində.Atası həyətdə bəzək ağacları ilə birgə meyvə ağacları da əkmişdi.Şıltaq Bakı küləyi həyətin ağaclarını nə qədər döyəcləsə, belədən belə çevirsə də.
Bərəkətli Bakı torpağı onları qurumağa qoymurdu.Nərmin hələ kiçik yaşalrından bu ağaclara qarşı bir məhəbbət bir sevgi duyurdu qəlbində.
Daima onları əzizləyir,qulluq edirdi.
Böyüyüb əli iş tutandan həyətdəki ağacları, gül çiçəyi Nərmin sulayır diblərini yumşaldır qayğısını çəkirdi.
Şənlikgilin həyəti başdan -başa yaşıllığa bürünmüşdü.
İndi.....
nə salxım söyüd vardı nə də onun pıçıldaşan qırçın telləri.
Ana təbiətin min bir mözüzəsi var imiş.Ürəyi sıxıldı Nərminin.Bir anlığa fikri neçə il əvvələ getdi.
Hələ onda təzə evlənmişdilər Şənliklə.
O zaman söyüd hələ gözəlləşməmişdisə də cazibədar idi.
Gölgə sala bilmirdi.
Nə gölgəsi vardı, nə də gölgəsində oturacaq.
Amma elə gördüyü ilk gündən Nərminin çox xoşuna gəlirdi.
Yadındadır o zaman dekorativ ağacla söyüdün arasındakı düz yerdə kiçik nisbətən alçaq, qədimi uzunsov, uzun illər yazı stolu olan indi köhnəlmiş və həyətə istifadə üçün qoyulmuş stolu qoyub ətrafında da iki qatlama stul qoymuşdu.
Evdə ikisi idi. Qədimi samovarı həyətə aparmış stolun ətrafında qoyub Niyalın can dərmanı olan bulaq suyundan bir gözəl çay qaynadıb, ətirli çay dəmləmiş, evdə xudmani bir çay süfrəsi düzəltmişdi. O söyüdlə ilk yaxınlığı idi Nərminin.
Nərmin:
Gəl Şənlik bu ağac gör necə gözəldir burda çay içək demişdi.Qonşu ilə qaynatagilin bağını cüzi bir çəpər ayırırdı buna simvolik çəpər deyirdi Nərmin.
Qoca bağban bağda işləsə də altdan altdan cavanları süzür ,istəsə də istəməsə də söhbətlərini eşidirdi. Bağban Nərminin bu nə gözəl ağacdır-deməsini eşitmişdi, ona görə azacıq çəpərə yaxınlaşıb salamlaşdı və buna salxım söyüd deyərlər qızım dedi.
Gör böyüyb nə gözəl olacaq hələ bu harasıdır.
Qız qocanın söhbətə qoşulacaqını gözləməsə də buna sevindi.
Necə , baba adı salxım söyüddürmü bu ağacın?
Deyə sadəllövhcəsinə soruşmuş.Bu ağacdan çox görmüşəm demişdi Nərmin.
Hə dedi o salxım söyüddür. Adətən belə adlandırırlar sortu belədir salxım söyüd.
Nərmin:
Şənlik bax bu gündən bu ağac oldu mənim.
Adı da Salxım söyüd.
Şənlik mübarəkdir dedi, gülüşdülər.
Qoca bağban hə qızım buna salxım söyüd deyərlər deyə davam etdi.Bunun bizim yerlərdə yabanı sortu bitir, heç bəxti yoxdur bu ağacın. Saçları qulac qulac olacaq özü də nazlı gəlin kimi, eyzən sənin kimi. Nərmin bu tərifdən pörtüb qızarmışdısa da düzü çox xoşuna gəlmiş, ləzzət etmişdi ona.
Ona qulluq elə.
Amma ....sözünün dalısını gətirmədi elə bil peşiman oldu söylədiklərinə. Nərmin gülə gülə : amma nə ? demədiniz !!
Heç dedi qoca bağban.
Nərmin əl çəkmədi nə deyirdiniz saxladınız danışın baba.
-heç söyüd əfsanəsi yadıma düşdü dedi qoca bağban. Çox çox maraqlı bir əfsanədir bu salxım söyüd əfsanəsi onu xatırladım. Nərmin israr etdi .
Şənlik: Ay qız babanı işdən eləmə yorma dedi balaca bəbə deyilsən ki!!
Baba həvəslənmişdi, gəncələrlə söhbət etmək onun xoşuna gəlirdi .Övladı yox idi heç olmamışdı. Sevib seçib aldığı Gülgəzlə birgə düz əlli ilömür sürmüşdü baba. Üç-dörd il əvvəl Gülgəz qarı onu tək qoyub allahın rəhmətinə qovuşmuşdu.
Bağban dayanıb gənclərə baxsa da fikri uzaqlara getmişdi.Şənliyin səsi onu xəyaldan ayırdı.
Danış baba o söyüd əfsanəsini yoxsa bu Nərmin əl çəkməyəcək. Nərmin həzin –həzin dızıldayan sarı qədimi mis samovardan armudu stəkana çay süzüb stola qoydu .
Baba buyurun adlayın çəpəri, əyləşin çay için bizimlə .
elə ayaq üstü danışmayacaqsınız ki?
-Yox qızım mənim özümun burada stulum da var stəkanım da verim elə buna çay süz oturum.
Nərimin yaman maraqlanmışdı söyüd əfsanəsi ilə ürəyi tələsirdi onu tez eşitmək istəyirdi.Nərmin uşaqlıqdan nağıl əfsanə həvəskarı idi.Beşinci sinifə kimi ona yeməyi yalnız nağıl söyləməklə yedizdiridilər. İndi göydən düşmüşdü baba əlinə. Onu danışdırmamış əl çəkəsi deyildi.Baba da yaman darıxmışdı ünsiyyət üçün.75 yaşlı bu qıvraq qoca adam üzünə həsrət idi. Bağbanı olduğu həyətdə ev yiyəsi onun üçün xudmani, içinin hər şəraiti olan bir ev tikdirmişdi.
Uzun illər idi ki, onlar Gülgəz qarı ilə bu evdə yaşamışdılar.
Düzdür kişinin ata-babadan qalma evi –mülkü var idi amma nə fayda evladı olmadı, iri həyət bacaya baxa bilmirdi.Bağı becərə bilmirdi.Qardaşının ondan fərqli olaraq on bir uşaqı var idi.
Oğlanlar böyüdükcə onları evləndirib yerbəyer etmək çətin idi. Elə o vaxtdan baba bu kiçik həyətə bacaya baxır, həm onu qoruyur həm də xozeynin sifarişi ilə yeni meyvə ağacları əkir, öz ehtiyacları üçün tərəvəz, bostan bitkiləri becərirdi.
Allah tərəfi ev sahibidə onun əməyini yaxşı qiymətləndirir yaxşı aylıq məvacib verirdi. Bir gün də həyətdə məsxusən onun üçün tikdirdiyi evin açarlarını vermiş ,ehtiyatla baba bəlkə köçüb burda yaşayasınız Gülgəz nənə ilə söyləmişdi.
Baba tərəddüd etsə də razılaşmış, ata –baba mülkünü sidq ürəklə qardaşının oğluna vermişdi.
Baba öz əlilə palıd ağacından düəltdiyi “stolu” diyirlədərək Nərminlə Şənliyin oturduğu səmtə gətirib dikəltdi və üstü hamar ağappaq rəndələnmiş dəyirmi “kiçik stol” u çəpərin lap dibinə gəncələrə yaxın yerə qoydu.
Eyni ilə həmin ağacdan düzəlmiş oturacağı da gətirib qoydu Nərmin süzdüyü armudu stəkandakı çayı ona uzatdı.
Qoca çayı alıb “stola qoydu” əlin qar kimi ağarmış bığlarına çəkib boğazını arıtladı və söhbətə başladı.
Şənlik düşünürdü ki bu əfsanə heç də maraqlı olmayacaq.Lakin Nərminin ulduz kimi parlayan iri ala gözlərinə baxanda sakitcə oturub dinləməyə hazırlaşdı.Baba çaydan bir qurtum alıb söhbətinə başladı.
Hə.... Keçmiş zamanlarda çox gözəl bir gəlin varmış. Gözəlliyi,evdarlıgı və tərbiyəsi dillərdə dastan imiş. Nur topu kimi qız övladı və tacir həyat yoldaşı ilə ömür sürürmüş.Lakin əcəl zamansız gəlir bu gəlin üçün. Ömrünün son dəqiqələrində ömür-gün yoldaşına belə vəsiət edir:
-Bilirəmki, evlənəcəksən. Ömür-gün yoldaşı lazımdı. Yad gəlib mənim balama dogma ana ola bilməz. Sənə vəsiyyətim budur: sag qolumu kəsib bir süpürgənin içinə tik .Bundan heç kəsə bir söz demə.
Yeni arvadına deyərsənki, qızım səni hirsləndirsə onu bu süpürgə ilə döyərsən.
Bunu deyib gəlin gözlərini əbədi yumur.....
Tacir arvadının son arzusunu yerinə yetirir.
Bir müddətdən sonra tacir evlənir.ilə əlaqədar səyahətə çıxanda yeni arvadına deyir:
-Uşaq sözünə baxmasa bax küncdəki süpürgə ilə dərsini verərsən!
Yeni arvad əzilib-büzülür:
-A kişi nə danışırsan? Döymək nədi?Heç mənim balamıza əlim qalxarmı?
Kişi yola düşür .Ögey ana o dəqiqə süpürgəni götürüb qızı o ki var döyür. Evin bütün iş gücünü qıza tapşırıb özü qonşuya söhbətə gedir. Gəlib qızın gördüyü işlərin hərəsinə bir qulp qoyub yenidən döyür. Qızın bundan sonrakı günləri belə keçir: iş-güc və süpürgə ilə döyülmək.
Ögəy ananın anlamadıgı bir iş vardı. Qız döyüldükcə gözəlləşirdi,böyüyürdü. Qızın gözəlliyi el obanın dilində dastan olmuşdu.Günəşlə onu görcək utanıb buludlarıb arxasında gizlənirdi.Bulud isə getdiyi yol toz olmasın deyə yollarına su səpirdi.Yanaqlari al lalə ilə bəhsə girir, saçlarını külək sevgi ilə darayırdı.Ögəy hər daha böyük nifrət və qəzəblə süpürgəni qıza vururdu. Dəyən hər zərbə qızı biraz da gözəlləşdirirdi.Elə bil ona zərbə dəymirdi, sevgi,nəvaziş dolu əl sıgallayırdı.
Ögəy ana dərdini küpəgirən qarıya danışır.Ona diqqətlə qulaq asan küpəgirən qarı süpürgəni ona gətirməsini tapşırır.
Ögəy ana süpürgəni gətirir.Süpürgəni açan qarı içindən qurumuş bir insan qolu tapır.Üzünü qəzəbli ögəy anaya tutb deyir:
-Bax bu əldir qızın gözəlləşməsinin səbəbi.
Bu onun anasının əlidir. Sən nə qədər acıqla döysən də ana əli sevgisi ilə balasını sənin qəzəbindən qoruyur.Bu əli apar dəfn et, süpürgəni əvvəlki kimi bagla.Nəticəni çox keçməz görərsən.
Ögey ana qarının dediklərini tez yerinə yetirib evə qayıdır.Qızı döyməyə başlayır. Qız hiss edirki bu dəfə zərbələr onu incidir.
Qəlbi daşa dönmüş qadın hər dəqiqə qızı amansızlıqla döyür, qızın günü gündən soldugunu, arıqladıgını hətta çirkinləşdiyini görür.Bu belə onun amasızlıgını azaltmır.
Zavallı qız artıq nə edəcəyini bilmirdi.
Hər gün biraz daha da zəifləyir, gücü-qüvvəti azalırdı.
Səbirsizlikə atasını gözləyir, atasının səfəri başa çatmaq bilmirdi.
Bir günögey ana yenə onu döyməyə başlayır.Qız birtəhər əlindən qurtulub qaçmağa başlayır.Nifrət dolu ögey ana ardınca düşür.
Qız qaça-qaça gəlib çaya çatır. Arxada amansız ögey ana,öndə gur çay....
Qız əvvəlcə özünü çaya atıb öldürmək istəyir.Amma başa düşürki belə etsə analığı atasına onun pis yola düşdüyü üçün belə addım atdığını deyəcək.
Qız çarəsizliklə əlini qaldırıb ALLAHA yalvarır:
-Allahım sən qoru məni. Yalvarıram qurtar bu əzabdan məni. Sənə pənah gətirirəm YA RƏBBİM!
Elə bu an allah qizi söyüdə çevirir!
Qızın allaha uzanmış qolları agacın budaqlarına,pərişan saçları isə söyüdün salxımlarına çevrilir
Bu mənzərəni görən analıgın qorxudan ürəyi partlayır.Salxım söyüd isə öz pərişan halı ilə bugün də baglarımızı, parklarımızı bəzəyir.
Qoca bağban əfsanəni bitirsə də, nə Şənlik nə də Nərmin yerindən qımıldanmırdı.Bu təsirli əfsanə Nərmini valeh etdi.Söyüd ağacı barədə fikirlərini tam dəyişdirib yeni bir məcraya saldı.
Dönüb bir söyüd ağacına onun qulac- qulac lakin çox cavan budaqlarına xırda qırçın -qırçın sıralanmış tellərinə başqa bir gözlə baxdı.
Yazın ilk ayı idi.Həyət yam-yaşıl idi. Günorta olsa da, günün istisi elə də hiss olunmurdu dağlardan arabir sərin meh əsir, saf, bir az də sərt, soyuqtəhər dağ havasını həyətə doldururdu.
Kürsülü ev nağıllarda ki cənnətə bənzəyirdi.
Darvazadan evə qədər hissənin üstü bağlı yerə isə mozaika şəklində çay daşı döşənmişdi.Daşlar bu yerlərin nadir təbii sərvəti idi.
Darvazadan evin pillələrinə qədər olan məsafəyə bir birindən gözəl, heç bir digərinə bənzəməyən rəngli daşlardan elə bir mini piyada magistralı-yol çəkilmişdi.
Əl işi idi.Səfər üsta işləyirdi bu kənddə bəzək işlərini. İmkanı olan hər kəs çaydan daşı seçib toplayıb gətirir, Səfər ustanı çağırıb sifarişini verir, ana təbiətin bəxş etdiyi bu gözəl daşlardan ürəyi istədiyi şəkildə həyətin içində bəzək məqsədi ilə istifadə edirdi.
Niyal kəndində hər kəsin həyətində dağlardan süzülüb gələn diş göynədən bulaq suyu var idi. Bu kəndə dəb idi hərə bir bulaq tikdirmişdi həyətində.
Hələ bu kənddə, çaya, daşa, quma, xüsusi ilə də bu rəngərəng daşların toplanmasına pulla satılmasına, xülasə pulsuz istifadəsinə qadağa qoyulmamışdı.
Necə deyərlər heç kim özəlləşdirməmişdi bu ana təbiətin insanlara bəxş etdiyi bu inşaat materialını.
Kimin tikintisi olurdu qohum qardaş kənd əhlindən yaxınlarını yığıb keçmiş sovet dönəmində olduğu kimi iməcilk təşkil edir, Böyük çayla, Haramın gətirdiyi pulsuz parasız daşı çınğılı, qumu toplayıb kənd maşınlarına yükləyib gətiriərdi həyətə.
Dədə babadan belə idi Niyal kəndində adət.
Bəziləri isə ev tikdirəndə daşı qumu çınqılı 5-6 kilometr uzqda Girdiman çayının sol sahilində açılmış inşaat mağazasından baha qiymətə alıb gətirsə də, evin divarlaının, bulaqın bəzədilməsində bu gözəl bəzəkli min bir rəngə çalan daşlardan mütləq istifadə edirdi.
Torpağın altı da üstü də ilahinin verdiyi gözəl nemətlərlə zəngindir bizim Azərbaycanın.
Yolla evin arasında üstü açıq olan yəni kiçik bir zolaq qalmışdı həmin zolaq məxsusi olaraq çiçəklər üçün saxlanılmış.Bundan sonra quruluq deyilən sahə və daş döşəmə başlayIrdı.
Zolaq kürsülü evin həyətə açılan üç pəncərənin altı boyu sahədə idi.Bu hissədə bir birinə boy verməyən xüsusi sört qızılgül kolları əkilmişdi.
Ərşadın hasar qonşusu şəhər adamı idi.Yaydan yaya gələr istirahət edib gedərdi.
Qonşusu elm adamı idi.Respublikanın tanınmış ziyalılarından sayılırdı.Həyat yoldaşı da ziyalı idi.Hər ikisi sayılıb seçilən hərəsinin özünə görə hörməti var idi.
Kişi həyatını elmə kitaba həsr etmişdi qalın-qalın kitablar yazmışdı.Həyat yoldaşı da öz növbəsində müasir texnologiyalar, texnologiyaları sahəsində çalışırdı, elmi dərəcəsi var idi. 5 il əvvəl müdafiə edib texniki elmlər üzrə namizədlik dissertasiyası yazıb müdafiə etmişdi.Dossent idi. Qadın texnika sahəsinin mütəxəssisi olsa olsa da çox romantik, zəngin bədii təxəyyülə malik yüksək intelektual səvviyyəli zərif bir xanım idi. Əsasən yay aylarında bu səfalı, dağların ətəyində qərar tutmuş Niyal kəndindəki evlərinə gələr, gələr qısa bir müddət ərzində istirahət edib gedərdilər.
Qadın həyətə daxil olduğu andan daş divarla ağaclarla salamlaşardı.
Natavan Niyal