Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Salxım söyüd

 

Xeberinfo.com:   (Ardı)

 

Bu sual Bəyim arvadın yaralı yeri idi. Düz on il idi ki, gözünün ilk ovu, böyük oğlu Şənliyi evləndirmişdi. Arzu kamla elçi getmişdi qız evinə.Necə deyərlər, kilometlərlə yolu basa-basa gedib, bəh-bəhlə qız almışdılar. Gənclər bir ilə qədər nişanlı qalmışdılar.Sonra da necə deyərlər, bir dəvə yükü xərc qoyub toy çaldırmışdılar, gəlin gətirmişdilər. Lakin üstündən on il keçsə də, hələ də, nəvə üzünə həsrət idilər. Ağızlarının dadı qaçmış, evlərinnin şenniyi avazımışdı elə bil.

Iki il bundan öncə qızları Zərifə kənddən bir elçi düşmüsdü. Qızın rəyini soruşub xeyir duasını vermişdlər.Yeni qudalar tez tərpənmiş, nişandan iki ay sonra toylarını edib gəlinlərini aparmışdılar. Aradan iki il ötsə də, qızı da oğlu kimi züryətsiz idi. Bəyim arvad məətəl qalmışdı. Qonsunun Şənlikdən sonra evlənən oğlunun uşaqları böyük uşaqlar idi.

Oğlumuzu evləndirmişik, üstündən də on il də ötüb. Hələ bir səda yoxdur.Üstəlik qızı da vermişik. O da, artıq iki ildir ki, ailə qurub amma onun da övladı olmadı deyib -Bəyim arvad boş stəkanları götürüb çay süzmək üçün ayağa qalxdı.

Bacı mən bu sualı boş yerə verməmişəm sizə. Nə isə bayaqdan fikir verirəm, həyətiniz sağlığınıza qismət çox gözəldir. Bu söyüdün altı da ki, əvəzsiz. Belə barlı bəhərli bağınız var. Gülüstan kimi gözəl bir həyətdə heç rəvadırmı ki, bəhərsiz, bir ağacı əkib onun nazlandırasan. İnciməyin, mən düşündüyümü deyəcəm. Axı bəhərsiz ağacın deyirlər heç özünə də xeyri yoxdur. Məndən deməkdir. Axı bu bəhərsiz ağacı həyətin ən şahanə yerində əkib bəsləmək düzgün deyil.Bacı bu ağacı elə günü bu gün kəsin getsin.Mən bunları özümdən demirəm.Söyüd ağacıdır, yasəmən ağacıdır, bunlar çöx gözəl ağaclardır. Lakin bizim üçün deyil, yəni bizim üçün deyəndə ki, həyətdə bağda bu ağacı əkmək heç məsləhət deyil. Necə deyərlər ziyanın yarısından. Ən yaxşısı budur ki, kəsin bunu birdəfəlik.

Həkim pürrəngi çaydan iri bir qurtum içib: Allah sənin insafını kəssin. Ay kişi necə qıyırsan təbətin bu gözəlliyinə. Sən onun qurduğu haləyə bax.Təbiətin mözüzəsidir. Məncə buna qıymayın dedi.

Sürücü dediyini deyirdi: -bizlərdə həyətdə qoymazlar söyüd bitsin. Bitərsə də, tez kökünü kəsirlər.

Gözəl olduğu gədər də davamlı ağacdır. Əvəllər aran zonalarında əsasən də çox susuz çöllərdə bitərdi. Sahələrdə işləyən insanlar üçün sərinlik yaradırdı.Küdrünün düzündə əkin sahələrindəki gölgəliklərin hamısı bu ağaclardır.Yaxud da elə respublikanın hər tərəfində yol kənarındakı dayanacaqlarda, xüsusən də Xaçmaz-Nabran yolunda.Yolun kənarlarının bəzəyidir bu ağaclar. Gözəlliyindən doymaq olmur. Bunların Xaçmaz-Nabran yolunda gövdəsini iki üç adam əl-ələ tuta bimədiyi növləri var. Elə paytaxtın özündə parkların bəzəyidir. Şəninə nə qədər nəğmələr qoşulub, hələ qoşulacaqdır. Elə həmin günün səhərisi Bəyim arvadın təkidi ilə Ərşad kişi bu ağacı dibindən kəsmişdi.

            O gündən bu günə, bu söhbətin üstünə qayıtmadılar. Hərəsi öz ürəyində bunu götür-qoy edir, nə dərəcədə düzgün etdiklərini düşünürdülər.

 

***

Şənlik atasının sözündən belə anladı ki, çayı həyətdə içəcəklər. Ayağa qalxıb ev başmaqlarını soyundu. Pillələri enib ayağına geyinmək üçün yüngül bir aradı. Pilləkəndə rezin başmaqlar qoyulmuşdu. Adətən bu yerlədə belə rezin başmaqlar çox istifadə olunurdu. Gəzərti alverçilər bostan məhsulları müqabilində dəyiş düyüş edirdilər.Bütün günü bir gedib biri gəlirdi.Başmaqları ayağına keçirib dikəldi və üzünü o tərəfə çevirdi.Stola tərəf gedəndə qarsısında bəzək ağacından başqa bir şey görmədi.Bir də diqqətlə baxdı və doğurdan da bəzək ağacı tək idi.Bu anda evə tərəf döndü və özündən ixtiyarsız olaraq gözləri ilə Nərimini axtarıb tapdı. Baxışları rastlaşanda başa düşdü ki, artıq Nərminin hər şeyi bildiyini anladı. İçindən bir narahatlıq keçdi. Axı bu dəfə kəndə onun istəyi ilə gəlmişdilər. Nərmin tez-tez gedim ağacımı görüm deyirdi. Elə bu dəqiqələrdə anladı ki, Nərminin bu dəfə kəndə gəlməyi çox sevdiyi bu həyət bacanın bəzəyinə çevrilən ağacla nə isə bir bağlılığı var. Amma nə?

Əslində Nərmin ona danışmışdı. Lakin o danışanda Şənliyin əlində nə isə bir iş var idi. Başı bərk qarışıq olduğu üçün eşitsə də, unutmuşdu elə bil.

Həmişə yay aylarında çay dəsgahı qurduqları yaraşıqlı laklı stol, ona uyğun zövqlə düzəldilmiş oturacaqlar elə biləsən yetim qalmışdı. Daha başları üstündə uzun salxım tellərindən halə qurmuş sevimli ağaçı yox idi.Şənlik  qayıdıb yenidən yuxarı qalxdı. Ən yaxşısı elə buradır dedi. Ər arvad bir-birinə baxıb susdular. Bu susqunluq bütün cavablardan daha aydın idi.Bəyim arvad düşünürdü ki, nə söyüdbazlıqdır axı.Ağac mənimdir istərəm kəsərəm, istərəm də saxlayaram.Hələ ağacın bizə gətirdiyi məyusluğu demirəm. Əslində Bəyim arvad da ağac kəsiləndə kövrəlmiş belə gözəl ağacın birdən –birə onun nəvələrinin qəniminə çevirildiyi düşünəndə isə ağacın kəsilməsi ona bir rahatlıq gətirmişdi. İndi də lap ürəyindən oldu .Şənlik  geri qayıdıb eyvana çıxdı. Oturub eyvanda ləzzətlə çay içəcəkdilər.

Oğlu ilə gəlinin gəlməsi ilə Bəyim arvad yaranmış qanqaraçılığı bir növ unutmuş kimi idi. Lakin Nərminin bu ağacı necə sevdiyini, onu necə əzizlədiyini unuda bilmirdi. Gəlinə də acığı tuturdu arada. Bir soyuqluq girmişdi qəlbinəş. Nəvə istəyinin  qəlbindəki yerinİ gəlinə qarşı bir soyuqluq tutmaqdaydı. Bu soyuqluq elə özü də istəkdən doğmuşdu. Bir istəyin istisi bir yuvanı soyutmaqda idi. Bəyim arvad düşünürdü ki, nə olsun ki, qəşəngdir, qabiliyyətlidir, böyük kiçik yerini biləndir. Bu ocağa ki, sevinc gətirə bilmədi. Ətraf, qohum-qonşuda kim evlənirdi, ailə qurudusa elə bil gözünü açıb yumunca bir də baxırdın ki , maşallah evindən körpə səsi gəlir.

Şənliyin  tay tuşları çoxdan ata olmuşdu.

Nərmin bu soyuqluğu ilk dəfə həyətə girib bu nazlı söyüdün boş qalmış götüyünü, üstü açıq, salxım tellərin nəvazişindən məhrum olduqdan sonra elə bil yalqızlaşan və gözəlliyini itirən qoşa oturacağı görəndə duymuşdu. Həmin soyuqluq bu ilıq yaz  günəşinin altındaca şütüyüb qəlbinə dolmuşdu. Bəlkə də ağacın kəsilməsi ona bu qədər təsir etməyəcəkdi, əgər bir həftə bundan əvvəlki hadisələr olmasaydı.

O hadisələr ki, Nərmini ruhlandırmışdı. Az qala qanadlanıb, tələsik bu kəndə, Şənliyin doğma  kəndinə gəlməyə vadar etmişdi. Düzdü elə il olmurdu ki, Nərmingil yay tətilinə kəndə gəlməsinlər. Hara, hansı ölkəyə üz tutsaydılar axırı yenə dünyanın ən gözəl məkanı saydıqları Niyal kəndinə gəlirdilər.

Bir həftə avvəl yaxın rəfiqəsi Mələk zəng vurmuşdu. Ordan burdan danışmışdırlar. Sonra da Mələk təklif etmişdi ki, gəl bir görüşək. Səninlə bir işim var. Bir yer var, ora gedək demişdi. Baxmayaraq ki, institutda bir oxumuşdular, hətta bəzən bir tikə çörəyi də  paylaşmışdılar. Yaxın rəfiqə idilər Mələklə. Aralarında çox yaş fərgi olmasa da, Mələyin uşaqları artıq məktəbdə oxuyurdular. Rəfiqəsinin gözəl, mehriban ailəsi, uşaqları vari idi. Mələk hərtərəfli insan idi. Nərmin ona zarafatla universal deyirdi. Hansı sahədən danışırdın həmin an söhbətə qoşula bilirdi. Mövzunun içinə girib çözmək qabiliyyəti var idi rəfiqəsinin. Mələk həm də qayğıkeş ana sədaqətli həyat yoldaşı, duzlu məzəli söhbətləri ilə insanı darıxmağa qoymayan həmsöhbət idi. Şəhərin Mərkəzləşmiş Kitabxana Sistemlərinin birində müdir müavini işəyirdi. Kitabxananın qocaman müdiri qəfil xəstələnmiş xəstəxanaya düşmüşdü. Sonra da 3-4 ay ərzində həyatdan köçmüşdü. O zaman müdir müavini kimi Mələk xanımı irəli çəkmişdilər. Müvəqqəti olaraq müdiri əvəzləyirdi. İki ilə qədər bir vaxt müdiri əvəz etmişdi Mələk.

Nərimin bəzən onun məsləhətlərini dinləmək qədər ehtiyac duyurdu ona. Odur ki,  Mələyin "təklifi" beyninə o qədər batmasa da, indiki halda onunla razılaşmağa üstünlük verdi. Metronun "Nizami" stansiyasında eskalatorun qarşısındaca görüşməyi qərara aldılar. Görüşüb küçəyə çıxdılar. Çoxdandı görüşmürdülər. Qol-qola girbib azad qadın heykəlinin sağ tərəfi ilə başı aşağı addımlamağa  başladılar.Yeni texnologiyaların inkişafı onlara da təsir etmişdi. Daha tez-tez görüşə bilmirdilər.Telefon, elektron poçtu, agent, WhatsApp, facebook, sosial şəbəkələr vasitəsilə hər gün hər saniyə danışır xəbərləşirdilər.

Elə bil insanlar qohumluq münasibətlərini, gediş gəlişi unutmağa başlamışdılar. Cavanlar, lap elə nisbətən yaşlı nəsil, orta yaşlılar indi hamısı bu vasitələrdən istifadə edərək gediş gəlişə istəmədən, necə deyərlər son qoymaq üzrə idilər. Vaxt, bivaxt, səhər –axşam, günün isətənilən vaxtı, kim nə vaxt isətəsə ən azı sms yazıb xəbərləşir, söhbətləşir insanlar.

Nərmin də yalan olmasın bir ilə yaxın idi ki Mələklə yalnız sosial şəbəkədə, bir birini “hər gün görür”d oyunca dərdləşirdilər. Nərimin həm personal kompyuterində agentdə aktiv, həm də əlində işlətdiyi və bir vaxtlar işlədiyi idarədə cəmi dörd nəfərin aldığı bəh-bəhlə işlətdiyi Apple Iphone cs 3 telefonunda Whats App da daima aktiv olurdu.Mələk hər dəfə onu yaşıl görəndə yazır, əhvallaşırdılar. Eləcə də Nərmin elə alışmışdı ki, hər nə dərdi səri var idi, burada həll edərdilər. Odur ki, çoxdan görüşmdiklərinə baxmayaraq, görüşündə sadəcə türklər sayağı görüşüb öpüşdükdən sonra mətləbə keçmişdi. Nə məslələdir sən allah belə israrla görüşmək istəyirsən demişdi. Mələksə çox uzatmadı yaxın rəfiqəsinin on ildən artıq bir müddətdi evlənib övlad sahibi olmaması ona da təsir edirdi. Hər dəfə balaca Səmanı qucağına alıb əzizləyəndə Nərimin gəlib yadına düşür, əziz rəfiqəsi üçün gözləri yaşarırdı.

-Nərimin səni bir yerə aparacam amma nə mənə gülmə, nə də dediyim yerə getməyə etiraz etmə. Etiraz filan qəbul etmirəm. Sonra da əlavə etdi ki, Səmanı nənəsinin yanında qoyub çıxmışam tez qayıtmalıyam.

Nərimin onun üzünə baxır hara gedə biləcəklərini düşünürdü.

Mələk: yaxşı ay qız, nə fikrə getdin hələ bir soruş da səni hara aparıram?

Nərmin: söylə artıq bilim görüm indi nə düşünmüsən?

Hə, o nağıllardakı kimi: bişir çıxart ay Mələk. Mələk birbaşa mətləbə keçdi.

Nərimin, bacım bu yaxınlarda, cəmi bir tin yuxarıda bir qadın var, ürəyinə pis gətirmə qurbanın olum deyirlər hər şeyi elə düz deyir ki.....Nərminin dinlənmədiyini görən Mələk:

Canın üçün mən də sənin üçün çalışıram. Gəl bir gedək onun yanına görək nə deyir sənə bəlkə elə bir səbəb düşdü. Görək bu nə sirdi axı. Sənin diaqnozun elə də mürəkkəb sağalmayan bir şey deyil axı eçitdiyimə görə. Dediyinə görə nə qədər müalicələr edirsən.İncimə, bacı axı hanı nəticəsi?

Növbəyə yazılmışam gedək on dəqiqə ərzndə girib çıxacayıq dedi.

Mələk sicilləmə danışma, daha məni ordan bura gətirmisən, gedək də görək  nə deyir. Hərgah mən belə şeylərə inanmıram. Amma utanıram ey, indi də falçıya gedirik də deməli.

-Ay qız səndə falçı nədir, qoca qarılar kimi, bu öncəgörəndir sadəcə.

Nərmin dinmədi, tini dönüb sovetskinin dar küçələrilə qalxmağa başladılar. Heç biri dinmirdi. Həkimlərin ona qoyduğu o zəhrimar xəstəlik Anovulyasiya diaqnozu barədə düşünürdü. Bu illər ərzində etdiyi müalicələrin boşuna mənasız vaxt itgisi bir də canının dava dərmanla, kimyəvi maddələrlə zəhərləndiyini düşünürdü. O vaxtı lap ilk əvvəl bu diaqnoz qoyulanda demişdilər ki, hər otuz qadından birinə bu diağnoz qoyulur. Müalicə edəcəksən keçib gedəcək. Əfsus ki, illər aylar bir birini əvəz etmiş, bir də görmüşdü ki, ipək saçlarına dən düşüb.Bunu Nərmin ancaq bu övladsızlıq, bu sıxıntı ilə bağlamışdı.

-Ay qız nə düşünürsən nikbin ol! – dedi rəfiqəsi.

Öncə görənin yanından çıxanda üzü gülürdü Nərminin. Bu qadın ona gözəl, gözəl olduğu qədər də ümidverici və inanılası sözlər söyləmişdi.

Arzu tut demişdi ay gəlin. Daim getdiyin uzun yolların sonunda bir sevimli ağacın var demişdi otuz rəng al-əlvan sapdan bir gəlincik düzəlt apar həmin o ağacın budaqlarında bir nənni  as demişdi. Sənin sevincin o ağacla bağlıdır. O ağacın altında niyyət tut nəzir götür. Vaxt keçər, inşallah körpəni də qucağına alıb , nəzirini gətirərsən bu ocağa demişdi.

***

Nərimin içəridə olsa da, həyətdə olanları hiss edirdi. Şənliliyin qayıdıb çayı da eləcə yemək yedikləri stolda içməyi niyə təklif etdiyini anladı. Nərimin indi yaman peşman olmuşdu. Rəfiqəsi ilə öncə görənin (falçının) yanına getməsinə və eyni zamanda da onu Şənlikdən gizli saxlamasına. Öz hərəkətinə özü də məətəl qalmışdı. Axı bu on ildə Nərmininin Şənlikdən gizli bir işi, bir sirri olmamışdı. Necə oldu axı bunu Şənliyə  söyləmədi. Lakin düşündükcə özünə də, haqq qazandırmaq istəyirdi. Axı hər müalicə alandan sonra özü də Şənlik də ən azından bir ay ümidlə yaşayır ayın sonuna ya əvvəlinə bir yenilik gözləsələr də axırda Nərminin aybaşı olması ilə bu sevincli ümidli günləri də o biri günlərin arxasınca göndərirdilər.

Bu günlərin yaratdığı məyusluq sanki Nəriminin əsəblərini cırmaqlyır, onu varından yox edirdi.Şənlikə baxanda isə özünü əla almaq və ruhdan düşməmək üçün özündə güc tapırdı. Elə bil axır vaxtlar xəcalət çəkirdi Şənlikdən. Onun üzünə baxanda gözlərində yuva qurmuş kədəri görəndə, allaha bəndəyə asi olub kor baxtına küsürdü. İndi də bütün bu olan keçəni düşünüb nə rəfiqəsi ilə getdiyini, nə də ona deyilən o gözəl sözləri bölüşməyə ürək eləməmişdi.

Artıq qorxurdu ümidlərindən. Düzdü atalar deyib yeməkdən ümid yaxşıdır.Axı hər ümidin, hər gözləntinin sonunda ya bir reallıq, ya da bir boşluq necə deyərlər ümidsizlik, boşuna atılmış bir patron kimi heçlik dururdu. Nərmin oradan qayıdıb gələn günün səhərisi Şənlikə kəndə getmək istədiyini bildirmişdi.Şənlik də hər zaman olduğu kimi məmmnuniyyətlə razılaşmış, yalnız şənbə bazar günlrinin gözləməli olacaqlarını demişdi. Nərmin onu dilə tutaqaq həftə arası Niyal kəndinə getməyə razı sala bilmişdi.Şənlik Nərminin istəyinə rəğmən də işdən icazə alaraq həftə arası kəndə gəlmişdilər.

Kəndə həvəslə getsə də, anasının onu bir tərəfə çəkib "noldu ay bala bu gəlin müalicə olunmadımı bizim də evimizdən bir çağa səsi gəlsin" deyə soruşmaq məqamı heç açmırdı Şənliyi. Bəzən özünü unudub anasını düşünür, onun qarşısında özünü günahkar bilirdi.Şənlik orta məktəbi yeni bitirib instituta daxil olanda uzun bir öyüd nəsihət vermişdir.

Nə badə şəhər qızlarına bənd olasan ha oğlum. Sənin üçün özcə canım ciyərim bacımın qızı Bənövşəni alacam demişdi. Heç özgə xəyallar qurma oğlum  demişdi. Bütün bunları düşündükcə Şənliyin də qəlbində bir təlatüm əmələ gəlirdi. Hərdən axır vaxtlar özünün qınamağa başlamışdı. Anasının tez-tez, yeri düşdü düşmədi ulu sözünə baxamayan ulaya -ulaya qalar atalar mişalını çəkməsi də Şənliyə təsir edir. Fikirlərin burulğana düşməsinə səbəb olurdu. Bu anlarda Nərmin ondan elə bir min metr məsafədə uzaqlaşır, qara-qura fikirlər onu üzürdü.Taleyin qəzəbinə gəlmişdi elə bil .Anası da ki, elə dərindən ah çəkir elə yanıqlı-yanıqlı deyirdi bu atalar misalını. Şənlik özünə yer tapa bilmirdi bu anlarda. Çünki Nərimin də axı uşaq deyildi düz on il idi ki, bir yastığa baş qoyurdular. Şənlik onun baxışlarından alırdı sözünü. Qaynana hər dəfə bu misalı çəkəndə Nərminn necə rəng alıb verdiyini sıxılsa da özünü o yerə qoymadığını Şənlik yaxşı görürdü. Onun nələr çəkdiyini, sevimli gözlərinin necə gölgələndiyini görməyə bilmirdi.

***

Bəyim arvad tədbirli qadın idi. Bənövşə məsləsini Şənliyə desə də, nə bacısına nə də bacısı qızına  bir söz anlatmamışdı. Buna baxmayaraq Şənlik institun son kursunda oxuyanda Bakıdan qız istədiyini,  ona evlənmək fikri olduğunu dayısı qızı vasitəsi ilə ehtiyatla anasına çatdıranda Bəyim arvad bu xəbərdən çox alınmış, oğlunun saymazlığı qəlbinə dəymişdi.

Bir ara nə hə nə də yox demişdi. Bəyim arvad aradakı pərdəni götürmək istəmirdi.Bu susmaqla vaxt udmaq oğlunu intizarda saxlayıb, fikrini dağıtmaq institutu bitirib evə gəlmək məqamına kimi yubandırmaq istəyirdi. Sonra da allaha təvəkkül. Gələr kəndə unudar gedər düşünmüşdü. Odur ki, bu söhbəti xeyli gizli saxladı. Strategiyası Şənliyi ali məktəbi bitirəndən sonra kəndə gətirmək idi.

Şənlik kəndə tətilə gələndə anası özünü elə aparırdı ki, sanki nə o söhbət olub, nə də o qız məsələsini bilir. Ərşadla oturanda Şənliyin tezliklə institutu bitirib nəhayət doğma kəndinə qayıdacağından söz salır. Sonra da bacısı qızı Bənövşəni tərifləyirdi. Ərşad sövq təbii ilə hiss etmişdi ki, Bəyim arvadın fikri Bənövşədədir. Allı güllü xəyallar qururdu Bəyim arvad.

Ərşad əslində təbiətən çox demokratik insan idi. Evladlarının fikirlərinə, seçimlərinə çox ciddi yanaşırdı, və bunu da Bəyim arvad bilməmiş deyildi. Lakin qardaşı qızının ağzından çıxan o sözdən sonra Bəyim arvadın rahatlığı pozulmuşdu. Şənliyin ata evinə hər gəlişində, ana ilə balanın hər birinin qəlbində gizli bir etiraz alovu püskürdü. Bu etiraz püskürtüsü ana ilə balanın münasibətlərində güclə seziləcək xəfif bir narazılıq yaratmağa başlamışdı.

Şənlik anasının xasiyyətinə bələd idi. Dedimi qurtardı. Bakıda qız sevməsi söhbətindən sonra heç özünə gələ bilmirdi. Nə yerdəydi nə göydə.İlk əvvəl istədi nə sənə nə mənə, durub getsin Bakıya. Oradaca bir qovğa çıxartsın amma ürəyi yol vermədi buna. Qərib yerdə övladını sındırmağı heç cürə özünə yaraşdırmadı.Şənliyin  hər gəlişində ana bir dünya həyəcan keçirirdi. Oğlu ilə arasında olacaq söhbətdə necə olursa olsun br növ qalib olmaq istətirdi. Şənlikilə ananın arasında müəmmalı bir söhbətin olduğunu Ərşad kişi də duymuşdu. Ərşad kişi anlamadığı bu müəmmanı çözmək qərarına gəlmişdi. Uzaqdan başlamışdı. Münasib bir vaxtada qızından -a bala, qardaşın nə düşünür? demişdi.

Bu gün sabah institutu bitirib kəndə gələcək. Amma gözümə birtəhər dəyir. Sözlü adama oxşayr bəlkə sən biləsən a qızım. Bacı qardaş dərdləşməmiş olmazsınız  demişdi. Qız düz əməlli bir şey şöyləməsə də atasının sözləri beyninə batmışdı. Anasından Şənliyin birtəhər, fikirli olduğunu demişdi. Qız anasından söz almağa girişmişdi. Bəlkə qardaşımın bu könül sevdası var anam bilir. Məqsədinə çatmış anasının yaralı yerinə toxunmuşdu.

Anası hə bala elə sən deyəndi. Şənliyin Bakıda sevdiyi qız var. Özü də elə belə söhbət deyil. Balam gözümə fikirli dəyir. Qız onun saqqızını yaman oğurlayıb. Bakıda qalmaq karyera qurmaq orada yaşamaq həvəsindədir qardaşın. Özü ilə oxuyan bir qız. Amma ağzından çıxmasın, heç öz-üznə belə təkrar etmə. Ərşadın xasiyyətinə bələdəm bilən kimi qanadlanıb  uçacaq.Tanyıb-bilmədiyimiz gızı almağa razı olacaqdır.Qardaşının qız istəməsi özü də şəhərdən onun çox xoşuna gəlmişdi.Anasının boynunu qucaqlamış sevincini bildirmişdi. Bəyim arvad : Bəsdir ay qız uşaqlıq eləmə nə tanıyırıq kimdir, atası anası kimdir. Atılıb düşmə geçə gündüz yayda istidə, qışda şaxtada təsərrüfat beçəririəm, mal-qara saxlayıram ki, tanımadım finti-fürüş şəhər qızı gəlib yiyələnsin.

Ardı var …

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam