Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Salxım söyüd

 

 

Xeberinfo.com:   (Ardı)

 

Bu dəqiqələrdə yer, göy bütün bəşəriyyət onlar üçün vətən torpağından,  azərbaycan əskərindən ibarət idi. Bir himə bənd idi, meydan əhli. Yaşlılar kövrəlmiş cavanların yumruqları düyünlənmişdi. Bir çağrış səslənirdi bu ulu dağların qoynunda. Döyüş marşı səslənirdi elə bil,  döyüşə çağırırdı igidləri.

Radio səsgücləndiriciyə qoşulmuş meydan radiosunda. Hay ver mənə cənab leytenant səslənirdi.

Çay ətrafı aşaqı kəndlər hamısı eşidirdi bu vətən marşını.Bəlkə də bu anlarda cəbhədə ölümün pəncəsində, çarpışan azərbaycan əsgərinin son döyüşü gedirdi. Şəmistanın hüznlü,  ürəyə yatımlı  səsi insanların qəlbinə hakim kəsilmişdi.  Meydandakılar təsirlənmişdilər. Sözün əsl mənasında, ətimdən ət kəsirdilər... Dəhşətli ağrılar ürəyimi üzürdü.

 

Barıt qoxulu o yollar, o yollar

Səni bəs nə vaxt qaytarar, qaytarar

Səndən təsəlli bir zabit mundiri

Bir cüt ulduzlu, aylı paqonlar

 

Hay ver mənə cənab leytenant,

Hay ver mənə leytenant

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə leytenant.

 

O gün gələcək qəm yemə, qəm yemə

O vaxt dönəcəm mən sənə, mən sənə

Hələ yad əldədir yurdumuz, yuvamız

Bitib tükənməyib o qan davamız

 

Hay ver mənə, cənab leytenant.

Hay ver mənə leytenant

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə leytenant.

 

Qisas, son qisas yetməyib

Savaş, son savaş bitməyib

Səngər yanındakı çatdığım ocağın,

Odun hənirtisi hələ keçmiyib.

Hay ver mənə cənab leytenant

Hay ver mənə leytenant

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə leytenant.

 

 Hərbi həkim, hərbi-vətənpərvərlik mahnılarının musiqi, əksəriyyətinin həm də söz müəllifi, Şahin Musaoğluna aid olan bu gözəl musiqi bitər –bitməz yenə Şəmistan Əlizamnlının ifasında indi də  “İgid əsgər, möhkəm dayan” mahnısını verilirdi.

Çətin ki, bu mahnıdan təsirlənməyən kimsə tapılardı meydanda. Hamı üzünü hündür dirəyə bərkidilmiş radioya  tərəf çevirmişdi. Mahnının son sözləri çay aşağı kəndlərdən bəri əks səda verib susanda meydanda bir anlığa sakitlik yarandı.

Mahnı bitsə də  hələ səssizlik hökm sürürdü.

Ərşad  kişi ağır addmlarnan meydanda aralanıb baş yola çıxdı. Meydanda başı o qədər qarışmşdı ki,  söhbətə, bir də yadına düşdü ki,  oğlu ilə gəlini artıq gəlmiş olar.

Tələsdi.

Ərşad kişinin  səbri bir tikə olmuşdu. Axır vaxtlar birtəhər olmuşdu.Uşaqlaşırdı elə bil.

Meydnadan çıxıb  evlərinə doğu  getməyə başladı.

***

Nərmin ayaq üstəcə xəyala dalmışdı elə bil.Nə bir səs eşidirdi, nə də bir tərpəniş duyurdu.Birdən elə bil diksinib xəyal aləmindən ayıldı. Ümidlə, xatirəyə dönmüş salxım söyüdün boş qalmış yerinə baxdı.....

Gəlbində bir üsyan, ümidsiz bir üsyan baş qaldırdı.

Bu anlarda beynindən müəllifini xatırlamadığı bir şerin misraları dilinə süzüldü. Şeirin misralaları beynindən  dilinə süzülməkdə idi.

İndi özümün özümlə

sonuncu davam çatışmır.

İçimdə dərd nəfəs alır,

çölümdə havam çatışmır...

Həmişə kədərlənəndə çıxış yolu tapmayanda bu misraları pıçıldayırdı öz-özünə.

Axı kimə nə deyəydı, kimə hesab soraydı.Nə üzlə hesab soraydı.

Düz on il idi ki, bu ev bu həyət, qaynana -qaynata , qayın və baldızı, hələ Şənliyi demirəm- ümidlə, həsrətlə körpə gözləyirdi.

İndi bu halında axı söyüd davası çəkməyəcəkdi ki.Elə bil bütün ümidləri boşa çıxmışdı.Özünü ələ alıb fikirlərini bir yerə toplaya bilmirdi.

Bu ocağın sevinci indiki halda sırf onunla bağlı idi.Körpə səsinə susamışdı hamısı. Hər il ümidlə allah kərimdi deyirdilər. İnşallah, allah istəsə verər payımızı. 

Bəyim xalanın bu ara-bəsərdə gəlinini də götürərək ziyarət eləmədiyi pir qalmamışdı.Gəlin kəndə gəlib bir iki gün rahatlandıqdan sonra- bala gir hamama pak ol, qurbanolduqlarımı ziyarətə gedəcəyik deyirdi.

Axırıncı dəfə nənili pirə aparmışdı Nərmini.Bəyim arvad ora elə həvəslə ümidlə getmişdi ki, deyirdin, bəs bundan sonra mütləq nənə olacaq başqa yolu yoxdur.Nərmin çox həvəslə getməsə də, qaynansının qəlbini sındırmaq onu daha da pərişan etmək istəmirdi.

Odur ki , keçən yay dur bala, ay gəlin, hazırlaş bir ziyarətgaha aparacam səni ki, inşallah cəddi bizə kömək olacaq. Baxarsan qızım, inşallah adı da elə gözəldi ki, bizim məramımıza uyğun- nənili pir.Nərmin nənni eşidəndə elə bil gözlərinə işıq gəldi.

Allaha dua edə -edə, itaətkarcasına razılaşaraq bu evə gəldiyi gündən onun üçün ayrılmış bəzəkli gəlin otağına adladı.Bu otaqla bağlı nə qədər arzuları gözündə qalmışdı.Ildə bir iki dəfə o gələndə otaq açılır Nərminlə Şənlik burada qalırdılar. Nərmin ilk əvvəl bu otağı görəndə Şənliyə demişdi maşşallah iri otaqdı hələ bura neçə çarpayı da əlavə etmək olar: gülə gülə uşaqlarımız üçün .

Sonra da başlamışdılar Şənliklə ölçüb biçməyə mübahisə etməyə ki bura neçə çarpayı qoysunlar.Nərmin deyirdi iki çarpayı qoyarıq.Şənlik razılaşmırdı ki, bura üç çarpayı qoymaq olar.Beləcə bu çarpayı söhbəti hər kəndə gələndə qalxardı və onlarda gülüşə-gülüşə bunu müzakirə edərdilər.Mübahisənin axır nöqtəsini səsə gələn Bəyim arvad qoyardı.Təki mənim nəvələrim olsun çarpayı işini özüm həll edəcəm.

Axır illər daha çarpayı söhbətini açmırdılar qorxurdular, elə bu söhbətdən.Arzuları gözlərində qalmışdı.Suçlu kimi idilər.

 

Otaqdan da utanırdılar.Daha otaqlarından şaqraq gülüş və zarafat səsləri esidilmirdi.

Kəndə hər gəlişində gəlin bir az da sıxılır, daha kədərli olurdu.

Nərmin əynini geyinib otaqdan çıxanda qaynanası ona kiçik bəzəkli, rəngarəng saplardan toxunmuş, kənarları atlas lentlərlə haşiyələnmişnəmiş bir çanta vermişdi ona.

Çanta dolu görünürdü.Yüngül idi. Amma hiss olunurdu ki, çantanın içi boş deyil.

Gəlin bir şey anlamadığından: ana çanta lazımdır götürüm, bunu da qoyum içinə dedi:

-Yox qızım çanta lazım deyil, elə bunuca götür dedi.

Məxsusi hazırlamışam birini sənə, birini də özümə.

Nərmin dillənmədi.Çantanı əlinə alıb üz bu üzünə baxanda başa düşdü ki, bu əl işidir.

Görünür qaynanası özü tikmişdi bunu.

Qaynanası Bəyim arvad çox səliqəli və gözəl əl qabiliyyəti olan xanım xatın bir qadın idi.Səliqəsinə, özünə baxmasına, geyim keciminə, xasiyyətinə görə kəndin digər qadınlarından çox seçilirdi.

Nərmin rəngarəng sap və atlaslarla haşiyələnmiş bu kiçik çantanı görəndə qaynanasının  xahişi ilə şəhərdən alıb göndərdiyi həmin o sifarişi düşdü yadına. Sən demə qaynanası  bu rəngli sapları, məxsusi olaraq aldırmışdı.

Nərmin o sapları tapmaq üçün neçə dəfə  yarmarkaya ayaq döymüşdü .

Qaynanasının sifariş etdiyi bu sapları almışdı.

Nərmin kiçik bəzəkli çantanı əlinə alsa da, bir şey anlaya bilmədi .

Gedək, dedi ay gəlin səni müqəddəs bir yerə Nənnili pirə aparacam. Çantaları da qışdan bəri onun üçün hazırlamışam dedi.

O vaxt gəlin qaynana ikisi kəndarası  yolla dal qabaq getdikləri zaman Səliməgilin qapısından keçəndə qonşu Gülyaz onların qarşısına çıxdı. Görüşdükdən sonra: xeyir olsun ay Bəyim xala gəlin qaynana hara belə gedirsiniz?

 Nə qəşəng bəzəkli çantalarınız var!

Uzağa gedənə oxşamırsınız.

Hara belə xeyir olsun.

Başmaq seyrinə çıxmısınızmı?

Bəlkə mən də gedim sizinlə dedi.

 Laləni də bir az gəzdirmiş olaram deyib,  bir az aralıda oturub gəlinciklə oynayan 4-5 yaşlarında olan uşağı göstərdi.

Sən hazırlaşana, uşaq ayağı ilə gedənəcən ay bala, mənim səbirim çatmaz ay Gülyaz dedi.

-Mən bir az yuxarılara Nənili pirə gedəcəm.

-Allah muradınızı yetirsin ay Bəyim xala,düşərli olsun.

-Allahdan istəmişəm gələn ilin bu çağında qucağı uşaqlı gəlsin evinə eşiyinə.

-İnşallah onda mən də sizə qoşulub gedərəm Nənili pirə öz qulpumdan çıxanla.

-Amin!

- Allah ağzından eşitsin, o günü mənə qismət eləsin qurbanolduğum.

Beləcə gəlin qaynana üzü dağlara tərəf Nənili pirə  gedən yolu ikisi getmişdi.

Pirə çatanda çantalarını açıb rəngarəng saplardan hörülüb atlas lentlə haşiyələnmiş düz qırx kiçik nənicik asmışdılar pirdəki barlı-bəhərli alça ağacından.Sən demə Bəyim arvad uzun qış gecələrində ərinmədən oturub bunları hörüb hazırlamışdı ki, yayda gəlini gələndə nənili pirə gedib dilək tutub nəvə istəsin müqəddəs ziyarətgahdan.

Nənili pirə ziyarətə gələn ziyarətçilər ağacın buraqlarına səliqə ilə bağlanmış bu qeyri adi, qeyri adi olduğu qədər də qəşəng olan kiçik nəniciklərə maraqla tamaşa edirdilər.

Nə mərama bura gətirilirək belə düzümlə bağlanmasına çox maraqla baxır və:

Allah qəbul eləsin, kim bağlayıbsa muradına yetişdin deyə alqışlayırdılar.

Ziyarətgahda ins-cins yox idi. Bəyim arvad qəsdən nisbətən tez gəlmişdi ki, adam insan az olsun. Rahatca duasını etsin.Allahdan nənili pirin kəraməti ilə nəvə diləsin.

Onda Nəriminin qəlbində nə qədər ümid var idi.

Qayıdanda sevinir, gülür, qayınansı ilə xoş zarafatlar edirdi.

Bəyim arvad da, nəşələnmişdi.Gəlinin belə əhvalı elə bil ona da siyarət etmişdi.

Deyə gülə evə dönmüşdülər.

***

Nərmin bütün bunları düşünə -düşünə bayaqdan həyətə girdiyi yerdə dayanmışdı.

İndi onun üçün böyük, lakin evdəkilər üçün bəlkə də məna kəsb etməyən Salxım söyüdün yoxluğuna görə qanını qaraltması heç yerinə düşməzdi.

Şənliyin gur səsi onu xəyallardan ayrılmağa məcbur etdi .

Nərmin! Bayaqdan elə burda durmusan?Nədir məgər anam evdə yoxdurmu?

Dedi:  Şənlik.

Nərmin ani olaraq düşündü ki, Şənliyə bir söz deyib qanını qaraltmasın.

Nə bilim elə baxçanı seyr edirdim, ki sən də gəldin çıxdın.

Həyətdən gələn danışıq səsləri Bəyim xalanın qulağına çatmışdı deyəsən.

Bayaq otaqdan çıxıb özünü oğlunun üstünə atıb bərk- bərk qucaqladı.

-Bıy, başına dönüm, ay bala nə səssiz-səmirsiz gəlmisiniz?

Səhərdən mən də qulaq verrəm ki, maşın səsi gələcək.

Saqqalı ağarmış necədə sakitcə gəlib girib həyətə heç xəbərimi olmayıb .

Bəyim xala oğlu ilə görüşüb öpüşdükdən sonra Nəriminə tərəf dönüb gülər üzlə onu süzdü.

Qollarını geniş açıb onu qucaqlayıb öpdü.

-Həmişə siz gələsiniz ay bala gözümüzün kökü saraldı ki,  harada qalıbsınız.

Gəlin! Nə durubunuz, sizə ürəyiniz istəyən yeməklər bişirmişəm.

Bəyim arvadın doğurdan da əlindən çıxan yeməkər çox dadlı olardı.

Axır illər yaxın qonum qonşuda xeyir işləri, qonaqlıq olanda ərki çatanlar gəlib avvəlcə Ərşad kişidən icazə alıb Bəyim arvadı məclisin yeməyini bişirməyə çağırırdılar.

Bəyim arvad da daha hər çağırıılan evə getməzdi.Xətrini istədiyi, üzündən keçə bilmədiyi bəzən də aşpaz gətirməyə imkanı olmayan yaxın qonşuların çağrışına gedərdi.Dadlı ləzzətli yeməkləri ilə məclisə urvat verərdi.

İnsafən demək lazımdır ki, Bəyim arvad heç də pul və hədiyyə üçün getmirdi.Həmkəndliləri onun ləzzətlli xörəklər bişirdiyini bilirdilər.Öz məclislərində bu yeməkləri də görmək istəyirdilər.Bu xörək bişirmək işi nə Ərşad kişinin, nə də uşaqlarının xoşuna gəlmirdi.

Ay ana axı sənin nəyinə lazımdır ?

Ocaq başında dayanan vaxtın deyil axı deyirdilər. Ərşad kişi də zarafatla: ananız xeyriyyəçilik edir də, ahıl yaşında. Nə işiniz var.

Indi də, Şənlik  anasının önlüyünə baxıb dodaqlarını yaladı.

Ay ana ,yaman darıxmışam sənin yeməklərin üçün deyib pilləkənlə eyvana qalxdı.

Dalınca eyvana qalxan dönüb gülə -gülə soruşdu.

Nərmin incimirsən ki, anamın xörəkləri üçün darıxdığıma: -deyib qımışdı.

Nərmin cavab vermədi.Bunu doğrudan da incimək kimi qəbul edib, bir də ona sarı döndü.

Nərmin, bəs deyirdin mən qısqanc deyiləm, nə oldu?

Anama deyəndə ki, darıxmışam xörəklərin üçün mısmırıq tökürsən hə?

Nərmin dərindən köksünü ötürüb,  pərtliyin hiss etməsin deyə səsinə toxtaqlıq verib:

Sən aramıza girə bilməzsən,  kim deyir ki, mısmırığ tökmuşəm.

Bəyim xala da birdən inanar sənə.

Əslində mən özüm də çox darıxmışam Bəyim xalanın dadlı ətirli yeməkləri üçün dedi.

Pillələri qalxıb eyvana çıxdılar.

Eyvan çox geniş və səliqəli idi.Qarşı tərəfi açıq olmasa idi bura da otaq demək olard.Başdan başa xalı-xalça döşənmiş eyvanda bir rahatlıq çökürdü insanın beyninə.

Eyvanın tən ortasında iri açılma miz qoyulmuş, ətrafında isə yeddi səkkiz stul səliqə ilə düzülmüşdü. Qoz ağacından düzəldilmiş qədim mizdən fərqli olaraq stullar yeni, müasir stullar idi.

 

 

  Ardı var...

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam