Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Salxım söyüd

 

 

Xeberinfo.com:   (Ardı)

 

Hər bir ağaca ayrı ayrılıqda yanaşır, canlı insanla danışırmış kimi hal əhval tutur, söhbət edirdi. Deyirdi ki,təbiət bizi başa düşür onunla ünsiyyət qurmaq dərdini sərini soruşmaq lazımdır Yoxsa Kamran babanın min bir əziyyətlə yetişdirdiyi bu halal mer-meyvəni rahat yeyə bilmərəm. Ərşad ondan öyrəndiyi bu təbiətlə ünsiyyəti Salxım söyüdə tətbiq etmişdi nədənsə.

Qəribə yaz idi builki yaz. Yenicə girmişdi.

Çöldə bağda ot topuğacan qalxmışdı, amma havada hələ bir nəmişlik, bozluq vardı, adamların qırışığı açılmırdı ki, açılmırdı. Gecələr yer-yurd bir az da soyuyurdu, gölməçədəki qurbağalar üşüyürlərmiş kimi könülsüz-könülsüz, tənbəl-tənbəl quruldayırdılar.

Yaşıllığa bürünmüş, kürsülü yaraşıqlı və səliqəli evin həyəti cənnəti xatırladırdı düz ortada  əkilmiş dekorativ ağaç qatı yaşıllığın içində öz bənəövşəyi cətirli çiçəkləri ilə kəskin bir kontras yaradırdı. Ağaca baxanın heç cür inanmağı gəlmirdi ki , bu təbii ağaçdır. Ağac o qədər səliqəli və baxımlı idi ki, ana təbiətin qoynunda olmasına baxmayaraq  hava su, günəş, qar, çovğun onun düzümünü dəyişmək iqtidırında deyilmiş kimi görünürdü. İlk baxışda adama elə gəlirdi, amma bu dekarativ gül koluna, əslində buna gül kolu demək olmaz, əsil boylu buxunlu bir ağac idi.

 Ərşad kişibu  ağaca xüsüsi qulluq edirdi. Sortu bu idi ağacın.Çox uca qalxmır bu dekorativ ağaclar, güllər. Ərşad onu şəhərdən gələndə sulutəpə adlanan ərazidə yol kənarında ağacalar satılan köşkdən alıb gətirmişdi. Kiçik lakin sağlam bir ağac idi.

 İndi o günlərdən ən azı on beş, on altı il keçmişdi.

Ərşad onu o vaxt gətirəndə hələ nisbətən gənc idi. Sevib alilə qurduğu həyat yoldaşı gülü çiçək həvəskarı idi. Hər gün stolun üstündəki kiçik vazada çöl çiçəkləri görmək olardı fəsilə uyğun.Çiçək olmayanda darıxırdı elə bil.Getdiyi yerlərdə bağda həyətdə gül axtarırdı. Uzaq dağ kəndində gül müşkül məsələ idi qızılgül zanbaq birdə dibçək gülləri nəzərə alınmazsa.

 Qızılgül, zanbaq isə mövsümi idi onların vazası da ayrı idi. Əslində kənd yerlərində gülə qıyıb dərib onuvazaya qoymurlar çox vaxt.

 

***

Qaynatasıgil gələcəklərini bilirdilər.

 Ərşad kişi səhər tezdən durmuş, mal qaranı açıb aparıb örüzə ötürüb qayıtmışdı.Oğlu ilə gəlininin saat neçədə gələcəyəni hesablayıb,  üç saat çəkməz inşallah gəlib çatarlar deyə düşünmüşdü.

Lakin Ərşad kişi çox gözləyə bilmədi . Həyətdə var-gəl edib skamyada bir az otursada, ürəyi sıxılmış, salxım söyüddən sonra yetimləşən, elə bil gözəlliyini də itirən skamyadan tez də durub küçəyə çıxmışdı.

Kənd camaatının meydan adlandırdığı mərkəzə tərəf getmişdi. Burada həm vaxt öldürəcək həmdə kənddə və dünyada baş verən yenilikləri dinləyəcəkdi. Meydan elə bil xəbər yığnağı idi. Kəndin başıpapqlıları bura toplaşırdı. Dərdi sərini bölüşən kim. Havadan sudan quraqlıqdan, və sairə danışan kim. Bu kəndin kişiləri də qadınlardan geri qalmazdı söhbət danışmaqda, kimi isə yuyub sərməkdə. Kişiləri qadınlarından çox qiybət qırardılar.

Meydan doğurdan da adını ifadə edirdi. Kişi qeybətlərindən ötmə ağızlarını açdılarmı, sonu bitmək bilmirdi. Onları da qınamalı deyildi, əvvəllər kişilər belə bekar qalmazdılar hər kəs iş güc dalınca gedirdi. İndi elə bil zəmanə dəyişmişdi insanları ələkdən keçiriridi.

İndi sən deyən iş də yox idi . Bu rayonda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik maldarlıq idi. İndi əhali mal qaranı daha çox saxlayırdı. İnsanlar artıqkapitalizmin amansız qanunlarını mənimsəməkdə idi. Kəndin kişiləri mal qaranı rahlayıb örüşə nobata göndərir, evə dönüb ağzına bir loxma atıb meydana tələsirdilər.

Meydanın ən qızğın vaxtı saat onbir radələri olurdu. Bu vaxt demək olar ki, meydan əhli hamısı burda olurdu. Yəni kəndin bütün kişiləri səhər işlərini görüb ora tələsirdilər.

Söhbət adətən Dağlıq Qarabağ hadisələrinin şərhi ilə açılırdı.

             Alxas müəllim heç kimə aman vermədən erməni qəsbkarlarının Ağdam bölgəsindəki növbəti dəfə atəşkəsin pozulması ilə açıb, Milli ordunun doqquz şəhid verməsi xəbəri ilə başladı.

Bədnam qonşular yenə də Rusiyanın fitvası ilə atəşkəsi pozmuş, cəbhə bölgəsinə atılmış snayper divrsant qrupunun köməyi ilə əsgərlərimizin mövqeyinə gözlənilmədən soxularaq çaşqınlıq yaratmışdılar. Lakin igid Azərbaycan əsgərləri də  onları cavab atəşi ilə susdura bilmişdi.

 Meydanda indilik yalnız Alxas müəllimin bəzilərinin, xəbərlərdə eşitdiyi, çoxunun isə eşitmədiyi cəbhə xəttindən verilən xəbərləri söyləyən səsi eşidilirdi.

Meydanın bir tərəfindən kəndin nisbətən cavan təbəqəsi toplaşırdı.

Meydanda da bir növ təbəqələşmə getmişdi. Kəndin ağsaqqalları, təqaüddə olan müəllimlər, əvvəllər şəhərdə yaşayan təqaüdə çıxmış və yenidən kəndə ata-baba mülkünə qayıtmış nisbətən yaşlı nəsil, altımış yaşdan yuxarı kişilər də var idi bu sırada. Bir vaxtlar onlar da bu kəndə doğulub böyümüş buradakı ibtidai məktəbi bititirib kəndin lap başındakı nisbətən hündür bir yerdə yerləşən orta məktəbə getmiş, oranı da bitirdikdən sonra Bakıya üz tutmuşdular.Kimi ali məktəblərə daxil olub ali təhsil almış, qayıdıb doğma kəndəaqranom,mühəndis, mühasib, zootexnik və digər peşələrə yiyələnmişdilər.

Əksəriyyəti isə məktəbə dönmüş dağlar qoynunda yerləşən və Kiçik Qafqazın ətəklərinə sığınmış Niyal kənd orta məktəbində müxtəlif fənləri tədris etməyə başlamışdılar. Belə məzunlar taleyini əbədi olaraq doğma kəndi ilə bağlamış yeni nəslin təlim tərbiyəsi ilə məşğul olaraq yenin- yeni nəsillərini yetişdirirdilər.

 Niyal kəndi çox qədim kənd idi.

Tarixi təxminən on dördüncü əsrə təsadüf edirdi. Bu kəndin tarixi Azərbaycan tarixi ilə sıx bağlı idi. Bir zamanlar bu kəndin üstündəki dağlar Azərbaycan tarixinin şanlı səhifələrindən olan Şirvanşahlar dövlətinin hökmdarlarının yaylağı olmuşdu.

Kiçik Qafqazın sıra dağları- möhtəşım Fit dağı ilə Qartın baş -başa vermişdi. Fitin sinəsinə doğru hissəsində seyrəngah deyiən sahə  həmdə yüksək əhmiyyətə malik strateji yüksəklik idi. O dövrdə düşmənlər Azərbaycana hücuma zamanı, Şirvanşah dövlətinin paytaxtı təhlükə altında olanda, Şirvanşah saray əhlini,hərəmxananı bu strateji yüksəklikdə yerləşən yaz-yay iqamətgahına köçürərdi.

Artıq tarixi abidəyə çevirilmiş Fit qalası - Şirvanşahların son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Niyal və Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar tikdirmişdir.

1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı Mustafa xan Fit qalasında müdafiə olunmuşdu. Qaladan XVIII əsrin sonlarına kimi istifadə olunub.Mustafa xan dövrü bura quş uça bilməzdi, qanad salardı. Bura qorçular, xanlıq əyan-əşrəfləri dəstəbaşılar silahlı əsgərlərlə dolu olardı. Mustafa xanın iqamətgahı daha yuxarılarda qırxotaqdan da yuxarılarda silah sursat anbarları dəmirçixanalar, cəbbəxanası burada bu yüksək əhəmiyyətli strateji məntəqədə yerləşmişdi.

Dəniz səvviyyəsindən 2000 metr yüksəklikdə yerləşən iqamətgahdan aşaqılara boylananda xanlıq düzü əl içi kimi görünürdü. İndi də kənd camaatı buranı xanlıq adlandırır. Kəndin evləriFitlə Qartın ətəklərində tamamilə qayalıqlara yaxın yerləşirdi. Elə bil evlər dağlara sığınmışdı. Kəndin bu evlərinin tarix qədər yaşı vardı. Elə evlər var ki burda binəsi sal qayalardan qoyulmuşdu. Kənddə ən azı min beş yüzə yaxın ev var idi.

Hələ lap qədimdən bəri kənd məhələ məhəllərə bölünmüşdü.

Məğrur Qafqazın ətəklərinə sığınmış bu kəndin yuxarı hissəsi yuxarı baş adlandırırdı. Kəndin dünyagörmüş adamlarından söhbət əsnasında bu yaxarı baş adının haradan götürüldüyünü soruşanda heç də hamısı cavab tapa bilmir.

Lakin daha dünyagörmüş qocalar, tarixi mənbələr bu adın birbaşa Şirvanşahlar dövlətlətçiliyi ilə bağlı şah iqamətkahı, şah sarayı ilə bağlayırdılıar.

Hələ ta qədimdən  - mövcud olduğu dövrdən yalnız Yuxarı baş mövcud idi . Kənd yuxarı başdan ibarət idi.Demək olar ki, bu kəndin əsli nəcabəti şahlıqla bağlı idi Şirvanşahlar saray qorçularının bölünərək burada dağlarda iqamətkahın daimi qoruqçilarının nəsiillərinin və digər saray əyanlarının, ordunun onbaşıların yüzbaşılarının və dağlardakı  daimi fəaliyyət göstərən silahdüzəldən xüsisi silah sexlərinin işçiləri təşkil edirdi.

Dağlarda indinin özündə oktyabrın ortalarından başlayaraq qar düşüb ta may ayına kimi ərimir. Haram çayı ilə Böyük çay mənsəbini bu dağlardan götürüb hərəsi bir tərəfdən biri Fit digəri Qart tərəfdən gələrək iri döyüş meydanını xatırladan və el arasında Qalalı adlandırılan geniş ərazini sağdan soldan qucaqlayaraq aşağılara doğru yol alıb qarşısına çıxanı silib süpürüb ağzına alaraq Ağsuya qədər gedib, Ağsuçay ilə birləşirdi.Dəli çay adlandırırdılar Haram çayını.Hələ ta qədimdən bu çayların adı barədə müxtəlif əfsanələr dolaşır. Çayın adını bəzi mənələrdə Hərəm, bəzi mənbələrdə isə Haram adlandırırdılar.

Sinədəftər müdrik qocalar artıq çoxdan dünyalarını dəyişmiş bu qiymətli xəzinələri kəndin zəngin tarixinin bir hissəsini də özləri ilə aparmışdılar.

Lakin çayın hər iki adı maraqlı və indndırıcıdır. Nisbətən yaşlı nəsil onun adını Azərbaycan dövlətçiliyinin tarixi Şirvanşahlar, və eləcədə digər xanlıqların bu strateji yüksəklikdə yerləşən qalalar, meydan, Saray qalıqları, hərəmxana kimi adlardan götürüldüyünü iddia edir.Burada qırx otaq, ondan yuxarı hissədə yerləşən, müharibələrdə şah sarayının, hərəmxananın, ümumiyyətlə dövlətçiliyin təhlükəsi, hallarrında buralara köçürələrək arxa yaylaqda hərəmxana olaraq tikilmiş içərisinə biri-birindən və müxtəlif tərəflərdən girişli çıxışları olan və bu günkü günlərə qədər gəlib çatan labirint kimi otaqlarda yerləşdirilən və bu ucu sıldırım qayalara söykənən hökmdar hərəmxanası ilə də bağlı idi. Deyilənə görə hərəmxananın bir divarını təşkil edən slıldırım dağın dibindən  axan bu çayı bəlkə də  ona görə Haram çayı adlandırırmışdılar.

Burada hava çox dəyişkən olur. Bir də görürsən dağların başını qara duman aldı. Duman o qədər qatı olur ki, bu əzəmətli dağları görünməz edir. Adətən canxısıxıcı payız günlərində burada təbiət daha əsrarəngiz, daha sehirli olur. Amma yaz aylarında bu dağların gözəlliyi təsvirə gəlmir.

 Çayqırağı yerləşən xırda kəndlərdən dayanıb baxanda dağlar daha gözəl daha füsünkar görünür. Bir də görürsən dağlar qaş qabağını töküb. İş o yerə çatır ki, Qartın par-par yanan sıldırım sinəsi belə görünmür. Yer göy bir birinə qarışır, şimşək çaxır buludlar elə toqquşur ki, insanın zəhri yarılır. Vəhsi heyvanların nərələri bir-birinə qarışır.

 Belə məqamlarda Fit qalası təbii sığınacağa çevrilir, heyvanlar təhlükəni unudaraq gəlib qalanın saysız-hesabsız otaqlarına doluşurlar. Haram çayı belə hallarda dolub daşır. Sayın vahiməli nəriltisi, qayalardan köclü-kölməcli qopardığı və aşağılara doğru üzən adalara baxanda insanın qanı damarda donur. Adama elə gəlir ki bu dəli çay külli aləmi ağzına alıb aparacaq.

Bir az irəlidə yenə üzü dağlara dayananda mənbəyini bu dağlardan alan əzəmətli vüqarlı səbirli və güclü Böyük çayla üzə-üzə gələndə Haram çayı Böyük çayın qarşısında duruş gətirə bilmir.Carəsizcəsinə böyük çaya birləşib,  boz suları qıvrıla qıvrıla Böyük çayın dumduru bir az da ağ sularına qoşulub bir ara dəlilik etsə də nəhayət taleyinə boyun əyərək aşağılara doğru irəliləyir. Çaylar birləşsədə, dağlardan alaraq gətirdiyi iri daşların bir-birinə zərblə dəyərək çıxardığı qorxunc səslər sahil kəndlərinin camaatını qorxuya salır. Bununla belə böyüklər allah yalvarıb dua edəndə, uşaqlar bir az üşürgələnsələrdə : “can ay can sel gəlir” deyə yatağına sığmayan selin əvvəlini görmək üçün çay kənarına gedirlər.

Bəzən elə olurdu ki, dağın o biri tərəfinə yağış düşmür, sol tətətə tərəfdə şimşək çaxır, şiləvaran yağış yağırdı.

Çayaşağı yerləşən kəndlər bu dəli çayın qorxusu ilə yaşayırdı.Bir gün, bu dəli çayın dönüb onları ağzına alaraq aparacağından çox ehtiyat edirdilər. Amma dünyagörmüş ağsaqqalar, ağbirçəklər deyirdi ki, qorxmayın müqəddəs şeyx bizi qoruyur heç vaxt bu çay bizə ziyan vura bilməz. Bu şeyx ozu də bir müqəddəs bilgi ilə bağlı idi.

Deyilənlərə görə bir vaxtlar yaylağa gələn və dağların bu əsib çoşan vaxtına düşmüş, bu mahalda məşhur olan və inanc yeri olan Şeyx Cümşüd çayın səmtini döndərib kəndlərin üzərinə gəldiyini görür və çiynindən xurcununu çıxarır,  əsasını iri bir daşa söykəyib yeri-göyü lərzəyə sala –sala gələn selə əhəmiyyət vermədən özüdə bu nəhəng daşa söykənib oturur və dodaqaltı dua oxumağa başlayır. Deyilənə görə çay gəldiyi sürətlə də yolundan dönüb yatağına və daha sonra isə o biri sahilə tərəf meyillənir. Kənd əhli şeyxin əl-ayaqını öpərək dua eidrlərdillər.

Şeyx: qorxmayın, arxayın yaşayın deyib: daha bu çay sizlərə zərər vurmayacaq. Elə o vaxtdan bəri çay o biri sahili, bağı baxçanı yuyub aparsada şeyxin oturduğu bu daşa , bu taya , bu tərəfə meyllənmir.Digər tərəfədəki kəndlər isə çay yatağından çox hündürdə yerləşdiyindən o kəndlərə ziyan vurmaq iqtidarında deyil.

Silsilə dağlarla göz işlədikcə uzanan zirvələrin aşağı sol əlində xanlığın yaşayış məskəni- divanxanası olan, indi isə  Xankəndi adlanan  iqamətgahı yerləşirdi.

Azərbaycanın Dağlıq Qarabağla yanaşı bir sıra bölgələrində də xanların şərəfinəxan kəndləri mövcud idi. O cümlədən Şirvanda da Şirvanşahların Xankəndi kəndi var idi və indi də bu kənd rayonun ərazisində yerləşən Xankəndi kəndidir. Bu kənddə tarixi abidə kimi siyahidə olan Xan sarayının qalıqları və dağlardan ora çəkilmiş süd-ağartı arxının qalıqları hələ də qalmaqdadır.

Azərbaycan dövlətçilik tarixinin zəngin tarixi abidəsi olan bu qalalar  Sovet dönəmində demək olar ki rejim tərəfindən məhv edilmiş və qalan hissələr ziyalıların gücü hesabına yaşayıb dövrümüzə kimi gəlib çatmışdır.

Sövet dövründə Xankəndinə müəllim kimi göndərilən "molodoy spesialist"-tarix müəlliminə məhz xanın qalası olan ərazidə torpaq sahəsi ayırmışdılar. Hələ çağırıb bir minnət də qoydular ki, xanın yurdunu verdim sənə, nə bacarırsan et dedi, yerləş sök dağıt ev tik. Müəllim babada əlinə düşən ilk fürsətdə ərazidə bir ev yapdırdı.

 İllər ötsədə bu kəndin və Niyal kəndinin sakinləri, xüsusən niyallılar xanın bu evini, sarayını unutmurlar. Üstündən əsrlər -qərinələr ötsə belə xanın sarayı bax o həyətdə olub deyirlər. Və doğurdanda saray binasının uçuluraq bu günlərədək qalmış hissəsəri ağ rənli qalıqları əhəng və yumurta qarişlıqından hazlanmış, ağlığını indiyə kimi saxlayan divar qalıqları yallıqların içərisində diqqəti cəlb edir.

***

Bu radionun susduğu az az oardı. Meydan əhli indi onu dinləməyə daha çox üstünlük verirdi. Atəşkəs olsada mənfur düşmən sakit durmur tez-tez atəşkəsi pozurdu. Radioda yenə cəbhə xəbərləri verirdilər.

Ərşad kişi radioya yaxın bir yerdə özünə yer eləyib dayandı. Azərbaycan radiosu xəbərlər proqramının aparıcısı cəbhə bölgəsindən reportaj veriridi. Dinc sakinlərdən biri danışırdı:  "Gecə evimizdə yata bilmirik. Bu gecə saat 3-dən səhərə kimi ermənilər kəndi gülləbaran edib.Uşaqları çölə buraxmırıq.İndi mal heyvanımızıda çölə buraxmırıq.Ermənilər nə gördülər vururlar.Baxmırlar qocaya, qadına uşağa ".

Meydana sakitlik çökmüşdü Əşad kişi düşünürdü ki,  nə yaxşı vaxtında gəldim.Xəbərər proqramı başqa xəbərlərə keçəndə meydan da müzakirə başlandı. Camaat mənfur düşməni yamanlayır, ordan burdan eşitdikləri xəbərləri bir-birinə çatdırırdılar. Bu günlər cəbhə bölgəsində yenı qarışıqlıq idi.Meydan arı pətəyi kimi uğuldayırdı. Ancaq bir mövzu var idi Dağlıq Qarabağ mövsu . Yenə cəbhə bölgəsində erməni faşistləri havadarlarının köməyinə arxalanaraq quduzlaşmışdılar.

Azərbaycan radiosu dalabadal xəbərlər veirirdi. Meydan əhli yumruqlarını düyünləyib həyəcan içində xəbərləri dinləyirdi. Ərşad kişi vaxtın neçə keçdiyinin fərqinə varmadı. Radio yenə də xəbərləri verirdi:

Azərbaycan hərbiçiləri erməni silahlı bölmələrininTərtərin Seysulan kəndi istiqamətində -səngərdən bir qədər kənarda düşərgə saldığını aşgarlayıblar. Düşərgəni aşgarlayan hərbiçilərimiz qəfil hücuma keçərək erməni xüsusi təyinatlılarının düşərgədəki beş çadırını və nəqliyyat vasitələrini məhv ediblər.

Atışmada düşmənin ümumilikdə qırx nəfərə yaxın itki verdiyi bildirirlir. Döyüşdə üç Azərbaycan əsgəri şəhid olmuşdur.  Hərbiçilərin sözlərinə görə ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayaraq orada güclü ordu hissələri toplamaqdadırlar.Bu xəbərdən sonra radioda vətənpərvərlik ruhunda konsert verilməyə başladı.

Aparıcının təsirli səslə söylədiyi şeir parçası meydan əhlini yaman kövrəltmişdi. İnsanlar kövrəlmiş, səhərdəndil boğaza qoymayan meydan əhlinin səsi çıxmırdı.

Şeir parçası bitən kimi Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, Şəmistan Əlizamanlının ifasında ürəkləri riqqətə gətirən cənab leytnant mahnısının sədaları ətrafa yayıldı .Bu dəqiqələrdə, bu ucaqar dağ kəndinin tən ortasında insanlar sehirlənmiş kimi dayanıb bu dəmir dirəyin üstündəki radiodan başqa heç nəyi görmür, musiqinin beyinlərə işləyən ürəkləri fəth edən həzin bir az da qəmli səsindən başqa heç nə eşitmirdilər. Bəlkə də eşitmək belə istəmirdilər.

 

Ardı var...

 Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam