Salxım söyüd
Yenixeber.org: (Ardı)
Ağır zəhmətdən sonra meydana toplaşıb cəbhə xəbərlərini dinləyən kişilərin bəzisi mürgüləyirdi. Daha sağlam, daha enerjililəri isə, qızğın müzakirəyə qoşulmuşdular. Hamı cəbhə xəbərlərini gözləyirdi. Ərşad kişi də meydanda idi. Xəyal aləminə cummuşdu. Axşam xəbərlərni, saat doqquzu gözləyirdi hamı kimi. Radioda isə hərbi nəğmələr səslənirdi. Şəmistan Əlizamanlının ifasında.
Zaur günün ikinci yarısı meydanın gənclər tərəfinin aktiv sakinlərindən biri olurdu.
***
Nərminin uşağı elə ürəklə sinəsəinə sıxıb əzizləyib oxşaması, Bəyim arvadı, hövsələdən çıxar-mışdı.Mətbəxə keçib hönkürtü ilə ağlamışdı. Bu hönkürtü onsuzda yavaş-yavaş soyuyan münasibətləri bir az da sərinləmiş gəlini peşiman etmişdi. Nə yaxşı, Zaur bu mövzunu atıb otalığa, ilahi mən nə edərdim deyə düşünürdü.
Artıq hamı yatmışdı.
Gündüzün çabalarından sustalmış hər kəs dərin yuxuya getmişdi. Qızılgüllüyə açılan ayna açıq, pərdələr isə salınmış idi. Otaqda qəribə məstedici bir hava var idi. Saf dağ havası ilə qızılgüllərin ətri cənnət havası yaratmışdı. Şənlik yerinə girən kimi yuxuya getmişdi. Yaxud da özünü elə göstərirdi. Bəlkə də bu ona belə gəlirdi. Çarpayıya uzananda Nərmin yuxum tökülür demişdi. Sonra danışmamışdılar, Bəyim arvadın qəfil hönkürtüsü, sevimli ağacının bir cüt ağlar gözü, onu varından yox etmişdi. Bayaqdan özünün yuxululuğa vurmuşdu. Yorğanı başına çəkmişdi. Çalışırdı ki, qımıldanmasın. Bir saatdan artıq idi ki, eyni vəziyyətdə, sağ böyrü üstündə, üzü pəncərəyə tərəf uzanmışdı. Hərəkətsiz qalmaqdan qıc olmuş sağ qolunu tərpətməyə qorxurdu. Gözlərinidən, axıb balışını isladan göz yaşlarını silmirdi. Bütün bədənini bürümüş ümidsizlik, elə bil ürəynin döyüntülərini azaltmışdı. Ürəyi sanki sinəsindən çıxıb haradasa cisminə yaxın bir yerdə səssiz sədasız qərar tutmuşdu. Əlini sinəsinin üstünə qoymaq ürəynin döyüntülərini duymaq istədi. Şənliyin də oyaq olmaq ehtimalını nəzərə alıb qımıldanmadı. Ona elə gəldi ki, aramsız çıqqıldayan divar saatının səsi ürək döyüntülərin eşidilməz edir. Bu dəqiqələrdə özünü günahkar, yalqız və kimsəsiz sanırdı. Gecə isə uzandıqca uzanır, bitmək, tükənmək bilmirdi. O, öz yerini səhərə vermək istəmirdi. Saatın əqrəbləri elə yavaş tərpənirdi ki, elə bil can verirdi. Gecənin canı saatın əqrəblərinə yığılmışdı.
Çox olmuşdu belə gecələri. Hər dəfə ayın sonu çatanda min bir ümidlə gözlədiyi ümüdli uzun gecələr. Qarın ağrısı ilə açılan səhəri Şənliyə bu xəbəri necə verəcəyi ilə keçirdiyi gecələri çox olmuşdu. Bəd xəbərə hamilə gecələr deyirdi bu gecələrə.
Lakin bu gecəki halı əvvəlkilərə əsla oxşamırdı. Bu gecə onu tamam başqa bir ümidsizlik bürü-müşdü. Çarəsizlik, bacarıqsızlıq hissi bütün varlığına hakim kəsilmişdi. Sözlə deyilib, dillə ifadə edilə bilən bir hiss deyildi. Ümidsizliyə qapılmış bir insanın keçirdiyi əzablı fikirlər məngənəsində çabalayırdı. Həyatı qədər sevdiyi insan bu an böyründə olmasaydı bəlkə də Bəyim arvad kimi hönkürərdi. Amma onun hönkürtüsü kimsəyə deyil, özünə, oz uğursuz qədərinə ünvanlanmış olacaqdı. Ülvi məhəbbətlə sevdiyi Şənliyindən ayrılmaq qorxusu onu tərk etmirdi. Tərslikən başından da bərk ağrı tutmuşdu. Amma ağlaya bilmirdi. Şənlik oyana bilərdi. Göz yaşlarından onun zəhləsi gedirdi. İstəmirdi, ümüumuyyətlə bu xoşagləməz hadisədən xəbər tutmamalı idi. ”Allah sən mənə səbr ver”deyib yavşca qımıldandı. Özü də bilmədən ah çəkdi.
-Yatmamısan?- Şənlik oyaq imiş.
-Yatıram .
-Bəs deyirdin yuxum tökülür?-deyə Şənlik yerindən tərpənmədən soruşdu.
-Gəl mənim yanıma.
-Yuxum gəlir yat. Mümkün qədər etinasız cavab verməyə çalışdı.
-Gəl yanıma sənə nağıl danışacağam. Aralarında cəmi iki qarış məsafə yar var idi, ya da yox idi. Bu məsafəni qət etmək onun üçün çox çətin idi.
-Yat gecə keçir. - Bu dəfə səsindəki qəhəri gizlədə bilmədi.
-Bax sən gəlməsən özüm gələrəm ha! Şənlik bunu yarıoyaq –yarıyuxulu dedi. Bir azdan onun kəsik kəsik nəfəs alması eşidildi. Şənlik yuxuya getmişdi. Birgə yaşadıqları bu neçə ildə ilk dəfə olaraq onun yuxuya getməsinə sevindi.Yalnız bundan sonra balışın altından yaylığı götürüb gözlərini sildi. Nə qədər səy göstərsə də, yuxuya gedə bilmədi. Bir yuxuya getmək metodu öyrənmişdi. Altıya qədər saydı. Sonra isə dərindən nəfəs alıb, sən artıq yatırsan bax əsnək gəlir. Yuxun gəlir yat, qapa gözlərini deyə özünə təlqin edirdisə də heç nə alınmırdı. Yata bilmirdiki, bimirdi. Nəhayət uzanmaqdan bezdi. Yerindən qalxıb gecə köynəyinin üstündən uzun xalatı çiyninə saldı. Xalat topuqlarına qədər bədənini tuturdu. Qapını ehmalca açıb eyvana çıxdı.Yalın ayaqları yüngül ayazlı gecənin soyutduğu eyvanın taxta döşəməsinə dəyəndə, canına bir sərinlik yayıldı. Sərin yaz havası üzündə, saçlarında gəzdi. Bədəninin üşütdü. Bu təmasdan xoşhallandı. Canına bir rahatlıq yayıldı. Başının ağrısı da bir qədər azalan kimi oldu. Bir müddət eyvanda dayandı. Niyal kəndinin sakit gecələirndən biriydi. Ağır zəhmətdən sonra bütün kənd uyumuşdu.Gecənin sakitliyindən qulaq tutulurdu.Tarıma çəkilmiş əsəbləri ayazın təsirindən sakitləşmək üzrəydi. Ürək döyüntüləri normaya düşmüşdü. Bir xeyli sakitliyi dinlədi.Gözlərinə yuxu gəlirdi deyəsən.Dayandığı yerdən diqqətlə baxanda bağın lap axırında şaftalı ağacından bir az o tərəfdə gözünə bir cüt qırmızı, parıldayan göz göründü. Canından soyuq bir gizilti keçdi. Qorxdu. Dönüb otağa keçmək istəyirdi. Qorxu onu elə bürümüşdü ki, yerindən tərpənə bilmirdi.Bağın dərinliyindən ona zillənmiş bir cüt göz onu iflic etmişdi. Özü-özünə toxtaqlıq vermək istədi. Pişikdir yəqin. Bəs niyə qırmızı? Hər nə olduğunu kəsdirə bilmədiyi bu iki işıqlı qırmızı göz sözsüz ki, vəhşi heyvan idi. Üşürgələndi. Bir anlığa beyninə gələn fikirdən az qala damarlarında qanı donacaqdı. Dönüb özünü içəri, otağa saldı. Qoşa çarpayıda mışıl-mışıl yatan Şənliyi görüb bir az sakitləşdi. Yorğanı qaldırıb özünü yerinə saldı. Hələ də titrəyirdi. Eləcə qorxu içində yuxuya getdi.
Şənlik dünəndən haldan-hala düşən sevgili arvadının təmiz havada rahat yatması üçüngecədən xeyli keçmiş durub qızılgüllüyə açılan aynanı açıb pərdələri çəkmişdi. Yeni açmış, tər qızılgüllərin ətri otağa dolmuşdu. Nərmin yuxuda gülümsəyirdi. Şirin yuxu görürdü.Yamyaşıl bağın otluğunda, xallı paltar geymiş dünənki qızçığaz qayğısızcasına gülə-gülə qaçırdı. Uşağın dalınca qaçıb, onu tutmağa çalışırdı. O qədər xoşbəxt bir röyada idi ki, sifətini məmnun bir ifadə çökmüşdü. Qızçığaz çiçəklərin arasında atılıb düşür, çevirilib ona baxır, onu arxasınca çağırırdı. Ətrafda onlardan başqa heç kim yox idi. Uşaq irəli gedirdi. Qarşıda bəzək ağacının təzə tumurcuqlanmış budaqları ağımtıl, yaşıla çalan qəribə bir rəngdə idi. Yarpaqlar yenicə açılmışdı. Onun böyründə söyüdün xırda salxım budaqları diqqətini cəlb etdi. Yadına uşaqlıqda anasının hördüyü xırdaca saçları düşdü. Saçlar dibdən xurmayı, uzandığca daha açıqtəhər qəribə bir rəngdə idi. Sıx xurmayı saçlarını qırx hörüyə bölürdü. Bundan sonsuz həzz alardı. Qızımın saçları su pərisinin yosun saçlarına bənzəyir, deyərdi anası. Atası isə onu söyüdün körpə tellərinə bənzədirdi.
Qızçığaz gülə gülə qaçıb ağacın aşağı sallanmış budaqlarının haləsinə girib gözdən itdi. Diqqətlə baxıb qızın oturacağa dırmaşdığını gördü. Asta-asta yaxınlaşmağa başladı. Elə bil reallıqda idi. Bir də diqqətlə baxıb bunun röya olmadığına özünü inandırmaq üçün əlini irəli uzatdıb yaşıl saçaqlı telləri sığallamaq istərkən havada qeyri adi qövs cızdı. Birdə əlini atdı. Əlini yana atanda əli yandakı yastığa ilişdi. Yuxudan ayıldı. Yuxudan ayılsa da gözlərini açmadı. Bir anlığa harada olduğunu düşünməyə, anlamağa çalışdı. Rəngli yuxusunu görmək, ümidi ilə gözlərini qapayıb yuxuya getməyə çalışdı və buna nail oldu.
Dan üzü ağarmamışdı hələ, lakin doğmaqda idi. Yer üzünə işıq saçmağa, gecənin qara kabusun-dan qurtulmağa hamilə idi. Min bir rəngə çalan təbiətin bu gözəl güşəsində sevgilisinin böyründə gördüyü rəngli yuxunun neqativ sonluğunu nəzərə almasaq, əslində yaxşı əhval-ruhiyyədə idi. Yuxudan ayılmışdı.
Tam sakitlik idi.Quşların bir birini əvəz edən xoş ötməsini dinləyərək ruhunu əzən dinciliyini pozan, hər şeyi unutmaq istəyirdi.Hansı ümidlə hansı nəşə ilə gəlmişdisə Niyal, həmin o havaya kökləmək istəyirdi sinirlərini.Və buna nail də olurdu. Başqa yolu da yox idi. Olmaq zorundaydı. Atalar sözünə, deyimlərə, duyumlara çox inanan biri idi. Atalar demiş: Niyyətin hara mənzilin də ora. İndi onun anladığı bir anlam var idi. O da, niyyətinin dalınca gəldiyi mənzilində ruhunu dincliyini xoşbəxtyliyini təmin etmək. Gələndə gördüyü mənzərə, axşamüstü evə gələn qucağı uşaqlı qonaqlardan sonra qaynananın gözlənilməz hönkürtüsü, onu incitmişdi. Sevgisi naminə, sevgili həyat yoldaşının və gələcəklərinin naminə güclü olmağa ailəsini qorumaq qərarına gəlmişdi. Bütün neqativləri silib atmalısan deyə pıçıldayırdı. Yatıb yuxusunu alsa, da gözlərini açmırdı. Düşünürdü. Məkan məfhumunu unudub, xəyallar aləminə cummuşdu. Dan üzünün sakitliyində ürəyinin aram-aram döyintüsünü, bir də, çöldə quşların bir birini əvəzləyən şirin agəngini eşidirdi.Gözlərini açsaydı böyründə Şənliyin yuxuda necə qaşlarının çatdığının şahidi olacadı.
Birdən dan üzünün tənha səssizliyindəbir səsin, bir nəğmənin dalğa-dalqa yuxarılardan aşağı süzülüb gələn harayını eşitdi.
***
Qaynatasıgilin evi bağların ətəyində yerləşirdi.Bağlar da meşəyə sığınmıdı.Məhlə ilə bağların arasında bir yol var idi. Bir maşın yolu. Səs bu maşın yolununda o tərəfdəbağlardın sığındığı meşə tərəfdən gəlirdi.Dan üzünün səssizliyində gələn bu yanıqlı səs, bu nalə nə deyirdi ilahi. Otağa süzülən qızılgül ətrinə bir məlal da qarışırdı. Səs elə təmiz elə yanıqlı idi ki, diqqətlə qulaq verib hansı tərəfdən gəldiyini müəyyən etməyə çalışdı. Kəndə gələndə yolun alıtında qalan sıx qarışıq meşə, bu meşəni çox seyr etmişdilər Şənliklə. Yolkəndə çata-çatda yoxuşa dirənir, haradasa əlli metrlik bir yoxuşu qalxandan sonra birdən birə düz yola çıxırdı. Magistral yoldan torpaq yola düşdükdən sonra ən azı altı kilometr yol var idi kəndə qədər. Axrıncı dik yoxuşu qalxıb dönən kimi hər tərəfdən dağlarla, bir tərəfi isə bu yol ətrafı meşə ilə əhatə olunan kənd əl içi kimi görünürdü. Yuxarıda əzəmətli Fitlə Qart bir –birinə meydan oxurmuş kimi vüqarla dayanmışdı.Uzağı, kəndə girən yolçuların başı üzərindən harasa uzaqları seyr edirdilər. Bura çatanda nərdənsə həmişə maşını əyləyib maşından düşürdülər.Üç tərəfdənsıldırım dağların əhatəyə aldığı kəndin seyr edirdilər.
Tarixi beş altıncı əsrlərətəsadüfedən Niyal əsrlərin keşməkeşli savaşlarından bu günlərə qədər gəlib çatan kənd yaşadığı dövrləri əks etdirirdi. Kəndin evləri dağın ətəyindən başlayaraq hərləmə dağların dibi istiqamətində sağa və sola tərəf uzandıca uzanırdı.Kənd dağa sığınmışdı.
Deyilənə görə evlərin dağlara bu gədər yaxın olması, həmdə strateji əhəmiyyət kəsb edirdi.Təhlükə anında əhalinin tez bir zamanda dağlara çəkilə bilmək ehtiyacından yaranmışdı.Zaman –zaman, düşmən hücumuna məruz qalmışdı. Mənfur ermənilər hələ min doqquz yüz on beş-on səkkizinci illərdə bu mahala qədər gəlib çıxmışdılar. O dövrü el arasında qaça-qaç dövrü adlandırırdılar. O illərdə doğulmuş uşaqların təvəllüdünü soruşanda:-hə o filankəs qaça-qaçda anadan olub deyirdilər.Yaxud o qaça-qaç ilindəndir deyirdilər.Vəfalı Qartla Fitin əhali üçün sığınacağa çevirilmişdi.Kəndin günçıxan hissəsəsi bir tərəfi sıldırım hündür dağlar,digər tərəfi meşəlik idi.Sıldırırım qayanın şimal tərəfindən lap qədimdən araba yolu var idi. Hələ lap qədimlərdə maşın traktor az olan vaxtı bu yolda öküz arabası işləyərdi. Zaman keçdikcə arabalar yerini nəqliyyata verdi. Daha sonralar buradan insanlar atla gedib gəlirdi.Qaya arxası meşəliklə burula- burual qlaxan yox uzaqdan ağarırdı Niyala gələnlərin ilk gördüyü sıldırım qayanın üstündəki yaşıl meşənin bağrından keçən ağ torpaq yolu olurdu. Kəndə yaxınlaşdıqca gözəl mənzərələr bir birini əvəz edir.Yol sıx xırda ağaclı meşənin içi ilə başı yuxarı qalxırdı. Meşə bitən kimi kəndin mal heyvanı üçün yem bazası olan düzənlik, meyvə bağları başlayırdı.O zaman Şamaxı tərəfdən gələn azğın erməni quldurları bu dağın üstündəki meyvə bağlarına qədər gəlsələrdə kəndə enməyə cəsarət etməmişdi.Meyvə bağlarında mövqe tutub dayanmışdı.Böyük Qafqaz dağlarının ətəklərində yerləşən, bu dağlarasığınan Niyala girməyə cəhd etmişdilər. Fitlə QartınətəklərindənsıyrılanSulu çayla Hərəm çayının iri daşlı enli yatağı,onları çaşdırmışdı.O vaxt əhali çayın yatağı ilə dağlara qalxmışdılar. Arvad-uşağı, qız gəlini qoruyan və dağ yolunda-çayın yatağında cəmlənib müdafiə mövqeyi tutan kəndin igid kişilərinin səfini, bir də çay daşlarını qoşunbilən quldurlar oradanca geri dönmüşdülər.Dağlar sipər çəkmişdi.Ana təbiət çaşdırmışdı onları.O zaman hündür qayalıqları enib, bu möhtəşəm təbii istehkamların, dağların əhatəyə aldığı kəndə, təbii ki, bundan sonra gələn digər ərazilərə də toxuna bilməmişdilər. Niyal həmişə olduğu kimi yenə təhlükəyə sinə gərmiş və ətraf kəndlərin əhalisini bu qırğından qurtarmışdı.Fitlə Qart,orada mövcud olan Şirvanşahlarlın yay iqamətgahı,mahalın cəbbəxanası, ümid qalası olmuşdu tarixən.
Kəndin orta hissəsi, çayın sahilinə yaxın olan məhlələr, nisbətən sonralar salınmış məhlələr idi. Çayın cənub sahili beş-altı ev istisna olmaqla axır iyirminbeş il ərzində salınmışdı. Bu sahədə nisbətən gənc ailələr yerləşmidi. Kəndin yuxarı məhəllələrində yüzdən artıq bəlkə də daha çox yaşı olan evlər də var idi. Elə evlər var idi ki, heç yaşı bilinmirdi
Yolun altı meşə bir tərəfi isə düzənlik idi. Meşənin altı bağlar, bağlardan o tərəfə isə yol idi.Yolun sol əlində evlərlə sıralanmışdı. Şənlikgilin xudmani evi də bu sırada idi.
***
Enişli yoxuşlu yolu var Niyal kəndinin.Seysmik zonada yerləşir. ilk gəlişlərində axırıncı diki qalxıb nisbətən düz yola çıxanda maşını əyləmişdi. Buradan baxanda dağların əhatəsində yerləşmiş kəndin hər tərəfi əl içi kimi görünürdü
Sən hələ bu mənzərıni seyr et gör nə gözəl yerlərdir!
Bilirəm ki , sevəcəksən bu yerləri demişdi.
Qarşısında açılmış bu heyratamiz mənzərəni acgözlüklə seyr edir, təbiətin mözüsəsindən zövq alırdı. Şəhərdən çıxandan yollara fikir verirdi. Yol boyu daima yuxarı qalxırdılar . Bir iki sahəni nəzərə almasaq, əsasən düz yollar yoxuşa diklənirdi.Kənd yoluna dönəndən bəri hiss olunacaq dərəcədə yüksəkliyə doğru qalxdıqlarının fərqindəydi.
Nərmin: Qəribədir elə bil yerdən xeyli yuxarıdayıq. Göyə daha yaxındır buralar.Gülə -gülə əllərini yuxarı səmaya qaldırıdı. Sanki, əlini atıb yapışacaqdı daha ucalara qalxacaqdı.
Yuxarıda dağların arxasından bir parça pənbə bulud havada asılmış kimi görünürdü. Səma tərtəmiz, mavi, dağların rəngi bu mavilikdə daha tünd görünürdü. Bulud tənbəl- tənbəl iki dağın zirvəsindən aşağıya doğru yuvarlanmaqdaydı. Belə mənzərələri çox şahidi olmuşdu Şənlik. İkisi də heyran heyran bu gözəlliyi seyr edirdi. Şənlik telefonu əlinə alıb bu əsrarəngsiz gözəlliyi əbədiləşdirmək məqsədilə şəklini çəkdi.
Bax, diqqətlə bağların bitdiyi yolda o yaşıllığa fikir ver evlərin damları görünür. Bizim evimiz ordadır.
Həyətlərdə ağaclar daha hündür və qollu budaqlıdır.Ona görə evlərin yalnızca damalrı görünür. deyə izzahatverdi.
Elə məhlələr də var idi ki, onlar yeni salınmış mülklərdi və hələ ağacları yeni olduğundan evlərin həyətləri də əl içi kimi görünürdü. Qəribə olsa da kəndin bu hissəsinə baxanda evlərin damları və yaşıllıqlarla buketi xatırladırdı. Hündür sıx yaşıllığın içində müəyyən məsafə ilə qırmızı örtüklü və ağ örtüklü damlar növbələşir, evlərin ağ, qırmızı örtükləri çiçəklərə həyətlərin yaşıllığı isə çiçəklərin yaşıl yarpaqlarına bənzəyirdi.Bu yaşıllıqdan sıyrılıb çıxan xırda ağ daşlı, çınqıllı, kənarları meyvə ağacları sıralanmış kənd yolu isə bu buketinin saplağını tamamlayırdı.Kəndin bu məhləsi qocaman bir gül buketinə bənzəyirdi.
İlk dəfə ona elə gəlmişdi ki, bura göldü. Yaxud mavili yaşıllı dənizdi. Hətta heyrətlə Şənlikdən soruşmuşdu ki , sən heç deməmisən siz tərəfdə göl var. Şənlik ona anlatmışdı ki, əzizim bura meşədir biz sadəcə hündürdə durmuşuq aşağını meşəni isə duman basıb sənə elə gəlir ki o sudur göldür. Əslində bura meşədir. Buraların əsrarəngsiz təbiəti Nərmini heyran edirdi.
***
İndi səs çox güman ki, Şənliklə onun dayandığı yolun üstündəki meşədən gəlirdi.
Həyəcanla dinləyirdi. Qəlbinin təlatümlü vaxtında bu yanıqlı səs də bir tərəfdən.
Bir dur!Toxta qəlbim-dedi-öz-özünə. Bu nəğmənin sözləri oğlanın qıza xitabıdır,deyəsən. Bu şeiri oğlan qoşub.Oğlan bu şeirn dililə ilə öz könül duyğularını o ucalığdan öz sevgilisi, bu dağların al yanaqlı bir gözəli üçün oxuyurdu indi. Bu şərqi tanrının qadın deyə yaratdığı o ilahi varlığ üçün ömür nəğməsi kimi oxunurdu. O səs indi sahibini tapmişdı bəlkədə alovlu eşqinin gözəlinə layla deyirdi.
Bəlkə də pünhan eşqini nagahini bir səda kimi atırdı sevdiyi qızın ixtiyarına.
Yandıra yandıra yaxırdı qəlbləri.
Bəlkə də daşa dəymiş sevgisinin bayatısını çağırırdı bu dan üzü.
Quşların dan üzündən bəri oxuyub sustaldığı bir an nəfəs dərdiyi və yenidən cəh-cəh vurmaq üçün qüvvə topladığı bu qısa sürədə,çavabsız sevgisinə məlhəm axtarırdı kim bilir......
Səsi dinlədikcə ona elə gəlirdi ki, qeybdən gəlir. Elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı idi. Bu səs yandırıb yaxırdı eşidənləri hər kəs bir cür yanırdı bu səsin oduna.
Eşidib oyanmayanlara, sevənlərə sevgi laylası deyirdi.
Ümidsiz məhəbbətinə layla oxuyurdu.
Duyğuların təlatümü. Səs öz işində idi.San ki, deyrdi:
Bax, o qıza mənim gözüm ilə bax. Bax ki:
“Sahil sakit çəkilibdir ayaqlar
Coşan dalğa qayaları qucaqlar!”
Yazın gəlişi təbiətin oluşları ilə sevgi mənzərəsi.
Bu bəlkədə heyvanlarını sübh tezdən şehli cəmənə doyurmağa çıxarmış sadə kəndli oğlunun və bu dağların saflığı qədər saf gürşad səsi ilə öz sevgisini sevdiyinə sadəcə sevdiyinə, çatdırmaq, bu səssizlikdə onun qəlbini yaxan odlu eşqini sevdiyi gözələ bir daha anlatmaq, onu insafa gətirmək yaxud onu bir daha inandırmaq istəyirdi. Bu sevgi dolu səsdə insan istəklərinin təbiətə uyqun gedişləri açıq aydın hiss olunurdu.
Ardı var
Natavan Niyal