Salxım söyüd
Xeberinfo.com: (Ardı)
Nə olub axi bir səbr elə canım. Müdriklər deyiblər, hər qaranlıq gecənin işıqlı bir gündüzü var.
Mələyin ailə həyatı normal məcrasında getsə də, onun da iş yerində özünə məxsus problemləri vardı. Problem o qədər qabarmışdı ki, həyata həmişə pozitiv yanaşan bu mədəni insanı hövsələdən çıxarmağa başlamışdı.Hamı ilə münasibət qura bilən, kollektivin hər bir üzvünə istənilən sahədə, istər məişət, istər-sə də, iş həyatında dəyərili məsləhətlər verən bir xanım özü bəzən çaşıb qalırdı. Müdir müavini olduğu kitabxnanın direktoru onu həzm edə bilmirdi.
Deyirlər həyatda şeytanı təmsil edən insanlar mövcuddur. Onların həyatda məramı məqsədi insanları incitmək, həyatından bezdirməkdir. Mələyin müdiri də elə insanlardan idi.Nərmin onu ilk dəfə görəndə Mələyə: heç o müdirindən gözüm su içmədi.Baxışları heç açmadı məni-dedi. Şeytan kimi baxır adama. Sarışın seyrək saçları ilə qara gözləri kontras təşkil edirdi. Elə bil rezin kuklanın gözlərini çıxarıb əvəzinə qara muncuq qoymuşdurlar. Bir baxışla insanın o üzlü, bu üzlü görmək istəyirdi elə bil. Deyərdin ki, nə isə itirib, tapa bilmir. Saçları o qədər seyrək idi ki, ilk baxışda başının cod, tarım çəkilmiş və parıl-dayan dərisi gözə dəyirdi. Nə qədər təəcüblü olsa da, bu adı ona elə Nəriminin özcüyəzi vermişdi. İlk dəfə rəfiqəsinin yanına gələndə onu pilləkənin başında dayanmış gördü. Sarışın, qırmızıyanaq, əynində qır-mızı güllü kostyum olan əlli yaşlarında şişman qadını görəndə diqqətini cəlb edən onun seyrək saçlarının arasından parıldayan qara dərisi olmuşdu. Qadın pilləkənin başında şəstlə dayansa da, qarpız kimi irəli çıxmışdı.İddialı duruşuilə fizianomiyası arasında tərs mütənasiblik vardı. Elə bil yay aylarında aran rayonlarında, magistral yolda qarpız bostanlarını reklam edən müqəvva idi.
Keçəl deyirdi ona Nərmin. Həmişə onlayn söhbətlərinin bir yerində mütləq - keçəl necədirifadə-sini işlədirdi. Bu elm, bilik məbədinin ən yuxarı nöqtəsində qərar tutmuşdu Sürəyya xanım. Ətrafına və tabeçiliyində olanlara həsədlə meydan oxuyurdu. Özlüyündə vüqarlı duruşu onun çox özündən razı, üzündəki ifadə isə çox xudbin olduğuna dəlalət edirdi. O vaxt Nərmin salam verib keçmək istəyəndə qadın heç yerindən də qımıldanmamışdı. Pilləkənin başında, düz ortada, dayandığı yerdə saymazyana Nərminin salamını almışdı. Nərmin ehtiyatla qadının yanından ötüb müavin yazılmış qapıdan içəri girdi. Mələklə salamlaşıb, qaqqıltı ilə güldü. Mələk doğurdan da əsil mələk idi ki, oturmuşdu.Onu görüb, ayağa qalxıb irəli gəldi. Görüşüb ona yer göstərdi. Xeyir ola canım nə yaman gülürsən?- deyə hal -əhval tutmuşdu. Nərmin gülüşünü bitirib ay qız, sizin bu xadimə nə təkəbbürlüdür. Yanından zorla sivişib keçdim. Pilləkənin başında elə gen-bol yerləşib ki, böyründən keçməyə belə yer qoymayıb. Ya bu insan həddən artıq yorulub, ya da, elə özünü külli ixtiyar sahibi kimi hiss edir. Salamımı da zorla aldı. Mələk rəfiqəsinin sözünə heyrətləndi. Nə deyirsən Nərmin. Nə xadimə, maşşallah bu nə məcazdı belə ay Nərmin. Oyunun olsun sənin qız. Axı bizim xadiməmiz Cəvahir xala elə birisi deyil.Əlbətdə istənilən bir insanla müqayisə edilə biləcək qadındır.Özünü-sözünü bilən qabiliyyətli, xanım-xatın qadındır. Kitabxanada hamı onun başına and içir. Canı cəsədi nədir ki, vur tut 55 kilo çəkisi olar, vay nə çarə olmaz. Necə yani zorla sivişib keçdin. Ay qız, səhv saldın yəqin. Yox Mələk, məncə səhv salmadım. Elə libası da, duruşu da, fiqurası da, məndə elə fikir yaratdı. Nə deyim bəlkə səhv etmişəm- dedi Nərmin.
Sözün qısası ifadəmə görə izr istəyirəm əvvəlcədən. Şişman keçəl qadını deyirəm. Qırmızıyanaq, seyrəkliyini örtmək üçün pırpızlaşdırdığı saçlarını saymasaq, başının dərisi güzgü kimi parıldayan qadını deyirəm. Mələk bunu esidən kimi nəzərlərini qapıya yönəltdi. Daha sonra qapya yaxınlaşıb dəstəkdən tutdu və yavaşca dəstəyi burub qapını açdı və ətrafa baxdı. Müdirlə Mələyin kabinetləri pilləkənin başındakı meydançada üz-üzə yerləşirdi. Pilləkənin başında kimsə olmasa da, direktorun qapısı yarıaçıq idi. Şüşəli qapının aynasında müdirin pırpız saçları əks olunmuşdu. Müdir bu vəzifəyə keçəndə ilk işi şüşəli qapının dəyişdirib bahalı güzgü effektli şüşə ilə əvəzləmək olmuşdu
Altımışı xırdalayan bu qarımış qızın qəribə xasiyyətləri var idi. Süyyarə xanım əvvəllər kitabxana-nın filiallarından birinin müdiri işləyirdi. Təbiətən çox kəmfürsət adam idi.Süyyarə xanım o vaxt müdirlə yaxşı münasibət qura bilmişdi. Yaşlı müdir xəstələnib xəstəxanaya düşəndə ilk vaxtlar tez-tez onu yoluxmağa gedirdi. Sonradan həkimlərin qoyduğu diaqnozu (bəd xassəli şiş) eşidəndən sonra ayağını xəstəxanadan birdəfəlik çəkmişdi. Daha müdirini yoluxmağa getməmiş-di.Cimnaz xanım uzun illər bu kitabxananın müdiri olmuşdu. Hələ sovet dönəmində onun həyat yoldaşı da, məsul vəzifədə çalışırdı. Övladları yox idi. Şahyar müəllim dövlət məmuru, Çimnaz xanım isə Kitabxana müdiri idi. Həyatlarını işə həsr etmişdilər. Çox gözü, könlü tox mədəni insanlar idi. Hər biri öz sahəsində ad çıxarmışdı. Şahyar müəllim mehriban qayğıkeş və çox diqqətcil bir adam idi. Çimnaz xanım da mədəni öz sahəsini yaxşı bilən bir insan olsa da, daha Şahlar kimi ifrat dərəcədə mehriban qayğıkeş təsiri bağışlamırdı. Lakin o da, insanlara yalnız yaxşılıq etmək, yeri gələndə isə sərt olmağı da bacarırdı.
O vaxtlar Mələk xanım Mərkəzi kitabxanada şöbə müdüri idi. Cimnaz xanımın da Mələyə xanıma qarşı müsbət münasibəti vardı. Hər il hesabat vaxtı onu yanına çağırır, kitabxananın elmi katibi, müdir müavini ali təhsilli ixtisasçılar olsa da illik hesabatı Mələk xanıma tapşırırdı. Yalnız ona etibar edirdi. Mələk də filiallardan gələn hesabatları, Mərkəzi kitabxananın şöbə müdirlərinin hesabatlarını və digər statistik məlumatları toplayıb, ümumiləşdirib hesabatı hazırlayardı.Cimnaz xanıma təhvil verirdi. Bu illərlə belə davam etmişdi. İstənilən tədbirdə, istər görüş, kitab təqdimatı tanınmış yazıçı və şairlərin yubiley mərasimləri, və sairə ardıcıl davam edən çoxsaylı kitabxana tədbirlərində hər zaman Mələk müdirin sağ əli idi. Gənc olsada Mələk öz ağlı davaranışı və istedadı ilə özünü kollektivdə sevdirmiş, rəhbərliyin hörmətini qazanmışdı.
Çimnaz xanım dünya görmüş təcürbəli bir insan, qayğıkeş rəhbər işçi idi. Tükü tükdən seçərdi. Kimin qabında nə olduğunu yaxşı bilirdi.Yüzdən artıq qadının işlədiyi bu mürəkkəb kollektivdə hər cür insanla rastlaşmışdı.Odur ki, xəstəxanaya düşəndə, həkimlərin müəmmalı baxışları, yaxınlarının məharətlə gizləməyə çalışdıqları həqiqəti tez anlamışdı. Çimnaz xanım bir də canından çox sevdiyi və bağlandığı doğma işinə dönə bilməyəcəyini dəqiqləşdirmişdi.Odur ki, baş idarədən yanına gələn rəisinə xəstəxnadan çıxandan sonra işləmək fikrinin olmadığını bəyan etmişdi. Kitabxananın müdiri vəzifəsində isə yalnız və yalnız Mələyi görmək istədiyini demişdi. Əlavə etmişdi ki, işdir mənim fikrimi bilmək istəsəniz mən Mələk xanımı məsləhət görərdim. Üstündən az bir vaxt keçmiş və artıq xəstəxanadan evə buraxılmışdı.
Çimnaz xanım: əlim qələm tutmuşkən ərizəmi yazıb göndərim deyib tutdurmuş və beləliklə də ərizəsini baş idarəyə göndərmişdi. Ürəyi dözməmişdi, baş idarəyə zəng vurub bir də, Mələk barədə xahi-şini etmişdi.
O vaxtdan baş idarədən gələn dövlət məmuru kitabxananın filialları və Mərkəzi kitabxananın kollktivini böyük oxu zalına toplayaraq əvvəlcə direktorun xəstəliyindən danşmış, ona şəfalar diləyib onun ərizəsini də zalda oxumuş və bundan sonra işlərin hələlik beş saylı filialın müdiriəsi olan Mələkxanım Əzimzadəyə həvalə edildiyini elan etmişdi.
Sürəyya xanım da, kitabxananın indiki direktoru digər əməkdaşlar kimi tez-tez Çimanaz xanıma baş çəkərdi. Lakin Mələyin müvəqqəti müdüri əvəz etməsini eşidəndə və bunun da Çimnaz xanımın tövsiyəsi olduğunu biləndə quduz itə dönmüşdü. Fikirlərini ucadan ifadə etmişdi: İşə bax biz boş yerik nədir, qoca hərif gör kimi, dünənki uşaqı müdirliyə namizəd verir deyə qəzəbini boğa bilməmişdi.
Elə o vaxtdan min bir hiylə qurmuşdu.Hansısa bir əyri yolla layiq olmadığı bu kresloya sahib olmuşdu.Mələk xanımı isə yuxarının tapşırığı ilə istəməsə də, direktor müvaini təyin etmişdilər.Mələk xanımın qara günləri elə o vaxtdan başlamışdı.Qəlbinin qaralığı üzünə vurmuşdu.Mələk xanımın istedadının işığı onu kor etmişdi.Kitabxananın idarə edilməsini bir tərəfə buraxıb Mələk xanımla intriqa aparmaqdaydı.Onu bezikdirib kitabxanadan çıxarmaq üçün böhtan atmaqdan belə çəkinmirdi.
Mələk isə iradəli, işini sevən istedadlı bir xanım idi. İllər uzunu kitabxanada o qədər oxucu ilə insiyyət qurmuşdu ki, yalan olmasın az qala elmi ictimaiyyət təbəqə-təbəqə onu tanıyırdı. Başına and içirdilər.Digər tərəfdən isə, kollektiv onu çox sevirdi.
Bir vaxtalar oxucusu olmuşdu.Sevib-seçib ailə qurduğu vəfalı ömür gün yoldaşı. Bu kitabxana divarları şahid idi.Onun təmiz saf məhəbbətinə.Elə buradaca duymuşdu sevginin şirin dadını, küsüb- barışmaqın ləzzətini. İlk iş günü kitabxananın oxu zalından başlamışdı. Bu divarlar arasında sevirəm kəlməsinin ülviliyini duymuşdu.Burada öz ayağı ilə gəlib onun qarşısına çıxmışdı qisməti.Xoşbəxt ailə qurmuşdu o gənclə. Toylarında yaxın əqrabası, bir də, sevimli iş yoldaşları iştirak etmişdi. Xoşbəxtliyə gedən ilk günündə də onların xeyir duasını almışdı.Uşaqları, oğlu, qızı, bu kitab rəfləri arasında bürdrəyə büdrəyə addımlamışdılar.Bu zəka mənbəyi, elm ocağı ona çox əziz idi.
İndi də Nərmin demiş “keçəl” müdir Mələk xanımı nə yolla olursa-olsun kitabxanadan didərgin salmaq istəyirdi.Böhtanlarla qaralamaq istəyirdi. O dərəcəyə gəlmişdi ki, hətta kompyuterinə spion proqramı yazdırmışdı. Onun adından loqin parolu ilə agent səhifəsinə daxil olub özünün başqa xüsusi olaraq acidrdığı kişi profilinə dostluq gondərmişdi. Vaxtaşırı, qeyri-iş vaxtı Mələyin adı ilə onun kompyuterində agent adlanan (söhbət) səhifəyə girərək nalayiq təkliflə söhbətlər etmişdiş. Iş o yerə çatmışdı ki, Mələyin ailə həyatını dağıtmağa, bununla da onu bezdirmək, öz xahişi ilə ərizə yazıb işdən çıxmasına nail olmaq istəmişdi. Bu alınmayanda isə pulla özü kimi xudbin , ləyaqətsiz bir qadın vasitəsi ilə planlarını reallaşdırmaq istəmişdi. Qadın kitabxanaya, Mələk xanımın üstünə gəlmişdi.Ərimlə gəzirsən deyib, kollektiv içərisində biabır etməyə qalxmışdı.Hətta söz-söhbət baş idarəyə qədər gedib çatmışdı.lakin Mələk xanımı namuslu, əməksevər, peşəkar bir əməkdaş kimi tanıyan baş idarə bu “keçələ ” təpinənədən sonra müvəqqəti olaraq qınına çəkilmişdi.
Mələk sınmışdı.Bir müddət olanları həyat yoldaşından gizləsə də, bunun düzgün olmadığını anlayıb hər şeyi olduğu kimi ona danışmışdı.Həyat yoldaşı əvvəlcə Mələyin bu söhbətinə elə də məna verməmişdi. “Keçəlin” bu iyrənc, məkrli planı ürək bulandırırdı.Həyat yoldaşı ona inanırdı.Lakin bütün bu söz söhbət heç də onu açmadı.
Qəfil zəng Nurəddini özündən çıxarmışdı.Sürəyya xanımın pullu böhtançısı Nurəddinə zəng etmişdi.Nə demişdi.Mələk bilmirdi.Amma o gündən Nurəddinin eyni açılmırdı.Yalan bir şey olmasa da ürək burlandırır.Bu Mələk üçün dözülməz oldu.Doğrudur hər şey aydın oldu və duruldu.Vəfalı həyat yoldaşı, onu burada da tək qoymadı.Sən demə Nurəddin o qadının zəngindən sonra işini –gücünü buraxıb bu məsələnin axırına çıxmışdı.Hər şeyi öyrənib, sonra da Sürəyya xanımın kabinetindəcə aşının suyunu vermişdi.Mələk bütün bunları sonradan öyrənmişdi.
Qozbeli qəbir düzəldər deyib atalar.Nurəddinin idarəyə gəlib onu mədəni şəkildə abırdan salmasıni tez unutdu Sürəyya xanım. Üstündən az keçmişdi. Nərminlə arasında olan dialoqlardan başa düşdü ki, “keçəl” onun Nərminlə söbətlərini yazışmalarını izləməyə başlayıb.Görünür proqramçı tutmuşdu, yaxud da xaker.Yoxsa onun o kiçik “keçəl” başı o dərəcədə işləyə bilməzdi. Mələyin kompyiterindən girirdi nə yollasa. Mələk onu da öyrəndi ki, direktor texnologiya institutlarının proqramistini dəvət edib kitabxanaya.Lokal şəbəkədə olan bütün kliyentlərin kompüterlərinə əlyetərlik statasu alıb. Elə bu yolla da profilə girib Nərminlə Mələyin yazışmalarını izləmişdi. Onda Mələk nələr çəkdi. O zaman, Nərmin ona çox dəstək oldu. Darıxma bacı yalan ayaq tutar, yeriməz dedi. Hər şey yaxşı olacaq.İnan mənə deyirdi. Nə olub axi bir səbir elə canım, müdriklər deyib: hər qaranlıq gecənin işıqlı bir gündüzü var demişdi.
Həyat təsadüflərlə necə də zənginmiş. Həyat təsadüf , söz, hərəkət, nə bilim gün saat, külək hadisələr, xülasə hər şey təəcüb ediləcək dərəcədə təsadüf və təkrar. Yəni təkrar. Hər şey təkrar olunur sən demə, bu həyatda .Bunu da Nərmin düşünürdü indi manitora baxa-baxa.Birdən-birə Nərminin yadına Mələyə necə təskinilik verdiyi düşdü.Və bu andaca düşündü ki, axı necə olur axı eynən olduğu kimi onun sözlərini təkrar etdi. Nə olub axi, bir səbir elə canım, müdriklər deyiblər: hər qaranlıq gecənin işıqlı bir gündüzü var. Qaynanasının tez- tez təkrar etdiyi qurban olum atalara ifadəsini xatırladı və gülümsədi .Nərminin kefi duruldu bir az. Mələk hələ yaşıl idi.Nərmin yazmağa başladı.
Səma:Yox nə deyirsən de, amma sən mənə fikir vermə. Bu həyat gözəldirsə, dolu-dolu yaşa zövq al. O “keçəl”, bizimlə çox maraqlanır.Bizi sevir, söhbətlərimizi dinləyir müxtəlif yollarla sənin qanını qaraldır.Mənim ürəyimi bulandırır.Bu özü də, mən deyərdim bir rəngdir.Acı, boz bulanlıq, necə deyərlər ürək bulandıran bir rəng.Bizim fikirlərimizi oxumaqı xoşlayır.Onun ehtiyacı var bizim düşüncə tərzimizə.Yoxsa izləməzdi bizi.
Melek:
Doqrudan daaa..geldi..oskure-oskure. Pisliyi vurb çıxıb üzünə.Xəstələnib.Səma bilirsən mən düşünürəm ki, bu dünyada hər şeydən əvvəl bir tarazlıq qanunu var. Şükür məsləhətinə ilahinin.Gülüş işariəsi qoymuşdu smayliklər.
Melek:
Целую (öpürəm)
Səma:
Gül göndərirəm sənə ( Дарюцветочек)
Melek:
Bax belə ağıllı ol.Çıxar fikrindən qara-qura nə var. Hər şey gözəl olacaq inşallah. Nə Şənlik, nə qaynana-qaynata sənə bir söz demir.
Nərmin sağollaşıb notbuku söndürmədən qatladı. Doğurdan da, bir az yüngülləşdi elə bil. Rəfiqə-sinin sözləri beyninə batdı.Fikrə getdi.Ona bir söz deyən ki, yoxdur.Nədən belə özünü yeyib tökür.Pəncərəyə yanaşıb həyətə boylandı.Sakitlik idi. Eyvanda oturuanların da, səsi gəlmirdi.Bu yerlərdə yay-qış, külək əsmir. Amma dağlardan gələn yüngül meh hər an hiss olunur. Yayın istisində belə həyətdə bir sərinlik duyulur.
Eyni açılmış Nərmin otaqdan çıxıb masaya yaxınlaşdı. Elə pozisiyada oturmaq istədi ki, həyətə tərəf baxmasın. Sevimli ağacının, kəsilmiş kökünü, yetim qalmış laklı oturacağı görməsin. Ərşad kişi çayından bir iki qurtum alıb, sonra da televizora elə dalmışdı ki elə bil ətrafı unutmuşdu. Gəlinin otaqdan çıxdığını görən Bəyim arvad:Ay gəlin, gəl bir otur danış görək şəhərdə nə var nə yox.Sizinkilər necədirlər.Nərmin oturmazdan əvvəl masada Şənliklə üzbəüz tərəfdə qoyduğu çayının soyuyub soyumadığını yoxlamaq üçün əlini stəkana toxundurdu. Çayın əsil içməli vaxtı idi.
Nərminin durulmuş halda çay süfrəsinə gəlməsi Şənliyin də kefini açdı. Anasına xitabən: Nərmin çox israr etdi kəndə gəlmək üçün ana. Gəlinin bu yerləri çox sevir.Bəyim arvad: Əlbətdə sevəcək. Kim sevməz ki, belə abı-havası olan yerləri. Ərşad kişi də söhbətə qarışdı. Danışsalar da, fikirləri dağınıq idi.Hər kəs çayını içib bitirmişdi. Nərmin stəkanları padnosa yığıb mətəbəxə tərəf yönəldi ki, yenidən çay süzüb gətirsin. Bəyim arvad: sağ ol ay gəlin. Əlinə sağlıq əziyyət çəkmə.İçdik daha bəsdi.Nərmin padnosu mətbəxə apardı. Stəkan nəlbəkini padnosdan götürüb su krantının altına yığdı. Ərşad kişi Bəyim arvad üçün hər şəraiti yaratmışdı.Heç nə ilə şəhər mətbəxindən seçilmirdi.Müxtəlif ətirli, almalı, limonlu, ətirşah ətirli qab yuyan mayelər sıra ilə düzülmüşdü.Mebel tərtəmiz silinmidi.Heç deməzdin ki, səhər açılandan burada bir-birindən dadlı neçə növ yemək bişirilibş.Nərmin stəkan nəlbəkini yuyub yığdı.Əllərini qurulayıb mətbəxdən çıxdı.
Şənlik onu görüb: Nərmin mən bir az uznmaq istəyirəm. Axşam üstü yəqin ki, Zərifgil də gələcək. Zaur da işdən gələcək bir az dincəlim. İstərsən sən də gəl istirahət elə dedi. İstəməz. Sən istirahətini elə. Mən bir az açıq havada olacam. Nərmin dönüb həyətə, bağçaya çıxmaq istəyirdi.Bir anlığa nəzərləri sevimli ağacının boş qalmış yeri istifqamətinə yönəldi.Nərmin duruxdu.İçəri qayıtmaq otaqa girmək istəmirdi.Ağac haqqında hər-hansı bir müzakirə, söz belə eşitmək istəmirdi. Onun yoxluğuna uyğunlaşmaq, əsəblərini sakitləşdirmək istəyirdi. Könülsüz-könülsüz pillələri enməyə başladı. Özündən asılı olmayararaq, bu kiçik pilləkənin kubikdən hörülmüş və üzərinə ağ daşdan xüsusi üzlük çəkilmiş səliqəli pillələri saymağa başladı. Bir, iki..... və addımını cəmi altı pillə və o kiçik bəzək daşlarından düzəldilmiş min bir rəngə çalan və özlüyündə quruluğdan evə çəkilən, mağistral adlandırdığı kiçik yola qoydu. Həyətə düşdüyünə peşiman olsa da, təbiət vurğunu olan Nərmin başa düşdü ki, onun dərmanı da elə təbiət özüdür.Rəngli çığıra irəli, qızılgül kollarına tərəf irəlilədi.Yaşıl qızılgül kolları hələ çiçəkləməmişdi. Bu elə sort idi ki, yazın ikinci ayında çiçək açırdı. İndi qızılgül kolları çiçəyə hamilə idi. Budaqların üstü çiçək tumurcuqları ilə dolu idi.Yaxşıca bəslənmiş qızılgül kollarının yarpaqları tünd yaşıl bəziləri isə qırmızı ilə yaşılın qaışığından toxunmuş atlas kimi bərq vururdu.
Həyətdən keçən arxdan çeçələ baramğı nazikliyində r su şırnağı ayrılıbqızılgül kollarının dibi ilə sezilmədən axıb, bəzəkli yolun sonu istiqamətində torpağa hopurdu.Nərmin diqqətini çiçək açmaqda olan olduğunu göstərən çəhrayı zolaqlar cəlb etdi.Gızılgülün düymələri günbəgün saatba-saat böyüyür şişir və qabığını çatladıb rəngini sezdirirdi. Gızılgül düymələrinin bəziləri ağ cızıq, bəziləri çəhrayı, bəziləri qırmızı bəziləri də, narıncı rəngə çalırdı. Tam bir rəng çaları var idi.Elə bil rəssam işləmişdi bu çiçəklərin üzərində.Nərmin çöməlib güllərin düyməsindən birini yavaşça sığallamağa başladı.Bir anlığ hərnirti eşitdi.Diksindi.Dönüb ətrafına baxsa da heç kimi görmədi.Bəlkə də, ona elə gəlmişdi.Əslində hənirti gəlmişdi.Nərmin çox həssas qız idi. Sövq-təbii ilə nə isə hiss etmişdi. Xəbəri yox idi ki, Şənlik bəzəkli otağlarında pəncərənin önündə dayanıb.Şənlik açıq pəncərə pərdəsinin arasından ona baxırdı.Nərmin Şənliyin baxışıarını duyub vətrafa boylandı.Ehtiyatla gülün düymələrini sığallayır, düşünürdü.Axı o, bu evin gəlini idi.Ərköyün qızı yox.Özünü təmkinli aparmalı idi.Nə olsun ki, salxım söyüdü sevir, onunla bağlı xüsusi bağlantısı var. Onların həyatını dəyişə biləcək bağlantı.indilik Nərmin belə düşünürdü. Sevimli ağacın kəsilməsini özünə dərd etmişdi.Qanını qaraltmamalıydı.Mələk doğru deyirdi.Bütün bunları götür qoy edir, özü- özünə öyüd nəsihət verirdi.Əlini uzadıb su şırnağının qarşısına kiçik bir çınqıl atdı.Su şırnağının qarsısında maniyə yarandı və su bir az o tərəfə meyillədi. Çeçələ barmağını uzadıb suyu yarpaqlara sıçratmaqa başladı. Birdən su damlasının içinə düşmüş və oradan uzaqlaşmaq istəyən kiçik qarışqa sataşdı gözünə.Balaca qarışqa digər heyvanlar kimi qış yuxusundan oyanmışdı. Çünki yaz gəlmişdi.Günəşin ilıq işığı təbiəti isidirdi.Bu ilıq şüalardan bitkilər, heyvanlar və torpaq öz payını alırdı.
Balaca qarışqa qış boyu qarnını yaxşı doyurmuşdu.Axı keçən yay çox işləmişdi və əməyinin nəticəsi olaraq çoxlu yem toplaya bilmişdi.İndi isə yeminin hamısı qurtarıb.Hələ hava tam isinməsə də, işləmək olar. Nərminin gızılgül kollarının üsünə çilədiyi su damlaları qarışqanın irəliləməsinə mane olurdu. Amma qarışqa bu su damcılarından məharətlə yayınırdı.Yem axtarırdı balaca qarışqa. Nəhayət, axtarışı nəticə verdi. Gül kolunun dibində özünə yem tapdı.İndi bu yemi yuvaya aparmaq lazım idi.Yuvadan çox aralanmışdı.Ağır yükü ilə çox yol getməli idi.Nə isə...Əziyyət çəkdi, amma yemini yuvaya çatdıra bildi.Sonra yenə yuvadan çölə çıxdı.İndi növbəti yem dalınca getmək lazım idi.Balaca qarışqa getdikcə isinən havada həvəslə işləyirdi.Yazı sevirdi balaca qarışqa.Buna görə də cırcıramaların, çəyirtkələrin çıxardığı cürbəcür sələr ona xoş gəlirdi.Elə bil özündə yazın bütün gözəlliklərini cəmləyə bilmişdi bu səslər.
Qızılgül kollarının dibində boy göstərən bənövşələrin yanından ötüb keçən balaca qarışqa növbəti yemini tapdı. Bunu da sürüyüb yuvaya çatdıra bildi.Nərmin qarışqanı izləyirdi.Bir azdan, bu balaca zəhmətkeş gözdən itdi. Nərmin başını qaldırdı və otağın güllüyə baxan pəncərəsindən ona baxan mehriban, qayğıkeş və bir az da qayğılı ikigözgördü. Şənlik pərdəni azca aralayıb ona baxırdı.Bir birlə-rinə baxırdılar.
Ardı var
Natavan Niyal