Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yazıçı elə özü-özülüyündə parlamentdir”

 

"Xeberinfo.com":  2015-ci ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Son parlament seçkilərində əvvəlkilərin əksinə olaraq ədəbiyyat nümayəndələrinin fəallığı demək olar ki, hiss olunmur. 1995-2000-ci illərdə parlamentdə ona yaxın ədəbi xadim təmsil olunurdusa,  indi onların sayı kəskin surətdə azalıb. Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca isə ədəbiyyat adamının parlamentdə xalqı təmsil etməsini çox yaxşı hal hesab edir. Xalq şairinin fikrincə, bir yazıçı elə təkbaşına bir parlamentdir:

“Parlamentdə ədəbiyyat adamlarının olması çox yaxşı hadisədir. Dünya praktikasında da bu zaman-zaman yaşanıb. Fransa və başqa ölkə ədəbiyyatının bir çox görkəmli nümayəndələri, məsələn, Viktor Hüqo xalqını parlamentdə təmsil ediblər. Bir də mütləq deyil ki, yazıçı hökmən gedib parlamentdə otursun. Yazıçı hər yerdə xalqının sözünü deməlidir, xalqın deyən dili olmalıdır. Ona görə də əslində yazıçı elə parlamentin özüdür. Çünki o xalqın istədiyini deyir. Rəsmi olaraq parlamentə seçilirsə, çox yaxşı, seçilmirsə də yenə də bütün varlığı ilə xalqın sözünün deməlidir ”.

 

 

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam