Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MƏQSƏD NƏDİR?


Xeberinfo.com:   Kaspi. az saytında əməkdar jurnalist Flora Xəlilzadənin professor Qəzənfər Paşayevin doğum gününə həsr etdiyi "Solmayan sevdaların Kərkük həsrəti" sərlövhəli bir yazısını oxdum.Mən də görkəmli alimimizi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Bəzi alimlərlə müqayisədə Q.Paşayev məhsuldar alimdir. Buna heç kimin, o cümlədən mənim də şəkki-şübhəm yoxdur. Onun Kərkük türkmanlarına məhəbbətinə bələdəm və onun hələ 70- ci illərdə tərtib etdiyi " Kərkük bayatıları" kitabını indi də saxlayıram. Lakin son zamanlar alimin ciddi-cəhdlə Nəsiminin türkman əsilli olmasını sübut etməyə çalışmasını başa düşmürəm. Bu əssasız fikirləri irəli sürməklə alim nə məqsəd güdür, bilmirəm.
Xeberinfo.com saytında alimə ətraflı cavabımı vermişdim. Bu məqalədə də eyni fikirin təkrarlanması məni eyni mövzuya qayıtmağa məcbur elədi. Əvvəlki məqalədə ətraflı yazdığıma görə sözü uzatmaq istəmirəm. Məqalədə qeyd edildiyi kimi, alim Nəsimi şeirlərinin İraq nexsəsini tapmışdır. Sevindirici xəbərdir. Hörmətli Qəzənfər müəllim! Bu nüxsə Nəsiminin türkman əsilli olmasına əsas vermir axı?!. Nəsimi əsərlərinin bir çox nüxsələrinin dünyanın hər yerində, xüsusilə Şərq ölkələrində tapılmasında qeyri-adi nə var ki?! Bu nüxsə onun iraqlı olmasına dəlalət eləmir. Sabah ola bilsin ki, Suriya nüxsəsi də tapılsın. Onda da Nəsimi suriyalı olacaqdı?
Qaldı İraqın Kifri qəzasının Nəsim kəndi məsələsinə. Guya müharibələr zamanı dağılan bu kəndin sakinlərinin bir qismi, o cümlədən Nəsiminin ailəsi Şamaxıya qaçıb gəlmişlər. Bu hadisənin özü heç bir tarixi fakta əsasalanmır. Nəsimi əsli-köklü şamaxıldır, Seyid nəslindən olduğu üçün bu nəsilə camaat dərin hörmət bəsləyirdi. Böyük qardaşı Şahxəndan burda dəfn olunub. Artıq 800 ildir bu qəbiristan onun adını daşıyır. Bu adı hər hansı dövlət qurumu xüsusi fərmanla verməyib. Onu əhali Şahxəndanın xatirəsinə hörmət olaraq, belə adlandırıb. İkincisi, Nəsimi şeirlərində Şirvan-Şamaxı ləhcəsinin nümunələrini görməmək mümkün deyil: "Üzünü məndən nihan etmək dilərsən, etməgil." Bu bizim ləhcədir. Mən şamaxılıyam. Nəsimi "İmaddədin Nəsimi Şirvani" təxəllüsü ilə də yazıb. "Məhşər" romanının müəllifi İsa Muğanna bizim ən nəhəng filosof-yazıçımzdır. O, tarixi faktı heç vaxt təhrif etməz. "Nəsimi" filmində Nəsiminin: "Gedirəm Şamaxıya qəbrimizi qazdırmağa. Qardaşım Şahxəndan vəsiyyət eləmişdi ki, hamımız bir yerdə basdırılaq!" Daha nə lazımdır?
Hörmətli professor! Sizin Kərkük sevginizə heç kəs qısqanmır. Farslar indi də Nizamidən əl şəkmirlər. Bəlkə Nəsimini də özümüz öz əlimizlə iraqlılara verək? Günlərin bir günü də gürcülər Mirzə Fətəliyə, Mirzə Şəfiyə sahib çıxarlar, çünki onların qəbləri Tblisinin Nabatat bağındadır. Və beləcə yavaş -yavaş öz seyeyi-mərhəmətimizdən klassiklərimiz özgələrin "ev kitabına" qeydiyyata düşərlər. Mən Sizdən gözləmirdim. Təəssüf!!!
ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam