Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Asif Atanın 80 illiyi qeyd olunacaq

 

Azərbaycan Yazıçılar Birliyində Asif Atanın 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək

 

"Xeberinfo.com":   Oktyabrın 8-i, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda İnam Asif Atanın 80 illiyi ilə bağlı tədbir keçiriləcək. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Tədbirdə Azərbaycanın tanınmış aydınları iştirak edəcək, Atanın yaradıcılığı, şəxsiyyəti ilə bağlı fikir bölüşmələri olacaq.

Bildirək ki, Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olub. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olublar. İlk təhsilini doğulduğu kənddə alıb, orta təhsilini Gəncə şəhərində davam etdirib, 1951-ci ildə Ağstafa şəhərində başa vurub.

Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış edib. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.

Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləyib (1969-1975). 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubun toplantılarında minlərlə insana Azərbaycan və onun mahiyyəti, ruhani dəyərləri, oçağkı və gələcək taleyi ilə bağlı uca sözlər deyib. Klub tez bir zamanda Azərbaycanın hər yerində səs-soraq salıb, onun toplantılarına bölgələrdən də qatılanlar çoxalır. Klubun fəaliyyəti yasaqlanır. Ata məcbur olub toplantılarını “Bilik” cəmiyyətində davam etdirir.

1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ataadlanır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı basqılara uğrayır və qapadılır. Ata özü işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilərin çoxu pərən salınır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir. İnam Ata (Asif Ata) ən dəhşətli təqib illərində kitablarını yazır, yaratdığı Mütləqə İnam Dünyabaxışını sistemləşdirir, xalq içərisində olur, saysız görüşlər keçirir. Onun yalnız dünyabaxışını əhatə edən əsərləri 44 kitabdan ibarətdir, Mütləqə İnam Ocağı onu “On Kutsal Bitiq”də bir araya gətirib. Asif Ata 1997-ci ildə aramızdan gedib. Sonevi Ağstafadadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam