Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycanda rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir

 

Azərbaycanda rəqəmsal bacarıqlar üzrə milli sertifikatlaşdırma sistemi yaradılmalıdır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, o, "DigComp", "ICDL", "Microsoft" və "Cisco" kimi beynəlxalq çərçivələrə uyğunlaşdırılmalı, başlanğıcdan irəli səviyyəyə qədər mərhələləri əhatə etməlidir: "Bununla yanaşı, dövlət qulluqçuları, müəllimlər, KOB-lar və mühəndislər kimi müxtəlif peşə qrupları üçün mikrokvalifikasiyalar və modul əsaslı onlayn kurslar təklif edən milli fasiləsiz rəqəmsal təhsil platforması yaradılmalıdır. Dövlət sektorunda işə qəbul və vəzifə yüksəlişi proseslərinə rəqəmsal sertifikatların inteqrasiyası məcburi tələblərdən biri kimi tətbiq olunmalıdır".

Sənəddə həmçinin bildirilib ki, Azərbaycan həm dövlət, həm də özəl sektorda artan rəqəmsal bacarıq boşluğu ilə üzləşir: "İşçi qüvvəsinin bir hissəsi yeni rəqəmsal alətlərə uyğunlaşsa da, ənənəvi sənayelər və dövlət qurumlarında çalışanların əhəmiyyətli qismi hətta baza səviyyəsində rəqəmsal savadlılığa malik deyil. Üstəlik, rəqəmsal kompetensiyaları ölçən vahid milli sertifikatlaşdırma çərçivəsi və fasiləsiz rəqəmsal təhsil üçün əlçatan platformalar mövcud deyil. Bu çatışmazlıq məhsuldarlığı zəiflədir, rəqəmsal xidmətlərin mənimsənilməsini ləngidir və kiber risklərə həssaslığı artırır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam