Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

  Bir sözün uzun səyahəti

Yenixeber.org: Yaşadığımız ərazilərdə elə bir məkan var ki, oraya istər-istəməz hamımızın yolu düşür. Adına "aptek" də deyilir, "əczaxana" da, amma dilimizdə "aptek" sözü daha çox işlənir. Bu söz dilimizə gəlib çatana qədər bir xeyli yol qət edibdir: əvvəlcə yunan dilində "kənara qoyuram, gizlədirəm" mənası verən "apotithemi" feilindən "apotheka" səklində yaranmış söz elə olduğu səkildə latın dilinə keçmişdir. Sonra latın dilindən alman dilinə adlamış və bu zaman şəkli bir az dəyişilmiş, "apotheke" formasına düşmüşdür. Avropa ölkələrində səyahətini davam etdirən söz Polşaya catanda formaca yenidən dəyişikliyə uğramış, bu dəfə "apteka" görkəmi ilə tanınmağa başlamışdır. Nəhayət, XV əsrin sonlarında Rusiyaya təşrif buyurmuş sözü ruslar polyaklardan formasını dəyişdirməyərək qəbul edib əczəxanalarının qarşısına asdıqları lövhələrə "APTEKA" sözlərini yazmışlar.

Günlərin bir günü "apteka" Azərbaycana da gəlmiş, lakin bizimkilər dilimizə rus  dilindən keçmiş bir sıra digər sözlərdə olduğu kimi (məsələn: proqram, rezin, raket, qrup və s.) sözün sonuncu hərf(lər)ini ixtisar etdikdən sonra ona vətəndaşlıq hüququ vermişlər.

 Bəs "aptek(a)" sözünün açması nədir? Sözün ikinci hissəsi "teke" yunanca "qutu, yeşik" mənasındadır(yeri gəlmişkən, bu sözə "biblioteka", "kartoteka", "filmoteka", "fonoteka" sözlərinin tərkibində dəfələrlə rast gəlmişik). Bu söz işləndiyi bütün sözlərin tərkibində "qoruma yeri" mənasına xidmət edir. "Apo" isə sözönüdür və bir mənası da "birlikdə, birgə" deməkdir. "Apoteke" sözü yarandığı dövrdə ümumiyyətlə anbar, saxlanc yeri" mənası versə də, zaman keçdikcə məna konkretləşmiş, yalnız "dərman anbarı, tibb ləvazimatları köşkü" mənasını ifadə etməyə başlamışdır. 

 Yazını tamamlamaq istərkən qəfil həftik sözü düşdü yadıma, düşündüm ki, onu bu yazıya daxil etsəm, yaxşı olar. Çünki o da, ümumişlək olmasa da, hər halda dilimizin leksikasına aid olan bir sözdür və bədii üsluba kiçicik də olsa, bir xidməti var.

İmarət Cəlilqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam