"Qəti olmaz"ın qətiyyətsizliyi
Bunu kimlər edir?
Biz bir millət olaraq həmişə dilimizin zənginliyindən,onun böyüklüyündən elə ağız dolusuyla danışmışıq ki,dinləyənin ağzı açıq qalıb,heyranlığını bildirib bizə xoşbəxt,bəxtəfər millət deyib.Biz də ayağımızı bir addım qabağa qoyub sinəmizi qabartmışıq ki,bax,biz belə bir millətin nümayəndəsiyik.
Bəzən biz bir sözümüzün qabağına bir söz də atıb onu təyini söz birləşməsi edirik.Və bu kiçik cümlədə bir qətiyyətlik,zəhimlilik,qadağanlılıq hökümü yaradırıq.Məsələn,"qadağandır"sözünü götürək.Bu sözün qabağına bir "qəti" sözü də əlavə edib onu zəhimli,kəsərli,gurultulu,qorxunc bir cümləyə çeviririk.İndi oğulsan bu "qəti qadağandır" deyiminin qabağında duruş gətir,"qəti qadağandır"sərhəddini poz.Heç poza da bilməzsən,çünki burda "qadağandır"ın aparıcı lokamativi olan "qəti" sözü var.
Bu söz birləşməsinə ölkənin istənilən məkanında və istənilən xidmət yerində rast gəlmək olar.Birinci başlayaq ağrılı yerimiz olan nəqliyyatdan.Vallah,adam bunlarda olan "qətiyyətə","ciddiliyə"heyran qalır.A kişilər,and olsun kimi deyirsiniz onun əziz canına,ta belə də olmaz də.Deyirsiniz ki,avtobusda siqaret çəkmək,ucadan mahnı səsləndirmək,dayanacaqlardan qıraqda avtobus saxlamaq,ucadan,özü də fasiləsiz səs siqinalı vermək və s.qəti qadağandır.Sevindirici bir haldır ki,bu gün hər bir Azərbaycan vətəndaşı istər avtobus sürücülərinin,istərsə də Nazirliyin geyimli-kecimli müfəttişlərinin "qətiyyətliliyini","ciddiliyini" hər an görürlər.Başlayaq avtobusda siqaret çəkməkdən.Rast gəldiyim bir hadisəni dəyərli oxucuar üçün xırdalayım,onlar da qanunların necə işlədiyinin şahidi olsunlar.85 saylı avtobusla şəhərdən mikrorayona gəlirdim.Sürücünün yanında üz-gözünü tük basmış birisi siqareti elə çəkirdi ki,sanki ocağa yaş odun atmışdın,bərk tüstü verirdi.Oturduğum yerdən cevrilib arxaya,qabağa baxdım, hamı sakitcə oturmuşdu.Ona görə baxırdım ki,görüm kimsə özündə cəsarət tapıb sürücüyə etiraz edəcək,ya yox?Dillənən olmadı.Siqaretin iyini götürə bilmədiyimdən (doğrusunu deyim,iyi qəbul etsəydim mən də dillənməyəcəydim.Çünki dillənib nəticəsini görmrşdüm.) onlara iradımı bildirib,"salonda siqret çəkmək qəti qadağandır" bildirişini göstərdim.Hər ikisi başını qaldırıb (heç görməyiblərmiş kimi) göstərdiyim yazıya baxdılar və saymazyana əllərini yelləyib,siqaretlərini çəkməyə davam etdilər.Bir dəfə isə həmin marşurutun bir avtobusu tıxacdan qurtarmaq üçün yolunu yaxın etmək məqsədi ilə üçüncü mikrorayon dairəsindəki körpünün üstünə çıxıb ordan dönmək istəyirdi.Amma yolun dar olması buna imkan vermirdi.Sürücünün bir balaca ehtiyatsızlığı onlarla adamın həyatını itirməsiylə nəticələnə bilərdi.Bu da avtobusların xəttən kənara qəti çıxmaq olmaz qadağası.
Bilənlər yaxşı bilir,bilməyənlərə də deyim ki,şəhərimizdə camaatın "Şamaxinka"dediyi bir məşhur yer var.Bura nəqliyyatın gur olduğu yerdir.Çox vaxt insanlar bura "ölüm" keçidi də deyirlər.Ona görə ki,küçənin bu üzündən, o üzünə keçən adamlar həyatlarını açıq-aşkar təhlükəyə atırlar.Düzdür bu keçidə işıqfor qoymasalar da, qabaqlar burda piyadalar üçün ağ zolaq olub.Amma pozulduğundan indi yoxdur.Buna baxmayaraq buranı maneəsiz keçmək hər adamın işi deyil.Hamının rahat və təhlükəsiz keçməsi o vax mümkün olar ki,gərək Şimal istiqamətindən gələn avtobuslar xəttin üstündə yox,dayanacaqda dayanalar,xırda və yük maşınlarının sürücülərində az da olsa mədəniyyət ola,piyadalar keçəndə sürəti azaldalar. Bunlara əməl olunsa ağ zolaqdan geçmək təhlükəli deyil. Ata-babadan görmüşük ki,sərnişin sürücüyə yaxınlaşar,hara getdiyini soruşardı.Amma indi əksinədir, sürücü qırsaqqız olub sənin yolunu kəsib buraxmır ki,mənimlə gedəcəksən.Deyirsən atam balası,vallah-billah mən ora getmirəm.Kimə deyirsən?Məyər əl çəkir.Axırda deyir,Şamaxıya getmirsən,onda gəl səni Mərəzəyə aparım.Başqalarını bilmirəm,şəxsən mən 20 Yanvar küçəsinin tinindən keçəndə havalanıram.Tərslikdən hər gün də yolum ordan düşür.Məcburam,nəvəmi ordan baxcaya aparıram.Hansı əsəb gərginliyi keçirdiyimi bir Allah bilir.Ordan keçəndə yaşadığım cəmiyyətə də,şəhərə də,özümə də nifrət edirəm.Bu nə yaşayışdı,bu nə güzarandı İlahi?! Hakimiyyətin dediyi iqtisadi inkişaf niyə bizim gündəlik həyatımızda görünmür? Bəlkə biz koruq,bəlkə ürəyimizdəki xılt,paxıllıq bunu görməyə imkan vermir?Vallah,billah bu belə deyilAdam da məmləkətinin uğurlarına,naliyyətlərinə ağız büzüb,göz yumar? Qətiyyən! Biz bir insan,vətəndaş olaraq niyə deyə-gülə yox, kinlə,küdrətlə,bir-birimizə nifrətlə yaşamalıyıq?.Yolun Mikroyana dönən yerində Şamaxıya,Mərəzəyə sərnişin aparan şəxsi takisilər parklanıb,özü də düz piyadalar keçən yerdə.Nə maşınlardan,nə də sürücülərin topasından ordan keçmək olmur.Bu mənzərəni Nəqliyyat Nazirliyinin əməkdaşları və Dövlət Yol Polisinin nümayəndələri hər gün görüb,görməməzliyə vururlar.Əziyyət çəkən isə sadə adamlar olur.Dəfələrlə Nazirliyin əməkdaşlarına,yol polislərinə iradlarımı demişəm,qulaq ardına vurublar.Cənab prezidentin dəfələrlə məmurlara xalqla mədəni rəfdar edin tapşırığına baxmayaraq,yenə sadə xalqa sayğısızlıq göstərməkdədirlər.Mən belələrinə ancaq qudurmuşlar deyərəm.
Hər gün bu "ölüm" keçidindən zülüm və qorxuyla geçib işə,məktəbə,baxcaya gedən çox saylı ikinci Alatava yaşayış sahəsinin sakinlərinin aidiyatı orqanlardan təkidli tələbi odur ki,burdan piyadalar üçün körpü salınsın,ya da insanların təhlükəsizliyi təmin olunsun.Əks təqdirdə bu keçiddə hər an insan faciəsi qaçılmazdır.
Hər kəsin yaxşı yadında olar.20 Yanvardan Biləcərinin dikinə kimi olan tünelin üstünə yaşıl ot döşəyib xırda ağaclar əkmişdilər.Camaatın dincəlməsi üçün oturacaqlar qoyulmuş,hər cür şərait yaradılmışdı. Baxımsızlıq ucbatından hamsı dağılıb məhv oldu.Və həmin yerə bu yaxınlarda asvalt döşədilər.İndi orda rayonlara gedən maşınlar parklanır.Qəzetlərin birində oxumuşam ki,Ekologiya vəTəbii Sərvətlər Naziri Hüseyin Bağırov deyib ki,ölkədə bir ağac kəsən 40 min manat cərimə olunur.Görəsən, cənab nazir işlədiyi müddət ərzində heç olmasa bir nəfərin bu qədər məbləğlə cərmələnməsini görübmü? Təbii ki,görməyib.Amma yüzlərlə,minlərlə kəsilmiş ağacı görüb lakin heç bir ciddi tədbir görməyib.Görsəydi tünelin üstündəki yaşıllıq bu gün göz oxşayardı.Zibilliyə,natəmizliyə çevrilməzdi.
O gün bir əcnəbi xanım qonağımız TV-lərin birinə Bakının gözəlliyi və təmizliyi haqqında müsahibə verirdi.Xanım ağız dolusu danışırdı ki,şəhərinizin təmizliyi adamı valeh edir.Dedim, yəqin xanım hansısa məmurun evində qonaq olub,onun evinin təmizliyindən danışır.Yoxsa şəhərimiz haqqında belə danışmazdı.Bakımız heç vaxt bu günki kimi çirkli,natəmiz olmayıb.
İkinci Alatavadan Şamaxı dairəsinə çıxan yolun sağında,solunda ticarət və iaşə obyektləri fəaliyyət göstərir.Küçənin dar və nəqliyyat üçün işlək olması piyadalar üçün çətinlik yaradır.Bu azmış kimi müştərilərə xidmətlər də küçədə göstərilir.Küşədən keçəndə gərək kiməsə,nəyəsən, ilişəsən.Məyər bunu məsul şəxslərdən görən yoxdur? Niyə yoxdur,var.Amma idarə etmə belədir.Hər şeyə göz yum,işini gör və mənim haqqımı gətir."Millət necə tarac olur olsun.nə işim var".Allah sənə qəni-qəni rəhmət eləsin böyük Sabir.Sənin özün və sözün hər zaman yaşayacaq.Biz heç zaman düzələn deyilik.
Prezident seçkilərində bəzi namizədlər ağızları köpüklənə-köpüklənə basıb-bağlayırdılar ki,inkişaf belə,qanunlar belə.Yalançının cəmdəyinə lənət.Kişi kimi söyləyin,sizlər heç Ziya Məmmədovun nəqliyyatına minmisinizmi,xırda bir iş üçün məmurların qapısının ağzında saatlarla boynu bükük dayanmısınızmı,uşaqlarınızı,nəvələrinizi məktəbə yox,adi baxcaya düzəltmək üçün kimlərəsə ağız açıb,rüşvət vermisinizmi,Hacıbala müəllimin səkilərini maşınsız tapıb yerimisinizmi,yuxarıların,rüşvətin dediyini yerinə yetirən "azad"məhkəmələrə düşmüsünüzmü,Tağı müəllimin şəxsi metrosuna minib evinizə getmisinizmi? Yox,qətiyyən yox.Sizlər ölkənin seçilmiş insanlarısınız.Bu sadaladıqlarımın biriylə rastlaşsaydınız ya ölkəni tərk etmişdiniz,ya da hakimiyyətin daşını daş üstə qoymamışdınız.Hamı bilir ki,sizin özünüzə işləyən ayrıca qanunlarınız var.Saatlarla tıxaclarda qalmayan yolunuz,iziniz var.Bir sözlə meydan sizindi.Əzin,tapdalayın,aşağılayın,canını və zülümlə qazandığı bir-iki manatını rüşvət kimi əlindən alın.Qoyun çərləsin,intihar etsin.Dayanın,durun,Allahdan qorxun.Tək Allahın qəzəbi böyük olur ha!
Məhərrəm Şəmkirli