Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

“ATƏT PA-da Minsk konfransının çağırılması məsələsini qaldıracağıq”

Azay Quliyev: “ATƏT PA-da Minsk konfransının çağırılması məsələsini qaldıracağıq”

 

 

AŞPA - dakı nümayəndə heyətimizin qurumun yanvar sessiyasında üzləşdikləri təxribatla ATƏT PA  – dakı nümayəndə heyətimizin də üzləşmə ehtimalı varmı?
Xeberinfo.com:  ATƏT PA - dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev Moderator.az - ın əməkdaşının bu sualına cavabında bildirib ki, ermənilərdən hər zaman hər cür təxribat gözləmək lazımdır: "Amma biz hər zaman ermənilərin ATƏT - də təxribat xarakterli fəaliyyətinin şahidi olmuşuq və hər dəfə də onların bu cür təxribatlarının qarşısı alınıb. Bilirsiniz ki, keçən il ATƏT PA – da çox önəmli bir qətnamə qəbul olundu. Ermənistan çox ciddi cəhdlə həmin qətnamənin qəbulunun qarşısını almağa çalışdı. Hələ ki, bu il üçün bizim müzakirəyə çıxarılacaq hər hansı bir sənədimiz yoxdur, hesab edirik ki, 3 il dalbadal qətnamə qəbul elədik və orada Azərbaycanın maraqlarını tam şəkildə müdafiə etdik. Müəyyən fasilədən sonra ola bilsin biz növbəti illərdə təkrar hər hansı bir təşəbbüslə çıxış edək". 
“Yəni bu il ermənilər tərəfindən hər hansı təhlükə gözlənilmir?”
Millət vəkili deyir ki, əsas hədəfləri bu il ATƏT - ə sədrlik edən Almaniyadan bu münaqişənin həllində qəti mövqe sərgiləməsinə, həmsədrlərin fəaliyyətsizliyinə qiymət verilməsinə nail olmaqdır:
"Ermənilərdən hər zaman təxribat xarakterli addımlara hazır olmalıyıq və onlardan hər cür provokativ cəhdlər gözləmək olar. Amma dediyim kimi bu il ATƏT PA – da hər hansı bu tip təşəbbüslər gözlənilmir və olsa da onun qarşısını alacağıq. İkinci tərəfdən biz ATƏT PA - da Minsk qrupu həmsdərlərini çox ciddi şəkildə tənqid etməyi düşünürük və cənab prezidentin açıq şəkildə dediyi kimi Minsk konfransının çağırılması məsələsini qaldırcağıq. Bu gün ATƏT - in sədri olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin sessiyada iştirakı gözlənilir və biz mütləq çıxışlarımızda bu məsələni onun diqqətinə çatdıracağıq. Hesab edirəm artıq vaxtıdır ki, Avropada söz sahibi olan Almaniya nəhayət ki, Minsk qrupunun həm özünə, həm də həmsdərlərin fəaliyyətinə açıq və qəti fikrini bildirsin. Əgər Minsk qrupu həqiqətən də ancaq status - kvonu saxlamaqla və ermənilərin maraqlarını açıq çəkildə müdafiə etməklə, lobbiçiliklə məşğuldursa o zaman bu qurum heç bir halda bu münaqişənin həllində vasitəçi ola bilməz. Bu məsələdə bizim fikrimiz sərt olacaq və Almaniyadan qəti mövqe bildirilməsi istəniləcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam