Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

O YERDƏYİK..

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:   (bəhri-təvi yeni)

 

Dolmuşam mən a millətim, şimşək olub çaxanmmıram, bulaq kimi çağlamıram axammıram, dağ çayı tək daşammıram, əldə qələm yazanmıram, nə söyləsəm aşkardı bu yozanmıram, kinləşirəm nifrət edib pozammıram. Mən deyirəm a millətim yatma ayıl, bir adam ol heç olmasa yerin olsun barı sayıl, özünü tanı ağıllı ol, olma zayil. Bilirsənmi quyun dərin, için yanır suyun sərin, düşünsənə dərin-dərin. Gəl özünə, özünü tanı, sözünü tanı, o yaş tökən gözünü tanı, çəkdiyin o dözümü tanı, çarə tapıb çözümü tanı. Millətimiz, qüdrətimiz, o çəkilən zillətimiz əks durur üzdə bizə, tələ qurur əyri dəyir düz də, bizə. Aşkardı ki, pis dövürlə dayanmışıq üz-üzə biz, dəlib keçir yara vurur işlək olan əldəki biz, min içində yüzdəki biz, oğulsansa qıraqda qal, bax belədir, bizdəki biz. Nədəndir ha, bəxtə düşən,oğru, vəzir şah budusa, əmr edirsə təzim edib, baş əyərək can deyirik, düşmən qalıb qıraqdadı bizlər bizə başa vuran qan deyirik, ölmüsən öl yan deyirik, beçə balsız şan deyirik. Zibillikdə pay-pürüşü həzm edirik zəhər kimi biz yeyirik, hərdən olur, bu zillətə sağ ol deyib, çox yaşa sən can deyirik. Dilin olsun yatma oyan haqqı danış, səfalətə, rəzalətə etmə barış, bəddua et, haqqını bil, dilin varsa əlin göyə nalə çəkib qarğış elə, birləşərək çağrış elə, mən demirəm vəziyyətlə barış eylə, qarış elə. Çəpik çalıb sevinməyin HƏYAT BUDUR, biz yaşarıq, yol əyrisə biz çaşarıq, çəkdiyimiz zülüm deyil biz qaçarıq . İnanmayın dil söz ilə barışmayır yalan deyir dildə yalan, sözdə yalan, gözdə yalan dərd acısı baxış-baxış, dərd bizimdir biz çəkirik məsələ budur hamısı YALAN?! Dərdi çoxdur bu millətin söz deyirəm dilim çaşır, bəmim itir, zilim aşır, ruhum susur SÖZ-SÖZ olan sözüm qaçır, qonaq olub sizlərə o, qəm-kədəri sizə açır. Baxın budur, biz beləyik, nə yerdəyik, nə göydəyik, söz ki, bitib O YERDƏYİK....

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam