Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

O, YURDUN YURD BOYDA QAYASI, DAĞLARIN DAĞ BOYDA AHI OLUB

  

Puplisist Məhəmməd Nərimanoğlu ilə üz-üzə

"Xeberinfo.com":    İnsan özünü tanımırsa, onu kənardan kim tanıyar ki? 1957-ci ildə indi ermənilərin at oynatdığı (qəstə bax ki, atlar da bizimkidir, oylaqlar da) dağlar diyarı Kəlbəcərdə, tarixi qədər qədim, ulusu tanınmış bir nəslin – Məşədi Atakişinin nəvəsi, Nəriman Ələkbər oğlunun ocağında (Səfərlərdə) dünyaya göz açmısan. Məhəmməd Peyğəmbərin adını sənə qoyanda, bəlkə səndə də peyğəmbərlik nişanəsini var imiş. Bu sevincin elə birinci sinifə gedəndə perik düşüb. Ayaqyalın olduğundan, anan öz köhnə corablarına yamaq vurub, yamaq tutmayan “qaloşla”la səni məktəbə aparıb. Az sonra gur saçlı və şaqraq gülüşlü “artist”, “aşıq”, “şair”, sinif və məktəb əlaçısına çevrilmisən. Və sonra... Uşaqlığın və gəncliyin keçən yerlər də o illər kimi əlindən çıxıb. Nəcəf Şirinovu “Əlifba” müəllimin, Zimistan Həsənovu ilk redaktorun kimi, Mədəniyyət və İncəsənət Unverisitetində Həbib Qurbanovu kamil rejissorun kimi unutmursan. Professorlardan Cəlal Ağakişiyev, Cərrah Zərraf Şirinov, Vahid Əliyev, həkim-dermatoloq Nuru Orucov, jurnalist Qəhrəman Nağıyev... çalışırlar ki, döyüntüsü az qala Kəlbəcər dağlarında eşidilə biləcək yumruq boyda ürəyinin ağrılarını ovundursunlar. Amma... Unudulmaq yaman bəladır. Kəlbəcərin dağlarını, daşlarını, ağrılarını unudulmağa qoymamısan. Misralarından, sətirlərindən qan daman yazılarınla, hələ kağız-qələm üzünə həsrət könül ovuntularınla sən bütün kəlbəcərlilərin ürəyinə köçmüsən. Biz o yerlərə, o bəxtəvər günlərimizə hökmən qayıdacağıq. Elə bu inama söykənib 1996-cı ildə “Ümüd işığı” kitabını nəşr etdirdin. Bu işığa qədər “Dağların sinə dağı” (1994-cü il), “Yurd göynərtisi”ndə (1995-ci il), haray və fəryadlarla əllərini göylərə qaldıran şəhid ana-bacıların, yurdu yağmalanan yurddaşlarımın səsini-ününü dünyanın o başına çatdırmağa çalışdın. Bilənlər bilir ki, Ağdaban faciəsini “Dədə ocağı”nın işığına gətirəndə neçə yol ölüb-dirilibsən. Qanlı tarix yaşadığımızı növbəti kitablarından biri - “Qanlı köynəklər” təsdiqləyir. Bu kitab da göz yaşı ilə yox, qanla yazılıb. Ağdərə-Tərtər ərazisində-Kəlbəcərə gedən yolda ermənilərin vəhşicəsinə qətlə yetirdiyi və meyitlərinin başına min bir müsibət açdığı şəhidlərimizin qanlı taleyinə işıq salan bu ağrı-acını qardaşın İbrahimlə qoşa yaşamısan... P.S. Əziz oxucum! Məhəmməd Nərimanoğlu haqqında qeydlərimi yazıçı-puplusist İslam Əsgəroğlunun aşağıdakı fikirləri ilə yekunlaşdırıram: “Məhəmməd Nərimanoğlu həsrətli adamdır –Yurda, Ocağa... o Yurdun, o Ocağın adamlarına, o yurdun dağlarına, çaylarına, o Ocağın işığına... Məhəmməd o Ocaqdan, o Yurddan, o dağlardan, adamlardan... yaza-yaza özü dönüb Yurd olub, Ocaq olub... O yurdun yurd boyda qayası olub, o dağların dağ boyda Ahı olub Məhəmməd. ”Dağların sinə dağı”ndakı, “Yurd göynərtisi”ndəki, “Ümüd işığı”ndakı “Dədə ocağı”ndakı kimi...

 

“Təzadlar” qəzeti, 15-22 dekabr 1998-ci il.

 

CƏMİLƏ ÇİÇƏK yazıçı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam