Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AC QURDUN NAĞILI

 

 

 

YUMAQ SARIYANLARIN YAMAQ GÖTÜRMƏYƏN QARINLARINA İTHAF OLUNUR

 

Yenə Ay doğacaq, yenə çal-çağır başlayacaq. Artıq məmləkət əhlinin DƏRDLƏRİMİZə münasibəti də mövsümi xarakter daşıyır. Yanvarda qara bağlayıb, fevralda saçımızı yoluruq. Mart gəlməmiş çırmanırıq, hoppanırıq – səkkiz, doqquz gün qarnımızın curultusunun müşayiətilə guya ki, bayram edirik....Biz milardlar səltənətinin övladlarıyıq, indi nə olsun ki, yalxı suyu qaynatmaqla yemək həsrətli övladların başı aldadıb, Vətən üçün kreditor qismində can verməyə hazırız. Milli konsepsiyamız var, qürurumuz var, acından ölsək belə yayda biz tərəflərə təşrif buyuracaq qonaq-qaranın əllərini ciblərinə salıb bədxərclik etmələrinə imkan verməyəcəyik deyəsən. Gələn idmançılar bunu görəndə bağrı çatdayıb yarı yolda qalacaqlar, bizimkilər də yaranmış situasiyadan yararlanıb birinci yeri tutacaqlar... Bu, bir yurd nağılıdır – xeyriylə yası bilinməyən yurdun...

1918-ci il ermənilər tərəfindən gerçəkləşdirilən Mart soyqırımı haqqında sıravilərimiz qalsın bir yana, hətta tarixçilərimizin özləri belə məsələyə eyforik yanaşma nümayiş etdirirlər. Faktların diliylə danışmaq bunlar üçün bir problemə çevrilib. Tarixi nağıllaşdırmaqla ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri genosid siyasəti haqqında yazılanları komplekt formatda təqdim edə bilmirlər. Bilərəkdən, ya bilməyərəkdən belə addımların atılması ermənilərə də bir şans verir. Alimlərimiz bu məsələdə yekdil rəylə çıxış edə bimirlərsə, burada çətin məsələ yoxdur. Belə çıxışın eskizini cürbəcər orden, medallarla təltif olunduqları mədhiyyələrdə tapa bilərlər – o eskizə baxıb yolunu bulsunlar. “Baxın, hətta Azərbaycan tarixçiləri bu məsələyə münasibətdə özləri də ortaq rəqəmlərin dilə gətirilməsində fərqli yanaşma sərgiləyib baş verənləri mifləşdirirlər” deyən ermənilərsə qondarma 24 aprellə bağlı eyni motivlə, eyni yestlə çıxış edirlər.

Elə həmin mart soyqırımıyla bağlı Məmməd Səid Ordubadinin “Qanlı illər”i  ilə Üzeyir Hacıbəylinin bəzi yazılarını çıxsaq, demək olar ki, ötən əsrin 90-cı illərinə qədər tutarlı bir əsər olmayıb.  Ermənilərsə eşitdiyimə görə, həmin qondarma aprellə bağlı yuxarıda vurğulanan vaxt ərzində doxsan mindən artıq əsər uydurublar...Onlar uydura-uydura ilbəil dünya çapında da bütün mümkün vasitələrdən istifadə etməklə tərəfdarlarının sayını artırırlar. Bəs biz neynirik?

Biz də aprel dığ-dığından sonra may ayında başlayırıq gül açmağa. May ayı Hacıbala müəllimlə Bakı bulvarının direktorunun ayıdır. Bu adamlar “gül bayramı” deyilən gündə elə şəstlə danışırlar ki, adam fikirləşir, görən itirilən ərazilər bizimdir, görən Xocalı boyda vəhşət bizim başımıza gətirilib?!..Qərəz, may ayı pullarımızı gülə çeviririk ki, sayəsində də bülbüllərimizin fəryadı bütün parkı bürüyür. Dünyanın ən ucqar yerindən ən baha qiymətə gətirilən güllərdən yazıq millətə Xəzərin qoynunda göz dağı ucaldılır. Dağ dedim, bir el misalı yadıma düşdü. Deyir, ay Hacıbala müəllim, dağ nə qədər uca olsa da, el üstündə yol salar. Amma öz aramızdır, yolu salmağına salmışıq, Qərb dünyası da demokratiya deyilən yoldan keçən bizlərə yumaq sarıtdırır. Cəhrəmizin iyi əyilib, kələfimiz də düyün düşüb....   

Neyləmək olar, yəqin taleyimiz göydən beləcə gəlib. Daha mən da ayları birbəbir cadalayıb, şərəf verib, bu yazını oxuyanların zəhləsini tökmək istəmirəm. Ancaq məlumat üçün bildirim ki, maydan sonra da bizim görəcəkli günlərimizin sayı-hesabı bitib tükənmək bilmir. Zəlzələlər, qar, çovğun, boran, tufan...”zəlixalar”ın, “məlixalar”ın həngamələri, itirilən ərazilər, nə bilim daha nələr, nələr oldu....Və bu arada millətimizə vəziyyətdən çıxış yolu kimi həkimlərimiz dava, falçılarımız da dua verdilər. Di gəl ki, nə xəstəyə döşək gəldi, nə də aca çörək. Və bütün bunların cavabını hələ ki, heç kim bilmir, ancaq hər kəsin öz bildiyi həqiqəti var. Mənim bildiyim həqiqət budur ki, doğrusunu Allah (s) bilir.        

Ümumiyyətlə, ayı öz balasına “ağappağım”, kirpi də öz balasına “yumşağım” dediyi kimi, biz də bir millət olaraq qədərindən artıq özümüzə vurğunuq. Müsəlmançılığımız qalıb bir yanda, biz bütə tapınırıq, büt vurğunuyuq. Allahı unudub bütlər qarşısında baş əyirik. Özümüz də büt olmaq istəyirik. Və beləcə ruhumuz öləziyir, oluruq bir quruşun əsiri. Əkilməmiş ağacdan nar dərməyə çalışırıq. Adamı dəhşətə gətirən məqam budur ki, indi düşüncələrə bir tezis hakim kəsilib: “mən də qaçqın olsaydım filan-filan şeyim olar və heç kim mənə gözün üstə qaşın var deyə bilməzdi”. . Fərd olaraq vəzifələrimizi unudub ancaq hüquqlarımızın peşindən gedirik. Gedək, ancaq unutmayaq: nə qədər ki, bir qisim vətəndaşımız qaçqın, məcburi köçkün statusundan imtina etməyib, nə qədər ki, milli qürur hissi ələbaxımlılığa güc gəlməyib, nə qədər ki, müharibə veteranı adını daşıyan kəslər onlara verilən güzəşt və imtiyazları bir yana qoyub “hər şey Vətən, hər şey cəbhə üçün” şüarı altında sıx birləşməyibsə, bir o qədər də dərdlərimizə çarə ta-pıl-ma-ya-caq!!! Nə vaxta qədər “qaçqın” statusuyla spekulyativ addımlar atılacaq? Əgər bu gün yurdundan, yuvasından didərgin düşmüş hansısa soydaşımız öz maraqlarını daha çox işıq pulunun, su pulunun, qaz pulunun, təhsil pulunun ödənilməsi tendensiyası üzərində qurursa, onda ANS-in süyetindən gördüyümüz amerikalı həmsədrin Azərbaycan torpağına nümayişkaranə bir şəkildə Leyla Yunus demişkən, “pipi eləməsi” də tam təbiidir. Belə olan tərzdə həmsədrləri turizmi inkişaf elətdirməkdə digərlərinə partnyor kimi dəyərləndirmək də yersizdir. Adama deyərlər ki, qardaş, ərazisini itirən sən öz qarnının hayındaykən nədən mən bu fürsətdən yararlanmayım?!..

 Düppədüz.  Və, və... bir dəqiqəlik sükut...

Ancaq bu sükutun dalınca yenə çal-çağır başlayacaq. Zatən Ay hər zaman bulud altında qalmaz. Yenə Gün doğacaq, Ay çıxacaq. Doğan Günəşin, çıxan Ayın işığında Dərdlərimizi udmayaq- çünki O bir ülgücdür, yaralar bizi. Və Uca Yaradanın iznilə inşəAlllah Xeyirə açılacaq cabahımıza qovuşmaq üçün Dərdlərimizi atmayaq – çünki O sərrast ovçudur, yaxalar bizi!..Bu da yalqız aclıq dönəmini yaşayaraq Yurduna sahib çıxmaq istəyən, milyardlar səltənətində sərgərdan dolaşan Qurdun nağılı...               

 

P.S. Avropalılar hələ də bilmirlər ki, əyin yamaq götürsə də, qarın yamaq götürmür...Belə deyil, hə!? Deyün dəə..

 

P.P.S. Görən Təhsil Nazirliyi kredit içində boğulan vətəndaşın cocuğuna vətən sevgisini necə aşılayır(acaq)!? Bu millət bu dövlətə neyləyib ki, onun borclarına deyil, erməninin səfər xərclərini ödəmək daha önəmli sayılır!?...

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam