Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

YAZIÇI QƏNİ CAMALZADƏNİN ƏDƏBİ İŞIĞINDA-FOTOLAR

  Qəni Camalzadə....

 İndi bu ad nəinki Azərbaycan oxucularına, həm də uzaq Amerika qitəsində oxuculara tanışdır. Və bununla da o, özündə yazıçıya məxsus mənəvi güc taparaq, Azərbaycan ədəbiyyatını xaricdə təbliğ etməyə müəssər olmuşdur. Bəri başdan deyək ki, digərlərindən fərqli olaraq, Qəni Camalzadə heç bir şöhrətə, titula uymadan üzərinə düşən missiyanı yerinə yetirmiş, çağdaş ədəbiyyatımızda ən çox sevilən roman janrına yeni ab-hava, yeni üslub, yeni dəyər və oxunaqlı əsər gətirmişdir. Ədəbi tənqid yazanlardan xəbər tuturuq ki, onun özünəməxsus təhkiyə üslubu roman janrına diqqəti çatdırmış, ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu da onu göstərir ki, yazıçı daha çox həyatın gerçək üzünə nüfuz etmiş, əsasən şahid olduğu, öyrəndiyi və bildiyi hadisələri qələmə almışdır. Çox maraqlıdır ki, Qəni müəllimin romanlarında əsas ideya hansısa bir problemin həllinə yönəlmişdir. Bu da onu göstərir ki, Qəni Camalzadəni ciddi ədəbiyyat yaradanların kateqoriyasına aid etmək olar. Əslində ciddi epik əsəsrlərlə məşğul olanların sayı indi barmaqla sayılır. Yazıçı təxəyyülü ilə dünya görüşü birləşib oxucunun gözləri qarşısında çox maraqlı bir mənzərə canlanır, mənəvi dünyamızın qapılarını oxucuların üzünə açır.

Yenixeber.org: Əlbəttə, biz heç də boğazdan artıq söz demək, tanınmış yazıçı haqqında tərif demək fikrində deyilik. Bunu yazıçı özü qazanmışdır. Onun qələmindən qopan dünya bizi silkələyir,  bizə bəşəri ovqat bəxş edir. Həm də biz “Karxana”, “Fosforlu əkizlər” (“Qızıl xotuq”), “Kiaksarın axırıncı savaşı”, “Şeytana daş atanlar” romanlarını və özünəməxsus üslubda yazılmış hekayələrini mütaliə edərkən yazıçının ruhu ilə səsləşən əsərlərin ciddi estetik-filoloji kriteriyalara cavab verdiyini görürük ki, bu da klassik romanlara yönəlir. Adını qeyd elədiyimiz hər bir romanda da təsvir olunan əsərin özünəməxsus ideyası, fəlsəfəsi var, oxucuya bəşəri hiss və duyğular aşılayır, onları haqqa-ədalətə dəvət edir, xeyirin şər üzərində qələbəsinə çalışır. Onu da xüsusi olaraq qeyd etməyi lazım bilirəm ki, roman janrının ədəbi-bədii, estetik, ictimai, sosial, xəlqi və milli qayəsinin imkanlarından istifadə edən yazıçı oxucunu düşündürməyi bacarmışdır, həyati hadisələrə qlobal məna verməyi, bədii məntiqə yiyələnməyə nail olmuşdur.

Məhsuldar yazıçı Qəni Camalzadə yaradıcı ömrünü şam kimi əritməklə özünün nəyə qadir olduğunu göstərə bilmişdir. Əlbəttə biz onun dəyərli əsərlərini bir-bir təhlil etmək fikrində deyilik. Ancaq həqiqət naminə deyə bilərik ki, Qəni Camalzadənin romanları oxunaqlıdır, yaddaqalandır, düşündürücüdür, tərbiyəvi mahiyyət daşıyır. Bu günlərdə yazıçının və qələm ustasının seçilmiş əsərlərinin 3 cildi “Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla, yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Daha 12 cild əsər çapdan çıxacaqdır. Bu Azərbaycan ədəbiyyatında çox önəmli bir hadisə sayılmalıdır. “Qanun” nəşriyyatında bu üç cildliyin təqdimatı keçirilmişdir. Öncə onu diqqətə çatdırım ki, bu təqdimat mərasimi digərlərindən öz orijinallığı, çıxışların məzmunu və quruluş tərtibatı ilə daha çox fərqlənirdi. Xalq artisti Vudadi Həsənov bu tədbirə səhnə tərtibatı vermiş, özünün rəhbərlik etdiyi “M” Teatrının patomim aktyorları iştirak edərək yazçının hekayələrindən səhnələr göstərmiş, Qəni Camalzadəyə həsr olunmuş videoçarx göstərilmiş və plakatlar vurulmuş, əsərləri sıra ilə düzülmşüdü. Mərasimə bir çox qələm dostları, müharibə veteranları, ziyalılar və ağsaqqallar dəvət olunmuşdu. Bir neçə ünlü mükafata layiq görülmüş şair-publisist Ağacəfər Həsənli təqdimatda ön söz söylədi və hər bir çıxış edənin müstəqil olduğunu dedi. Qəni Camalzadə ona həmişə sayğı ilə yanaşmış, kitablarını və seçilmiş əsərlərini nəşr etmiş “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğluna öz dərin təşəkkürlərini bildirdi, tədbir iştirakçılarını salamladı və onlara xoş arzularını bildirdi. O, yaradıcılığını gənclik illərindən bu yana yazdığı əsərlərdən, üzləşdiyi problemlərdən, müasir ədəbiyyatın qarşısında duran vəzifələrdən ətraflı danışdı, bədii yaradıcılığından söz açdı. Ağacəfər Həsənli tanınmış şair Tofiq Nurəliyə söz verdi. O, Qəni Camalzadənin şəxsiyyətindən, yaradıcılığından, bəşəri hiss və duyğularından danışdı. İstedadlı yazar Nurəddin Ədiloğlu söz alaraq dedi ki, indi yaddaqalan, diqqət çəkən və hamıya lazım olan roman yazmaq çətindir. Lakin qələm dostum Qəni Camalzadə bu işin öhdəsindən ustalıqla gəlmişdir.

Çıxış edənlərdən I Qarabağ müharibəsinin veteranı Güləli Fərziyev, Əməkdar jurnalist, yazıçı-publisist İdris Şükürlü, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət xanım, “Dodo” qəzetinin baş redaktoru İradə Məlikova, Hacı Sarvan və başqaları çıxış edərək, yazıçı Qəni Camalzadəni təbrik etdilər, ona yaradıcılığında yeni uğurlar və cansağlığı arzuladılar.

Hacı Qəni Camalzadə yekun söz olaraq zəhmət çəkib sözün işığına toplaşanlara, müharibə veteranlarına, qələm sahiblərinə öz dərin minnətdarlığını bildirdi.

Özünəməxsus keçirilən təqdimatın maraqlı müzakirəsi çay süfrəsi ətrafında davam etdirildi.
 

 

 

  

 














                                                                           Yazıçı-publisist

                                                                                                                                              Səadət SULTAN


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam