Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SEVƏK EŞQİMİZİ



"Xeberinfo.com":  (könül pıçıltısı)

Bəlkə də, yanılşışam, nədənsə gözümə yad göründün. Bu sən deyilsən. Niyə itirmişən od-alov saçan baxışlarını, dilinə vurduğun söz naxışlarını? Yad idi, yad baxışların. Üşüdüm, gözünə yağan yağışlardan üşüdüm. Zaman vardı, qorxardım, gözündə çaxan şimşəklərdən, indi isə qorxuram səni itirməkdən. Önümdə dayanmısan, baxışların danışır, dilin susur bir dillənsənə! Üzünlə, gözünlə, qəlbinlə bağa, bağçaya oxşa bir güllənsənə!? Güllərin qoxusuna oxşat məni, dincliyimi qaytar toxtad məni. Dilimi də lal etdin, baxışlarım soruşur, fikirlərim qarışır söz dilimdə dolaşır. Nədən belə dalğınsan, sanki öz içindən alğınsan. Nədir səni səndən qoparan, çəkib uzaqlara aparan? Gəlişini bahar bildim, yaz bildim, qərib baxışlarınla səsinin ahəngini könlümü oxşayan avaz bildim. Soyuq görünsən də, belə hər baxışını, hər duruşunu aşıb daşan dağ çaylarına bənzətdim. Aşsana, daşsana boşalt qəlbində yer alan sal daşları, çürük kötükləri, qoyma günəşin şəfəqlərində itə, bata axan suların köpükləri. Sular dalğalı, gəmin üzür, batırma gəmini, saxla sükanı, həyat amansızdır udar səni, saxla həyatın dəmini, yaşa həzz al, unut qəlbinin qəmini. Baxıram bu sən deyilsən. İtirmisən özünü, itirmisən mənindəki SƏNİNİ. Özünə qayıt!!! Demirəm, mənə dönəsən, buki, zor deyil əlacsız təlaş içində yanıb sönəsən. Məni tərk etmək istəsən, dilin dolaşmasın, inan isəmirəm bir daha o qapını döyəsən. İstəmirəm qəlbinin qaranlığını, istəmirəm, dil danışmırsa gözlərin dalğınlığını, istəmirəm yaşanmayan sevginin yalanlğını istəmirəm. Bəsdir, bəsdir daha, qarşımda heykələ döndün, qatbaqat əridin, yanmamış söndün. Çıx artıq qəlbinin çirkabından çıx, dön özünə, sözünə dön. Yox artıq, bu gediş sondursa yolun açıq olsun. Baxmaram arxanca, get, get artıq baxma səndə arxana. Lakin bilmirəm od idin, köz idin, kimə nəyə bənzədin söndün artıq, sən də söndün qəlbimdə mənim. Məni MƏN edən varlığımda söndün. Söndün artıq SÖNDÜN... Artıq bu sevgi deyil, qaranlıq aysız gecədir, sənə boş ürək verirəm necədir, necədir? Qəbul edərsənmi, edərsənmi, ya özünü əhdinə vəfalı aşiq sanıb birömürboyu mənimlə əl-ələ gedərsənmi, gedərsənmi? Sevə-sevə məni seçərsənmi? Əllərimi verirəm əllərinə, tut əlimdən tut. Sən və mən biz də BİZ olaq, yanaq əriyək yol salaq məhəbətdən, uzaq olaq qəbahətdən, SEVƏK EŞQİMİZİ düz olaq, DÜZ olaq!!!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam