Redaktor seçimi
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Günün xəbəri

SAYIL SƏN...!!! (Bəhri təvil yeni)

  1. "Xeberinfo.com": Gəldim səni görməyə, dərdinə şərik olub, dərd-sərini bölməyə.Uzun olsun əllərim, sənə kömək etməyə. Sualıma cavab ver: Nədən belə qəmlisən, dərdi içib şərab tək, elə bil ki dəmlisən, qəm otağın qaranlıq, kədərlisən, dərdlisən, sanki döyüblər səni, yağmalayıb vəhşi tək, bəlkə söyüblar səni? Sevinc yoxdu gözündə, dilin də topuq vurur, əyridi sözlərin də.İtib üzdə heyranlıq,meymunsifət olmusan, qalmayıbdı ceyranlıq.Kim olsaydı yerimdə, söyləyərdi çar-naçar, yaman üzüldüm yaman, söyləyirəm ay aman, gözlərimə dikildi, qəlbində fəğan edən, gözündəki dumanlıq, bir söz deyə bilmədim,çaşıb qaldım bir anlıq. Otağın da qaranlıq, səs-küylə haray salıb,baxdı gözün bir anlıq, dərd çəkirdi gözlərin, baxışların süzülüb, dərd əkirdi gözlərin,nəmli idi gözlərin, nədən dilə gəlmədi qəlb yandıran sözlərin, bir söyləyib dinsənə,qapanmısan özünə,könül nədən qaranlıq? Qaranlıqdan qaç bala,yatma oyan qalx bala, cavab vermə hal-hala, düşmən deyil, yar-yara. Yar yara dost olanda, badəli tost dolanda,cingiltili badələr, ingiltili nalələr, sözlər sözə tən gələr, düz ölçərsən gen gələr, düz oturub durarsan , pislik sənə gen gələr. Ağlar gözün yar deyər, dilin dönüb ar deyər, eniş, yoxuş dar deyər, vəfasız əğyar deyər, ağlamasın gözlərin, dilin yanıb alışsa, dağlamasın sözlərin, sevən ürək daş deyil, göz ağlasa yaş deyil, hərdən fələk uydurub, sözlə- sözü vurdurub,incə-incə çaş deyir, gəl özünə bir anlıq, verdiyin bir könülsə,sevgi səni yormasın, yoldaşın şeytan olub, qəlb gözünə dolmasın, qaranlıq işıq olsun, qəlb oçağın sönməsin, ağız-burun səyrisə,dilin əyri dönməsin, sevdim səni söyləyib, dilindəki kəlmələr sazaq vurub donmasın, könül sənə qaç desə, ürəkli ol aç desə,hər sözdən söz çıxarıb uşaq kimi ağlama, səni sevdim deyəni lağ-lağ edib danlama, davaya rəvac verib, dodaq-burun sallama, ərk edib naz edərsən, ürəkləri sındırıb, səni sevməyən düşmənin kefini saz edərsən, ördək gedən yerişi, döndərib qaz edərsən. Ayıl balam, ayıl, sən,dil səninsə bal qatıb,deyimlərə qulaq as,yar yanında sayıl sən!!!

 

  1. TƏRANƏ ŞƏMS.09.09.2014.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam