Diktə mədəniyyəti
"Xeberinfo.com": Bu gün dünyada nə qədər xalq varsa, bir o qədərdə adət- ənənə və davranış mədəniyyət var. Bu xalqlar da bir-birini davranış mədəniyyətləri, ədəbiyyatları, musiqiləri, tarixləri, iqtisadiyyatları ilə tanıyırlar. Davranışında səmimi olmayan, oturuşunu, duruşunu bilməyən xalqa heç vaxt mədəni xalq, millət demiyiblər, demirlər. Zaman- zaman bu millətlərin haqqında yazılmış yazılar bu gün də oxunur, deyilir. Əsrlərdir bizim barəmizdə yalanlar uyduran ermənilər haqqında böyük rus şairi A. S. Puşkin deyib: "Sən oğrusan, qulsan çünki ermənisən".
Biz də qədim bir millət olaraq tarixi davranış mədəniyyətinə söykənib yaşayırıq. Və gəlin görək, bu gün biz özümüzü tam mədəni xalq saya bilərikmi? Bunun üçün gərək bu günümüzün həqiqətini görək.
Çox vaxt davranış mədəniyyətimizdən. əxlaqımızdan, bir- birimizə xoş münasibətimizdən elə ağız dolusu danışırıq ki, özümüz- özümüzə heyran oluruq. Hətta sinəmizi qabardıb: Dünyanın ən mədəni, sivil xalqı elə bizik ki, varıq deyirik. Görəsən bununla özümüzü pərdələmirik ki? Çoxları deyə bilər ki, yox. Sən nə danışırsan? Biz elə beləyik ki, varıq. Başqa söhbət ola bilməz. Amma atalarımızın gözəl bir sözü var: "Aşıq gördüyünü çağrar". Doğrudur, mən aşıq deyiləm, ancaq aşıq gördüyünün çox hissəsini görməsəm də, müəyyən hissəsini görmüşəm. Açıq deyim ki, mənim gördüklərimin əksəriyətini sizlər də görmüsünüz. Eləsə onda sizin və mənim gördüklərimi yazım ki, hər birimizin yadına düşsün.
Heç kmə sirr deyil ki, ölkədə ən problemli sahələrdən biri və bəlkə də birincisi nəqliyyat sahəsidir. Ona görə ki, çox sahələrdə olduğu kimi bu sahədə də qanunun aliliyi önə çəkilmir, ikinci, üçüncü bir hala gətirilib başlı- başına buraxılır və nəticədə kim nə və necə istəyir elə də edir. Başlayaq hər gün basabasla istifadə etdiyimiz metrodan. Ekskalatora minib yer altı dünyaya düşəndə qadın səsiylə bizə müraciət olunur: "Hörmətli sərnişinlər, yolun sağını boş qoyun, sürahidən tutun, pilləkənlərdə oturmayın". Kimdir buna əməl edən? Qatarda isə belə bir müraciət var: "Uşaqlara, əlillərə, yaşlı insanlara qarşı dıqqətli olun!" Demək bunlar deyilməsə nə qadına, nə uşağa, nə yaşlı adamlara, nə də əlilərə yer verən olmaz. Çox görmüşəm elan veriləndən sonra başının üstündə çətinliklə dayanana gənclər yer veriblər.
Bu gün xx əsrin əvvəli, ortası deyil, xxI əsrin ikinci on illiyinin yarsıdır. Bu yerdə adam papağını qabağına qoyub bir balaca düşünür. Məyər yer vermə mədəniyyətini kiminsə beyninə zorla yerləşdirmək lazımdı? Bu tərbiyə qandan, süddən gəlməli deyil?
Bu günlərdə metroda bir hadisənin şahidi oldum.Arınarxayın oturub əllərindəki telfonda qurdalanırdılar, nə axtardıqlarını heç özləri də bilmirdilər. Sadəcə özlərini məşğul kimi göstərirdilər. Başlarının üstündə çətinliklə dayanan hamilə qadını belə görmək və ona yer vermək istəmirdilər. Bunu duyan ahıl bir qoca durub yerini hamilə qadına verdi.
Başqa bir misal, iki gənc- oğlanla qız oturub şirin- şirin qanışırdıiar. Başlarının üstündə dayanmış yaşlı qadını görən qız yanındakı oğlana dedi ki, dur yerini qadına yer. Oğlan qızla razılaşmadı və yerindən tərpənmədi ki, tərpənmədi. Məcburiyyət qarşısında qalan qız durub yerini qadına verdi. Oğlan xeyli qızın hərəkətinə görə onu danladı.
Səkiylə getmək istəyirsən, mədəniyyətsiz və qaba birisi dədəsinin həyətiymiş kimi maşını çıxarıb saxlayıb düz yolunun üstündə. Oğulsan iradını bildir, sənin olan abırını bu abırsız elə büksün ki, qal gözünü döyə- döyə. "İnşatçılar" metro stansiyasının qarşısındakı avtobus dayanacağında bir hadisənin şahidi oldum, dayanacaqda parklanmış bir maşının sahibi ilə polis kapitanı qorxa-qorxa danışırdı. Kapitana lap yazığım gəldi və öz- özümə sual verdim ki, nə vaxta kimi bu məmləkətdə pul və vəzifə qanunlardan güclü və hökümlü olacaq.
Bu gün iş başında olanların hamsı- aşağıdan yuxarıya kimi hamsı iş görmək əvəzinə gününü keçirir. Polis nəfəri cinayətkara göz yumur, yol polisləri, nəqliyyat nazirliyinin müfəttişləri avtobus dayanacaqlarında parklanmış maşınları görmürmüş kimi yanından keçirlər.
Uzun illərdir ki, Bakının müxtəlif yerlərində şənbə, bazar günlərində kənd təsərrüfatı yarmarkaları keçirilir və bu işə məsul olanlar yarmarkaya nəzarət edirdilər. Bu gün o nəzarət tamamilə onudulub və bir xaos yaranıb. Gediş yollarının üstündə alış- satış aparılır, bir tərəfdən də iri arabalarla çörək pulu qazanan uşaqların davranışı və alıcıların gediş- gəlişinə mane olmaları adamı iyrəndirir. Demək qanunun qorunmaması insanların davranış mədəniyyətinə çox pis təsir edir və onu mədəniyyətsizləşdirir. 20 yanvar metro stansiyasının hər üç çıxışında Sumqayıta, Müşvüqabada, Meyvəliyə, Lökbatana, Şamaxı yolunda Şamaxıya, Mərəzəyə, Qəbələyə,İsmayıllıya sərnişin çağran sürücülərin adamı zorla maşına mindirmək istəməsi adamı özündən çıxarıb əsəbləşdirir.
Demək pullu cəmiyyər bütün gözəl davranış qaydalarını, insanın əxlağını, məniviyyatını, namusunu, qeyrətini hamsını əlindən alırmış hə? Amma deyəsən bu cəmiyyət Avropadakıları bu günə qoymayıb axı. Bizim Avropaya intiqarasiyamız belə olacaqsa. bəlkə bəri başdan bu işə qol qoymayaq?! Elə olduğumuz kimi qalaq.
Məhərrəm Şəmkirli