Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkili Pakistan parlamentində çıxış edib

 

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoqla bağlı geniş çıxış edib.
"Xeberinfo.com":  Millət vəkili bildirib ki, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür. Bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində görə bilərəik. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”.
Qənirə Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir: “Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, biz bu cür halları qətiyyətlə pisləməliyik. Dini inamımızdan asılı olmayaraq hər birimiz. Təəssüf ki, biz bunu bir çox hallarda  görmürük. Bir radikallıq başqa bir radikallığa səbəb oldu və biz bunun şahidi olduq. Biz unutmamalıyıq ki, biz müxtəlif dinlərdə bir Allaha  dua edirik. Ona görə də müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklərin var və biz onlardan dərs almalıyıq”.
Qənirə Paşayeva Azərbaycan xalqının bu bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib: “Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq. Bu gün dünyanın gələcəyini düşünən hər kəsin üzərinə böyük yük düşür”.
  Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir.  Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir deyən millət vəkili həyata keçirilən işlərlə də bağlı geniş məlumatlar verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam