Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bələdiyyə sədri yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?!"

 

“Bəzi bələdiyyə sədrləri var ki, onlar özlərini kiçik padşahlar kimi aparır. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun onların qarşısında bir sipər olacaq”.

"Xeberinfo.com":  “Report”un məlumatına görə, bunu deputat Fəzail İbrahimli Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.

F.İbrahimli “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.

“Bəzi bələdiyyələr də var ki, sanki bələdiyyə mülkü onun şəxsi mülküdür və istədiyi kimi idarə edə bilər. Qanun bu proseslərin də qarşısını alacaq”, - deputat deyib.

O qeyd edib ki, qanun layihəsinin çox böyük elmi və hüquqi redaktəyə ehtiyacı var. “Qanun layihəsinin 20.1-ci maddəsi etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərinin tətbiq edilməsi haqqındadır. Burada 4 intizam tədbiri vasitəsi göstərilib: töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, başqa vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad etmək. Bələdiyyə sədrinə nə qədər güzəşt etmək olar!? O yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?! Bu belə olmaz. Əgər bələdiyyə sədri qaydaları pozubsa, birinci dəfə töhmət vermək, ondan sonra da işdən azad etmək lazımdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam