"Xalq şairi" olmaq istəyirəm
"Xeberinfo.com": Musiqi adamı mənəvi cəhətdən saflaşdıran, kamilləşdirən,ruhunu təzələyən, onda ülvi və təmiz hissilər oyadan xoş,mehirban düyğular dünyası ilə qovuşduran ilahi bir nemətdir. Musiqi həm də sehirli bir sənətdir.Musiqini dinlədikcə sanki sehirli bir ailəmə düşürsən,özünə qayıdırsan, özünü tanıyırsan,saflaşırsan, təmizlənirsən, ülvüləşirsən. Və bu qənaiətə gəlirsən ki,musiqi gözəllikdir, musiqi məhəbbətdir,ilahi musiqiyə, gözəl, ürək açan musiqiyə, yaxşı ifaçıya Azərbaycan xalqı həmişə yüksək qiymət verib, onu dəyərləndirib. Tarix durduqca o yaşayıb, xoş duyğularla xatırlanıb, anılıb.
18 sentiyabr şərqdə ilk operanın banisi, Azərbaycanın musiqi Allahı, dünya şöhrətli dahi Azərbaycan bəstəkarı və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günüdür.Eyni zamanda bu gün həm də Azərbaycan musiqisi günüdür.Bu gündə ölkə prezidenti Mədəniyyət və Turizm Nazirinin təqdimatı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxslərə fəxri adlar verir.
Müstəqillik əldə etdikdən sonra fəxri adların hansı meyarlara görə verildiyini hələ də ölkə əhalisi bilmir. Elə boşuna baş sındırır. Kimlərdir bu fəxri adlara layiq görülənlər? Faiqlər,nazpərilər,aygünlər, məleykələr,briryantlar,nadirlər, ədalətlər, səmədlər və daha kimlər, kimlər...
Hər bir fərd xalqa, dövlətə göstərdiyi xidmətə görə hökumətdən nəsə umur, fəaliyyətinin qiymətləndirilməsini istəyir. Bu, təbii və normal haldır. Buna heç kim heç nə deyə bilməz. Haqqı olan haqqını vaxtında və qədərincə almalıdır.
Xalq artisti kimlər olmalıdır? Hansı meyarlar əsas götürülməlidir? Dəyərli oxucular deyə bilərlər ki, əlbəttə, istedad, bir də istedad. Bu fikirlə mən də razıyam. İstedad Tanrı vergisidir. Tanrı vergisini qiymətləndirməmək Tanrını sevməməkdi.
Biz müsəlman kimi islama xidmət edirik. islamın gözəl-gözəl tərbiyəvi qanunları var. Bu qanunlara əməl etmək hər bir Məhəmməd hümmətinin müqəddəs borcudur.İslam dini açıq-saçıq, lüt-üryanlıq, dindaşına qarşı qəddarlığı, haqsızlığı qəbul etmir. Amma gəlin görək bu "xalq" artistləri xalqın qanını necə sorurlar. Onlar xalqın toy mərasimlərini 5-6 min manatdan aşağı aparmırlar, səhnədə artisti olduqları xalqın qarşısında soyunurlar, ədəbsizlik edirlər.Bunlar təmsil etdikləri xalqı yox, var- dövlət toplamağı düşünürlər, bahalı- bahalı maşınlarda gəzib xalqa qıcıq verirlər.
Televiziya kanallarında səviyyəsiz, bədii cəhətdən zəif,əttökən, heç bir maddi- mənəvi dəyərlərə söykənməyən verilişlər aparan bu "xalq artistləri" xalq qarşısında utanıb- çəkinmədən min hoqqalardan şıxır, əks cinsin nümayəndələri ilə qucaqlaşır, öpüşür. Hətta qaça- qaça qucağına atlanır.Çox maraqlıdır, maraqlı olduğu qədər də təəccüblüdür ki,bunlar xalqa əxlaqdan, mədəniyyətdən. namusdan, qeyrətdən danışırlar. Nə qədər iyrənc və dözülməzdir.
Aygün Kazımovayla Namiq Qaraçuxurlunun əttökən, zəif duetini gecə- gündüz usanmadan dinləyən xalqın oxuyanı vallah "xalq artisti"ndən də yüksək ada layiqdi.
Televiziya kanallarından bir an düşməyən bu gözəlçələr mavi ekranda nələrdən və kimlərdən danışmırlar, nələrlə zavallı xalqın məniviyyatını pozmurlar? Axı bizim milli- mənəvi dəyərlərimiz, əxlaqımız, abırlı ğeyimimiz var. Hər birimizin buna əməl etmək borcumuz da var. Özlərindən başqa heç kimi sevməyən, özlərini əlçatmaz sənət korifeyləri adlandıran nazpərilər, səmədlər, aycünlər, faiqlər, nisələr, məleykələr, nisələr və başqaları bundan sonra nələr edəcəklər, göyün hansı qatında olacaqlar? Onu bir Allah bilir.
Mən təbiətən paxıl,gözü götürməyən adam deyiləm. Amma kimliyindən asılı olmayaraq mədəniyyətsiz, danışığını, oturuşunu- duruşunu bilməyən, yekəxana, özündən bədgüman, qarşısındakını sayasalmayan, qeybətcil, böhtançı adama layiq olmayan qiyməti verəndə, bəh- bəhlə göylərə qaldıranda içim göynəyir,dağılır. Və bu anda ürəyimdən "xalq şairi" olmaq keçir.Axı mənim kimdən nəyim əskikdir? Yaxşı- pis uzun illərdi ölkə mətbuatında xalqımın dərdini- sərini, torpaq itkisini, qaçqın, köçkün harayını qəzet, jurnal və kitab səhifələrində xalqa çatdırıram.
İnandırıram sizi nə vaxtsa mən "xalq şairi" adını alsam, buna heç də heyrətlənmərəm.Çünki bizdə fəxri adlar nadir istedlara verilmir.
Məhərrəm Şəmkirli