İndi daha diqqətli olmalıyıq
"xeberinfo.com":Bir Azərbaycan məsəlində deyilir ki,"yaxşı qonşu yaxın qohumdan irəlidi".Başqa birində isə deyilir: "Qonşu qonşu olsa bağ çəpəri neynər".Qonşu haqqında bu və buna bənzər çox misal çəkmək olar.
Tale bizə heç yaxşı qonşu qismət eləmədi.Məkirli,xain,namərd,çörəyi dizinin üstündə olan,yer-yurd acı olan bir düşmən verdi.
Şəxsən mən yer üzərində elə bir millət tanımıram ki,onun yaxın-uzaq düşməni olmasın.Kiminin düşməni qulağının dibində,kiminin düşməni min kilometirlərlə uzaqda.Bizim düşmənimiz isə ocağımızın başında.O,isti ocaq qırağında,biz çöllərdə soyuqdan titim-titim titirəyirik..
Bu millət təkcə torpaqlarımıza göz tiksəydi, dərd yarı idi.O,eyni zamanda tarixi abidələrimizə,sözümüzə,musiqi alətlərimizə,xörəklərimizə,mahnılarımıza və s.sahib çıxır.Biz bütün bunların bizim olduğunu dönə-dönə başsız,nadan ermənilərə və kar,kor dünyaya anladırıq.Bu həqiqəti nə erməni,nə də dünya anlayıb başa düşür.Qalmışıq qanmazlar,dil bilməzlər arasında.
Mənə elə gəlir ki,erməni tarixən bizə etdiyinin yüzdə birini başqa bir millətə etsəydi,həmin millətin böyüyündən kiçiyinə hər kəs ayağa qalxıb ermənini yer üzündən tamamilə silərdi.
Azərbaycan xalqı coğrafi ərazi etibarilə özünə yaxın qonşu olan xalqlarla həmişə mədəni,ictimai,siyasi cəhətcə əlaqədə,təmasda yaşamışdır.Azərbaycanlıların qədim babaları tərəfindən yaradılmış mədəniyyəti yaxın qonşulara təsir göstərmişdir.Q.Antonyan soyadlı erməni professor hələ orta əsrlərdən başlayaraq Nizami irsinin ermənilərə təsirindən danışarkən yazırdı: "x11əsrdən başlayaraq bizim yazıçılardan çoxları Nizami yaradıcılığı ilə bağlı olmuş,onun mövzularından ,sürətlərindən istifadə etmiş,Azərbaycan xalqının bu böyük şairinin ölməz poemalarını dərindən mənimsəmişlər".
Alimlərin apardığı bir sıra tədqiqatlardan məlum olur ki,erməni ədəbiyyatında Azərbaycan şifahi xalq ədəbiyyatından yetərincə istifadə olunmuşdur.Bayatılarımız,dastanlarımız,məhəbbət əfsanələrimiz,nağıllarımız,atalar sözlərimiz,aşıq yaradıcılığımız erməni xalq kütlələrinin mənəvi ailəminə güclü təsir etmişdir.
Ermənilər zəmanəyə,zülmə,istismara qarşı nifrətini,gələcəyə inamını,xoşbəxt yaşamaq arzusunu bildirmək üçün Azərbaycan şifahi ədəbiyyatından istifadə etmişdir.Bu təsir lap qədimlərdən bu günümüzə kimi gəlmiş,özünü yazılı ədəbiyyatda belə göstərmişdir.
Ermənilər üçün həmişə Azərbaycan dili ən tez öyrənilən,anlaşılan dil olmuşdur.Yeni realist erməni ədəbiyyatının banisi X.Abovyan yazırdı: "..özünün şairanəliyi,səslənməsi və axıcığılığına görə tatar (Azərbaycan) dili qramatik cəhətdən bütün dillər arasında yeganə dildir".
Azərbaycan dilini bilmək və bu dildə yazıb-yaratmaq hər bir erməninin arzusu idi.Məhz bunun nəticəsi idi ki,orta əsr erməni şairlərinin əksəriyyəti Azərbaycan dilində yazıb, tarixdə qalmışlar.
Çox maraqlıydı ki,Azərbaycan dilində yazan erməni şairlərin Azərbaycan aşıq poeziyasının ən geniş yayılmış formasında-gəraylı formasında yazırdılar.
Tarixə nəzər saldıqda görürük ki,erməni hər zaman dilində sözümüzü,sinəsində sazımızı gəzdirib.El şənliklərində çalıb-çağrıblar,söz qoşub,dastan bağlayıblar.M.Nalbandyan çox haqlı olaraq yazırdı ki,bu aşıqları ancaq "erməni ailəsində doğulduqları üçün erməni adlandırmaq olar."
Başqa bir erməni müəllifi yazırdı:"Erməni aşıqlarının istifadə etdikləri alətlərin adları da türkcədir:saz,santur,kaman,yaxud kamança,bağlama".
Erməni yazıçıları Azərbaycan şifahi ədəbiyyatından faydalanaraq buradakı ən dəyərli insani keyfiyyətləri mənimsəmiş,bu keyfiyyətləri öz qəhramanının simasında cəmləşdirərək əsərlərini folklor inciləri ilə zənginləşdirmişlər.
Bütün bunlara baxmayaraq,gendən gələn paxıllıq,xəbislik,xainlik,satqınlıq azərbaycanlılardan gələn insani keyfiyyətləri üstələmişdir.
Hər şeyimizi hər gün,hər an özününgüləşdirən ermənilər sazımıza,sözümüzə də gec-tez sahib çıxmağa cəhd göstərəcəklər.Ona görə də bu gün daha çox sazımıza -sözümüzə sahib çıxmalıyıq.
Məhərrəm Şəmkirli