"Nə fərqi Qarabağlıyam, ya da ki, Azərbaycanlıyam"
"Xeberinfo.com": Dağına- daşına qurban olduğum Vətənim Azərbaycanım. Mərd oğullar yetirən elinə- obana, hər cür riyakarlıqdan uzaq nurani qocalarına, üzlərində sevinc. dodaqlarında təbəssüm olan tumurcuq körpələrinə heyranam. Neçə-neçə oğlun, qızın boy atıb ucalıb isti qucağında. Adına, şöhrətinə zərrə qədər xələl gətirmədən yaşadıb səni. Nə yaxşı ki, doğulub boya- başa çatdığımız məkan cənnət Azərbaycandı. Varlığına sevindiyimiz, qələminin məhsulu ilə ruhumuzu qidalandıran bir şair oğlun da var. Bu oğlunun adı Eldar, soyu Həsənlidi. Ulu Azərbaycanım, gör şair oğlun sənə nə deyir. İcazə ver, onun nə dediyini bir oxucu kimi mən deyim. Eləsə, deyim dəyərli oxucularımız da bilsin. Sovet dönəmində, lap dəqiqi 1978-ci ildə o vaxtın qəzetlərinin birində ( dəqiq adı və tarixi yadımda deyil) Eldar Həsənli adlı gənc şairin iri həcmili "Azərbaycanlıyam" adlı bir şeirini oxumuşdum.Şeir öz lakonikliyi və oxunaqlığı ilə yaddaşımda silinməz iz buraxmışdı.
İstər bu günümüzdə , istərsədə çox- çox bundan əvvəl onlarla şair, nasir ,elm adamları Azərbaycan və Azərbayçılıq haqqında saysız bədii və elmi əsərlər yazmışlar. Təbii ki, bu əsərlərin hamsı eyni ölçüdə, eyni səviyyədə olmayıb.Və bunu da anlaşıqlı qarşılamaq lazımdır. Yazan qələmlər eyni olsa da, düşünən beyinlər, olan istedadlar tamam fərqlidilər. Məhz elə həyatın gözəlliyi də bu fərqlilikdə, az, çoxluqdadır. Belə olmasaydı həyat tam yeknəsək,cansıxıcı və maraqsız olardı.
Azərbaycana və Azərbayçançılığa həsr olunmuş əsərlərdən biri də istedadlı şair Eldar Həsənlinin "Azərbaycanlıyam!" adlı 101 misradan ibarət lirik- fəlsəfi poemasıdır. Poemanın qəhramanı azərbaycan məkanı və azərbaycan insanıdır. Lokamativi isə ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki,Azərbaycanlıyam!" məşhur deyimidir.
Şair elə poemanın ilk misralarındaca öxucularına kimliyi haqqında müfəssəl məlumat verir. Eldar Həsənli qəti olaraq məndən kimliyimi, haralı olmağımı, hansı sənətin sahibi olduğumu, hansı vəzifəni daşıdığımı soruşman deyir. Mən canımla, qanımla bu Vətənin bir əskəri kimi onun keşiyindəyəm. Qədim və şanlı tarixi olan yurdumun keçmişini bu gün kar və kor dünyaya çatdırmaq üçün bələdçilik edirəm. Müəllif bütün qəzəbi, kədəri, qəmi ilə hayqıraraq deyir ki, mən zaman- zaman torpaqları parım- parça edilmiş, elindən- obasından qovulmuş, qaçqına, köçkünə çevrilib çadırlarda, dəmir vaqonlarda yaşayan, torpağı qanla suvarılıb, qan qoxuyan Azərbaycanlı olduğunu xatırladır. Və bu Vətənin tarixi keçmişini, qonaqpərvərliyini bilməyənlərə bildirir. Bu qonaqpərvərlikdən və başımıza gətirilən müsübətlərdən söz açır.
Tarix boyu Azərbaycan yadelli işğalçıların hücumlarına, basğılarına məruz qalıb.Amma mərd oğullar hamsının burnunu ovub geri qaytarıb, çox cahangirlərin dizini büküb, belini qırıb.Azərbaycan od olub. Bu odda qızınmaq, isinmək üçün çox- çox uzaqlardan insanlar gəlib. Gələnlərə öz balası kimi qucaq açıb, ürək qızdırıb, acları tox, evsizləri ev eləyib. Beləcə yaxşı əməllər sahibi olub.Heç bir yadın qarşısında əyilməyib, sınmayıb. Mərd olub, mərd yaşayıb.
Azərbaycanın keçmişindən bu gününə bələdçilik edən şair bir anlıq qələmini saxlayır və bu günümüzə qayıdır.Zaman- zaman torpaqlarımızı qarış-qarış ələ keçirən mənfur qonşularımız xx əsrin sonlarında daha da quduzlaşaraq əzəli və əbədi torpaqlarımız olan İrəvandan, Zəngəzurdan,Göyçədən,Dərələyəzdən və başqa yerlərdən insanları qovdular, Dağlıq Qarabağa sahib olmaq üçün xarici havadarlarının köməyi ilə oranı işğal etdilər, dinc sakinlərini qırıb çatdılar, insanlıq tarixində görünməmiş vəhşilik edib Xocalıda qətiam törətdilər. Minlərlə qocanı, qadını, uşağı öldürdülər, əsir götürdülər. İnsanlar qaçqın, köçkün oldu. Bununla kifayətlənməyən düşmən min illərlə yaşı olan tarixi abidələrimizi, ata-baba qəbristanlıqlarımızı, ziyarətkahlarımızı dağıdıb tar-mar etdilər. Kar və kor olan dünya susdu. Bütün bu olayları şair ürək ağrısı ilə belə təsvir edir:
Soyuq bir qış gecəsi insanları kəsirdi,
Xocalı tapdalandı, deyən yoxdu nə sirdi?
Yağıların əlində Xanqızımız əsirdi,
Şuşa deyə sinəsi, çalın- çarpaz dağlıyam-
Azərbaycanlıyam!
Bu ağrılı, sızıltılı misralardan sonra şair yenidən yaxın tarlxə qayıdır. Qəbim və füsünkar Şamaxıdan, onun bəşəriyyətə verdiyi dahilərdən- Seyid Əzimdən, sərkardan,miskin bir həyat keçirib sonda öldüsü- qaldısı məlum olmayan Hadidən, böyük Xəqanidən və onun doğulduğu axarlı- baxarlı Məlhəm kəndindən söhbət açır,öz kəskin satirası ilə yaşadıqca yaşayacaq Sabiri qürurla xatırlayır, özünü böyük özbək sərkərdəsi Əmir Teymur sayağı qılınclı,qalxanlı Azərbaycanlıya bənzədir.
Laçının, Gəlbəcərin, Gədəbəyin, Göygölün gözəlliyi şairin qələmində sanki rəssam fırçasına çevrilir, oxucunun gözləri qarşısında sıldırım qayalar, yaşıl meşələr, qayaların zirvəsində qıy vuran qartallar, qayalardan alpinist kimi sallanan şəlalələr, durna gözlü bulaqlar, vahiməli qaranlıq dərələr, bənövşəli, nərgizli, laləli talalar canlanır. Burda şair haralı olduğuğu ilə yox. Azərbaycanlı olduğu ilə fəxr edir, qürur duyur.
Eldar Həsənli söz adamı olduğuna görə sözün böyüklüyünü bilir və ona böyük də dəyər verir. Dünya ədəbiyyatının söz nəhəngi olan Füzulidən danışmaq gücündə olmadığını səmimi şəkildə etiraf edir. Böyük ürək genişliyi ilə onun hər sözünün ləl, gövhər olduğunu deyir.
Qədim Naxçıvan torpağı əsrlərin sınağından üzü ağ, alnı açıq çıxıb, düşmənə,yada baş əyməyib, diz çökməyib. Ərlər, ərənlər yetirib, qala səngərlər qurub. Yenilməz qəhramanlar, şairlər, yazıçılar, alimlər, dünya şöhrətli siyasi xadimlər yetirib.H.Əliyev,Y. Məmmədəliyev, C.Məmmədquluzadə,H. Cavid. M.S.Ordubadi və s. kimi şəxsiyyətlər bu torpağın övladlarıdı. Bu yerdə şair qürurla deyir:
Dünyanın yaddaşına, qərinələr bəxş edib,
Mirzə Cəlil soraqlı dəfinələr bəxş edib,
Hüseyin Cavid adlı xəzinələr bəxş edib,
Mən qədim Ordubadlıyam, qədim Naxçıvanlıyam,
Azərbaycanlıyam!
xx əsrin əvvəllərində Çar Rusiyasında bir qabarma, çəkilmə oldu. illərlə Rusiyanın müstəmləkəsi olan millətlərdən çoxsu milli azadlıq hərəkatı mübarizəsi ilə öz müstəqilliklərini elan etdilər.Bunlardan biri də Azərbaycan oldu. Azərbaycanda Demokratik Cümuhiriyyət quruldu. Bu Şərqdə ilk Demokratik Respublka idi.Bundan sevinib ruhlanan şair Əhməd Cavad məşhur "Azərbaycan" şeirini yazdı. Gələcəkdə Azərbaycan musiqisinin Allahı sayılacaq Üzeyir Hacıbəyli Ə. Cavadın şeirinə musiqi yazdı. Cümhüryyət bunu mıhtəşəm bir himn kimi qəbul etdi.
Əhmət Cavadın sözü, çiçəklərə bələndi,
Üzeyrin dilində necə də nəqmələndi?!
Şəmkir adı çəkdiniz,ruhum lap təzələndi,
Bu istəkdən, sevgidən bir az həyacanlıyam-
Azərbaycanlıyam!
Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Torpağın altı da, üstü də zənginlik içərisindədir. Bu zənginliyi torpağın hər qarışında görmək olar. Bu gün düşmən əsirliyində olan Kəlbəcər rayonu başdan- başa zər- zinət məskənidir. Yazıqlar olsun ki, 22 ildən çoxdur ki, mənfur qonşularımız bu torpağın sərvətlərini amansızlıqla talayıb xaricə satırlar. Sərvəti, imkanı bol olan Azərbaycanın Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam və başqa torpaqları xristian təsübkeşliyi ucbatından işğal altındadır.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan heç vaxt, heç bir millətin torpağına hücum edib onu işğal etməyib, qonşuları ilə hər zaman dost olub, sülh şəraitində yaşayıb, lazım gələndə kömək əlini onlara uzadıb. Şair aşağıdakı misraları ilə bunu belə təsvir edir:
Təkcə onun özüydü sütunumuz, arxamız,
Fəxr edirəm,- söylədi, ulu öndər atamız!
Heç bir xalqa, millətə toxunmayıb xatamız.
Qaçaq Kərəm dolanan. gəzən Dilcanlıyam-
Azərbaycanlıyam!
Eldar Həsənli sanki Azərbaycanı səyahətə çıxıb, səyyah kimi torpaqlarımızı qarış- qarış gəzir, oraların ecazkar, bənzərsiz gözəlliyini, tarixi şəxsiyyətlərini, yazıb- yaradan, tarixdə iz qoyan insanlarını nəzmə çəkməklə qürur duyur. Bu torpaq dünya ədəbiyyatına Şeyx Nizami kimi dühanı bəxş edib, Məshəti burda yazıb- yaradıb, Cavad xan elinin- obasının müdafiəçisi olub, rus ordüsuna, onun qan içən Sisiyanovuna qarşı vuruşub qanından, canından keçib.
Azərbaycan xalqının ən qədim yazılı abidəsi olan "Kitabi Dədə Qorqud" dastanınının surətləri olan ulu babamız Qorqudu, Qazanxanı, Beyrəyi yenidən obrazlaşdırır. dədəmiz Qorqudun dünyayla yaşıd olduğunu xatırladır. Şair bunu elə-belə demir,tarixi fakta əsaslanır. Dünyanın dördüncü insan məskanı olan Azıx mağarası Azərbaycandadır.Çox təəssüf ki, bir çox torpaqlarımız ermənilərin əlində olduğu kimi qədim insan məskəni olan Azıx mağarası da ermənilərdədir. Onlar Sovet dönəmində də, sonralar da burda arxoloji qazıntılar aparıb misilsiz abidəni özlərinkiləşdirmək istəyiblər.Amma tarix yalan götürmür deyiblər.Bunun mümkünsüzlüyünü görən ermənilər vəhşiliyə əl atdılar. Mağaradakı tarixi izləri pozmağa və mağaradan zibilxana kimi istifadə etməyə başladılar.Mağaradakı acınacaqlı vəziyyəti ATV kanalı tamaşaçılara göstərdi.
Bu gün dünyanın Avropa birliyi adlanan hegemon bir iqtisadi birliyi var. Bu birlik Avropa ölkələrini özündə birləşdirib bir-birinə əl tutur, yardım edirlər. Hətta tədavüldəki pulları da birdi. İllərdi bizim şairlər, alimlər, siyasilər ümumi türk birliyinin vacibliyini önə çəkib onu təbliğ edirlər.Torpaqlaşıb, daşlaşan Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə belə şəxsiyyətlərdən olublar.
Zaman- zaman çoxları karvanıma hürüyüb,
Yuxusunda leşimi, cəsədimi sürüyüb,
Günəş kimi Ələskər aləmləri bürüyüb,
Şair Həsən Xəyali, bir də Təcnis Alıyam-
Azərbaycanlıyam!
deyəndə göz önünə axarlı- baxarlı, saz-söz yurdu qədim Göyçə mahalı və onun Alısı, Ələskəri gəlir.Bu gün qədim Göyçə yadlar əlində göyüm- göyüm sızlayır, inləyir.Min illər bu torpaqda uyuyanların ruhları oyanıb rahatlana bilmir.Vaxtiylə hadisələrin başlanqıcında xalq şairi Hüseyin Arif üzünü Göyçəlilərə tutub bir şeirində deyirdi; "Göyçəlilər, dağılman Göyçədən". Göyçəlilər Göyçəni öz xoşları, istəkləri ilə tərk etmədilər. O vaxt hakimiyyətdə olan mərkəzin əli-qolu bağlı qulu olan, kürsü hərislərinin səriştəsizliyindən, kütlüyündən tərk olundu Göyçə.
Eldar Həsənli bir Azərbaycanlı olaraq hər bir vətəndaşının,soydaşının uğurundan qürur düyur, sevinir və bu uğuru, sevinci poeziya dili ilə oxuculara çatdırır. Onun aşağdakı misraları buna misal ola bilər:
Mehirban Əliyeva xalqın iftixarıdı,
Ağlıyla, zəkasıyla bu Vətənin barıdı,
Dünyanın iqlimləri doğmaca diyarıdı,
Onun sayəsində mən şöhrətliyəm, şanlıyam-
Azərbaycanlıyam!
Şairə görə dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycanlı elə Azərbaycanlıdı. Bu yaxınlarda dünyasını dəyişmiş dünya şöhrətli cərrah, alim ədəbiyyat tədqiqatçı Cavad Heyəti şair belə təsvir edir:
Alim Cavad Heyətin əmanəti bizdədi,
Məzarı Bakımızda, beşiyi Təbrizdədi,
Taleyimiz, bəxtimiz sanma əlimizdədi,
Zəmanəyə nə əmir, nə də əmirxanlıyam-
Azərbaycanlıyam!
Həyar sübut edib ki, keçmişini unudan kimliyini unudur. Zatən bu günə kimi başımıza gələnlərin hamsı da yaddaşsızlığımızdan, unutqanlığımızdan başımıza gəlib.Zaman- zaman qonşularımızı gətirib evimizin yuxarı başına keçirmişik, süfrəmizin ləziz yeməklərini onlara yedirtmişik. Bunun müqabilində isə onlar bizə arxa çevirmiş, torpaqlarımızı, milli xörəklərimizi, musiqimizi, tarixi abidələrimizi belə özününkü kimi təbliğ etmiş, kimliyimizə kölgə salmışlar. Amma biz buna göz yumub təbliğatını aparıb kim olduğumuzu sübut etməmişik. Nə yaxşı ki, tarixci alimlərimiz tarixi araşdırmalar aparmış həqiqəti üzə çıxarmışlar. Şair kimliyimizi aşağdakı misralarla belə təsvir edir:
Alim Yaqub Mahmudov xalqla durub bir qoşa,
Şah İsmayıl Xətai, yaşa səni, min yaşa!
Tarixlərə həkk olub, Mustafa Kamal Paşa,
Bəli, babam türk olub, mən də elə qanlıyam-
Azərbaycanlıyam!
Poemanı şair belə tamamlayır:
Ürəkdən süzülməsə əsla yazan deyiləm,
Haqqa ehtiramım var, haqqı yozan deyiləm,
Mən bu andı,peymanı,vallah, pozan deyiləm,
Ağrıdağ sevgilimdi, mən ona nişanlıyam-
Azərbaycanlıya!
O gün olsun bütün torpaqlarımız ürəyimizin təpəri, qolumuzun gücü ilə geri qaytarılsın və biz dədə- baba torpaqlarımızda toy- busat quraq.
Məhərrəm Şəmkirli.