Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

DOĞULUŞUN MÜBARƏK, ELXAN MƏMMƏDLİ!

 

 

Xeberinfo.com:   Elxan Məmmədli adlı ruh adamının şərəfli bir yubiley yaşının astanasında olduğunu lap bugünlərdə öyrəndim. Düzü, məni onun neçə yaşının olması o qədər də maraqlandırmır, çünki ən əvvəl insanın keyfiyyətidir məni ilgiləndirən. Adam var, 80-i, 90-ı adlayıb, amma dünyaya necə gəlib, necə yaşayıb, vətəninə, millətinə, el-obasına hansı faydanı verib, deyə sual etsən, barmağını qatlamağa bir xeyirxah əməlini tapa bilməzsən. Çünki keyfiyyətsiz adamdır, əqidəsi, amalı bir qara qəpiyə dəyməz. Beləsini görəndə gözünü qaçırırsan ki, birdən gözün gözünə sataşar...

Adam da var, adı çəkiləndə çöhrəmizə təbəssüm qonur, gözlərimiz qarşısında boyundan asılı olmayaraq, bir boy ağacı pöhrələnib budaqlanır, əzəmətlə ətrafına boylanır... Kölgəsini səxavətlə paylayanlardandı bu cür adamlar.  Onlarla qarşılaşanda salam verməyi, əlini sıxmağı özünə borc bilirsən, hətta bu sayğıdan qürurlanırsan da!...

Elxan Məmmədli ikinci qisim kimsələrdəndi ki, ağır-ağayana yerişi-duruşu, salğarlı-səbatlı danışığı, doğruluğu-dürüstlüyü ilə hər kəsə nümunə, örnək ola biləcək halaldan-halal bir ömür yaşayıb. 15-20 il qabaq onu necə görmüş, necə tanımışamsa, bu gün də həmin xislətdə, həmin sanbalda, həmin insanlıq pilləsində qərarlaşıb. Yolunu həmişə düz gedib: hər cür pisliklərdən, xəbisliklərdən uzaq, müdrik, nurani-pirani bir dərviş ömrünü davam etdirməkdədir. Yorulub-usandığını görmədim əsla! Yaxşılıqdan, halallıqdan usanılarmı heç?! Çünki bu cür Tanrı övladları yalnız xeyirxahlıq missiyasını həyata keçirmək üçün göndəriliblər Yer üzünə. Həmişə... kimə görəsə narahat, nigaran, sevgili, sayğılı... – belə bir missiyanın daşıyıcısıdır bizim Elxan Məmmədli! Dəyərli və həm də dəyər verəndir, çünki dəyərin nə olduğunu yaxşı bilir. Dilindən bal kimi süzülən “bacı” kəlməsini hər eşidəndə, əsil Türk kişisinin ləyaqət timsalına sarılmağım gəlir. Təpədən-dırnağacan Türk oğlu Türk, Adam oğlu Adamdır Elxan Məmmədli... Adamlığına, Türklüyünə min alqış, qardaşım!!!

Elxan müəllim ruhumca şairdir! Elxan müəllim çox böyük tədqiqatçıdır! Elxan müəllim gözəl musiqi bilicisidir! Aşıq-ozan sənətinin son dövrlərdə bəlkə də barmaqla sayıla biləcək arif bilicisi! Aparıcılığı təkcə televiziya verilişləri ilə ölçülməz onun... Aparıcılığını birgə səfər yolçuluğumuzda da aydınca gördüm, neçə illər ərzində birgə yürüdüyümüz Haqq yolu yolçuluğunda da! Borçalı vurğunu – Haqq dəlisidir Elxan Məmmədli! Dəliliyi mübarək Elxan qardaşımın! Adında əzəmət, yerişində əzəmət, yaşadığı ömür payında özü boyda əzəmət daşıyan kişi! DOĞULUŞUN MÜBARƏK!   

 

 

Sayğılarımla: Qiymət Məhərrəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam