Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cənnət nisbi anlayışdır

       

 

         Azərbaycan kimlər üçün cənnətdir?!

     

 

       "xeberinfo.com": Vaxt vardı dünyanın çox nəhənk bir ölkəsi və bu ölkənin də bir Baş katibi vardı.Baş katib Leonid İlic Brejnev idi.Bu L.İ .Brelnev tez-tez olmasa da ara-sıra ölkəmizə və onun zəhmətkeş adamlarına keçici qırmızı bayraqdan,ordendən vermək üçün məmləkətimizə gələrdi.hər dəfə də gələndə bizim ölkə və onun tər töküb böyük əmək uğurları  əldə edən adamları  haqqında  gözəl kəlamlar işlədərdi.Bu kəlamlar da şüar olub küçələrimizin.idarələrimizin,evlərimizin divarlarını bəzəyərdi.Xeyir-şər məclislərimizin ilk və son sözü olardı."Azərbaycanda yaşamaq və işləmək gözəldir" kəlamı dillər əzbəri idi.

       Deyirəm,gorun çatlasın,a yoldaş Leonid  müəllim,bəlkə də o vaxtlar sənin dediklərində bir balaca həqiqət vardı.Amma indi and olsun o bir olan Allahın adına,Azərbaycanda yaşamaq da,işləmək d' çətindir.Bir sözlə it əzabıdır.Əvvala ,məmurların dediyi qədər iş yeri yoxdur,olan yerlərdə də maaşlar çox aşağıdır.Evsiz-eşiksiz köpək oğlu da bu maaşla neçə yüz il yaşayşb pul yığmalıdır ki,50-60 min manata ev alıb yaşasın.

    Stasitka idarəsi məlumat verir ki,bəs deməzsənmi ölkəmizin 9 milyon neçə minsə əhalisi var.Mən inanmıram.Bu,ağ yalandır.Əhalinin çoxsu işsizlikdən,dolanışıqsızlıqdan,haqsızlıqdan tərki-vətən olub səpələniblər dünyanın dörd tərəfinə.Nə vətənlərində ölən doğmalarından,nə də qalan dirilərindən xəbərləri var.Tamam yadlaşıblar.

      Leonid müəllim dövlət rəhbəriydi,müstəmləkəsi olan bir ölkəni tətifləməli idi ki,xalqı yerli hökumətin köməyi ilə daha çox istismar etsin.

     Bəs nə düşmüşdü xalq şairi Süleyman Rüstəmə ki,cənnət olmayan bir yeri cənnətə bənzədirdi.Məncə bu gün dünyanın heç bir yeri cənnət deyil.Cənnət bir yer olub,o da Həvva nənəmizin nəfsi ucbatından əlimizdən çıxıb.

     Bilənlər bilir,bilməyənlərə  də (onsuz da indiki azərbaycanlılar TV-lərdə yayımlanan "Meyxana", "Toylar kralı","Adam içində","Ümid var" və s.verilişlərindən başqa bir şey bilmirlər) bildirim ki,adını çəkdiyim bu xalq şairi Leonud müəllimin vaxtında daha çox tanınıb.Özü də günün şairi kimi.Ona görə ki,Süleyman müəllim MK-nın plenumu keçirilirdi ona,partiyanın qurultayı keçirilirdi ona möhtəşəm iri bir şeir həsr edirdi.Bir sözlə,kişi günün nəbzini tutmağı bacarırdı.Partiyaya,hökumətə,yubleylərə həsr etdiyi şeirlər də partiya qəzetlərinin birinci səhifələrini bəzəyirdi.   

    Neçə ki,mövzudan uzaqlaşmamışam,onu deyim ki,Süleyman müəllimin o vaxt dillər əzbəri olan "Cənnət görmək istəyən Azərbaycana gəlsin"şeirinə yekə bir mahnı da bəstələnmişdi.

    Bu yazıda S.Rüstəmin bu şeri ilə bağlı çoxları üçün məlum olmayan bir faktı da yazmasam olmaz.   

    Sovet dönəmində müttəfiq respublikalar arasında gözəl bir ənənə formalaşmışdı.Hər il bir respublikanın başqa bir respublikada ədəbiyyat və incəsənət günləri (7-10 gün)keçirilərdi.Səhv etmirəmsə,1979-cu ildə ölkəmizdə qardaş Özbəkistanın ədəbiyyat və incəsənət günləri keçirilirdi."Qardaş" sözünü bu gün türk respublikaları haqqında deyəndə adam bir utancaqlıq hissi keçirir.Çünki bu gün türk soylu respublikalar bir-birindən çox uzaqlaşıblar.Bu başqa bir yazının mövzusu olsa da ,onu burda deməməkdən özümü saxlaya bilmədim.

   Çox yüksək səviyyədə keçirilən günlərə qabaqcadan uzun müddətli hazırlıq görülürdü.Nəşiryyatlar qardaş xalqın ədəbiyyatından olunmuç tərcümələri kitab şəkilində buraxırdılar.Bu kitablardan biri də İbrahim Qafurovun "Sözün işığı"adlı kitabıdır.Bir neçə il bundan qabaq kitab dolabımı qaydaya salırdım.Həmin balaca kitab əlimə keçdi.Vərəqlədim.kitab xx əsrin özbək ədəbiyyatı haqqında müəllifin düşüncələridir.Müəllif "Məhəbbət" bölümündə Mirtemir adlı şairin həmişə həyatla həmahəng olan,həyatın nəşəsindən,fərəhindən doğan nəğmələrindən söhbət açır.Bu nəğmələrdən biri belə başlayır:

                

                   Hörmət görmək istəyirsən,qonaq gəl,

                   Sərvət görmək istəyirsən,qonaq gəl.

                   Gəl,mübarək qədəminə can qurban,

                   Cənnət görmək istəyirsən,qonaq gəl!

    

     Nə dəyərli oxucu,belə məlum olur ki,əsil cənnət Özbəkistanda olub.Və onu da Mirtemir əkə müsafirlərə xəbər verib.Bizim Süleyman müəllim də Özbəkistanda olan "hörməti","sərvəti","cənnəti" Azərbaycana pərçimləyib.

     Elə Leonid müəllimin vaxtında da,bu gün Putin cənablarının  dövründə də Azərbaycan kişisi Rusiyada idi,Rusiyadadır.

   S.Rüstəm Azərbaycana "cənnət" deyirdi.Düzdür şair üçün Azərbaycan cənnət idi.Bəlkə cənnətdən də artıq idi.Sanki şair konveyer idi,dayanmadan şeir buraxırdı.Hamsı da partiyaya,onun rəhbərlərinə həsr olunurdu.Bunun müqabilində şair yüksək adlar və çoxlu pul-para alırdı.Sadə xalq isə çəkdiyi ağır zəhmətin müqabilində cüzi maaş alırdı.İstər o vaxt,istərsə də bu gün Azərbaycan sadə xalq üçün cənnət olmayıb,olmayacaq.O adamlar üçün Azərbaycan cənnətdir ki,Azərbaycanın bütün  güşələrini özəlləşdiriblər.Evlərinə pul sayla yox,çəkiylə gəlir.Qanun onlar üçün çürük qoz da deyil.

              

 

 

       Məhərrəm Şəmkirli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam