Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İngiltərə xarici işlər naziridən Trampa cavab: “Onun açıqlamaları ölkəmə və baş nazirə...”

İngiltərə xarici işlər naziri Ceremi Hant ABŞ prezidenti Donald Trampın İngiltərəyə və İngiltərənin baş naziri Tereza Meyə “hörmətsizcəsinə” davrandığını bildirib.

Yenixeber.org:  Ceremi Hantın açıqlamaları D.Trampın mediaya sızan yazışmalarının ardınca, onun İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçu “çox axmaq biri” adlandırmasından sonra verilib.

Səfir Darroç mediaya sızan yazışmalarında Ağ Evin bölünmüş quruluşuna diqqət çəkirdi. Yazışmalarda Darroç “bu hakimiyyətin ciddi şəkildə normallaşacağına, funksionallığın azalacağına, daha az qeyri-müəyyən və diplomatik mənada daha az bacarıqsız olacağına çox da inanmırıq” demişdi.

Tramp dünən baş nazir Mey haqqında deyib: "Tereza Meyə Breksit anlaşmasını necə həyata keçirə biləcəyini dedim, amma o, özünün axmaq yolunu seçdi, bacara bilmədi”.

BBC-nin siyasət bölməsinin rəhbəri Laura Kuenssberq isə bildirib ki, söz davası İngiltərə və Amerika arasındakı münasibətlərin “həssaslığını” növbəti dəfə yada salıb.

İngiltərənin ticarət naziri Liam Foksun ABŞ ticarət naziri Vilbur Ross ilə öncədən planlaşdırılan görüşləri çərşənbə axşamı günü ləğv edilib.

Ölkəsində baş nazir postuna namizəd olan Hant Trampın son açıqlamalarına Tvitter vasitəsilə cavab verib: "Dostlar açıq danışır, mən də elə edəcəm. Bu şərhlər ölkəmə və baş nazirimizə hörmətsizlik, haqsızlıqdır. Diplomatlarınız xarici işlər naziri Mayk Pompeoya şəxsi fikirlərini necə təqdim edirlərsə, bizimkilər də elə!”

Hant bu ayın sonunda partiyasının lideri olub, baş nazir olacağı halda səfir Darroçu ilin sonuna, təqaüdə çıxana qədər vəzifəsində saxlayacağını da deyib.

Musavat.com xatırladır ki, Tramp qalmaqala səbəb olan tvitində aşağıdakıları yazıb: “İngiltərənin Amerikaya məcburən yolladığı başı qaçmış səfir üçün bizim də ürəyimiz getmir. Çünki çox axmaq bir adamdır. Səfir Breksit müddətinin nə qədər pis davam etdirildiyi məsələsinə əsəbiləşmək yerinə, baş nazir Mey ilə öz ölkəsi və uğursuz müzakirələri haqqında danışmalıdır. Bu anlaşmanın necə həyata keçiriləcəyini Meyə dedim. Amma o, öz axmaq yolu ilə getdi və buna nail olmadı. Tam bir fəlakətdir. Səfiri tanımıram. Mənə onun özündən razı bir axmaq olduğu deyildi. Ona Amerikanın dünyanın hər yerində ən yaxşı iqtisadiyyat və əsgərlərə sahib olduğunu, hər keçən gün daha da böyüyüb gücləndiyini deyin!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam