Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

İran atom bombasını harda düzəldə bilər?

 

con kerri

       ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramından və bu məsələ ilə bağlı Tehranla aparılan müzakirələrdən danışıb.

        "Xeberinfo.com": “Media forum” saytının məlumatına görə, İranın nüvə silahına yiyələnmək gücündə olduğunu bildirən Con Kerri deyib ki, aparılan danışıqlarda məqsəd bunun qarşısını almaqdır: “Elə etməliyik ki, İran nüvə silahı istehsal etmək fikrinə düşsə, Vaşinqtonun bunun qarşısını almaq üçün ən azı bir il vaxtı olsun”.

Daha sonra Kerri İranın atom bombasını harda düzəldə biləcəyindən də söz açıb. Onun sözlərinə görə, İran atom bombasını bu təsisatlarda istehsal edə bilər: dağlıq zonada gizlədilmiş və məxfi fəaliyyət göstərən “Fordu” nüvə təsisatı; aşkar fəaliyyət göstərən və uranı zənginləşdirməklə məşğul olan “Nətənz” təsisatı; Ərakdakı ağır su reaktoru. ABŞ dövlət katibinin fikrincə, İranın atom bombasına başqa gizli fəaliyyət nəticəsində yiyələnməsi də mümkündür.

Con Kerri vurğulayıb ki, ABŞ İrana nüvə silahına yiyələnmək imkanı verən bütün yolları kəsmək öhdəliyi götürüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam