Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Biz danışıqlar prosesinə son qoyacayıq"

 

Tehran nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün “çətin qərarlar” qəbul etməkdə özündə güc tapmasa “altılıq” İranla dialoqa son qoyacaq.

"Xeberinfo.com":  Məlumata görə, ABŞ dövlət katibi Con Kerri belə deyib

 

Con Kerrinin çıxışı Tehranla danışıqlarda növbəti dəfə müəyyən edilmiş müddət ərzində nəticə əlbə olunmayacağının müəyyənləşməsindən sonraya təsadüf edir və dövlət katibi danışıqlar başlayandan ilk dəfədir ki, məyusluğunu ictimai şəkildə ifadə edir.
“Biz qərarın qəbul olunmasının sonsuzluğa kimi gözləyə bilmərik. əgər çətin qərar qəbul olunmasa, biz danışıqlar prosesinə son qoyacayıq” – deyə dövlət katibi bildirib.
Kerri və danışıqların digər Qərb tərəfdarlarının dediyinə görə, İran hələ də özünün nüvə proqramını dayandırmaqla bağlı siyasi qərar verməyib. Tehran qərb ölkələrini qınayır ki, onlar nüvə proqramının miqyası ilə bağlı əvvəlcədən qəbul olunmuş razılığa əməl etmirlər. 
Hazırki danışıqlar iki həftə öncədən başlayıb və artıq iki dəfə uzadılıb. Yekun razılıq əldə olunmadığına görə, görünən odur ki, tərəflər 3 ay öncəki Cenevrə çərçivə razılaşmasının müddətini artırmalı olacaqlar.
İranın xarici işlər nazirinin müavini Abbas Araxçı bildirib ki, həlli tapmayan bir neçə məsələ, o cümlədən İran atom obyektləri müfəttişlərinin MAQATE ilə əməkdaşlıq qrafiki və Amerika və Avropa sanksiyalarının Tehrandan götürülmə qrafiki kimi məsələlər qalır ("Azadlıq" radiosu).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam