Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

ABŞ-la İran növbəti danışıqlara başlayıb

 

ABŞ-la İran Isveçrənin Montre şəhərində Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa ediblər.
"Xeberinfo.com":  Məlumata görə, Danışıqlarda ABŞ Dövlət katibi John Kerri və İranın xarici işlər naziri Mohammad Javad Zarif iştirak edir.
İsrailin baş naziri Benjamin Netanyahu bundan bir qədər əvvəl Vaşinqtonda xəbərdarlıq edib ki, İranın nüvə proqramının dayandırılması ilə bağlı Tehranla razılaşma əksinə onun nüvə silahı düzəltməsinə yol aça bilər.
ABŞ prezidenti Barack Obama isə ona cavab olaraq Netanyahunun elə bir real alternativ göstərmədiyini bildirib.
Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
Tehranla danışıqlarda ABŞ,Rusiya,Çin,Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.
Tərəflər iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər.
Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərədə tutulur. /”Azadlıq” radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam