Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qərb Navalnının ölümünə görə hərəkətə keçir

 

ABŞ rusiyalı müxalif lider Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

“Artıq sanksiyalarımız var, lakin biz əlavə sanksiyaların mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib.

Eyni zamanda, Bayden bu hadisənin Konqresin respublikaçı nümayəndlərinin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarına təsir edəcəyinə ümid etdiyini vurğulayıb.

Almaniya da Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edəcək. Almaniya xarici işlər naziri Annalena Berbok Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da iştirak etdiyi Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündən əvvəl belə bir bəyanatla çıxış edib.

“Rusiya prezidenti Ukraynaya qarşı etdiyi vəhşiliyi öz ölkəsinin azadlığına qarşı da edir. Aleksey Navalnının ölümü bizi təkcə narahat etmir, biz həm də yeni sanksiyalara başlayacağıq”, - Berbok bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam