Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Şimali Koreyadan dünyaya MESAJ -Rusiya ilə münasibətlərimizi...

Şimali Koreya lideri Rusiyanın köməyinə ümid edir - BBC News Azərbaycanca

 

Şimali Koreya Rusiya ilə dostluq münasibətlərinin daha da inkişaf edəcəyini açıqlayıb və ABŞ-ı “bu vəziyyətə öyrəşməyə” çağırıb.

Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, Pxenyan administrasiyası ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyaya səfəri zamanı verdiyi açıqlamalara cavab verib. Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinkenin Şimali Koreya-Rusiya əlaqələrinin inkişafı ilə bağlı "narahatlığını" ifadə etdiyi və iki ölkəyə qarşı "əlavə sanksiyalar"dan danışdığı xatırladılıb. 

Əlavə edilib ki, ABŞ rəhbərliyi müstəqil suveren dövlətlər arasında münasibətlərin inkişafına xəstəlik dərəcəsində kin bəsləyir.

Açıqlamada Blinkenin “məsuliyyətsiz və təxribatçı” açıqlamalarının ABŞ-ın narahatlığını azaltmaq əvəzinə Koreya yarımadası və regionda təhlükəli siyasi və hərbi gərginliyi artırdığı qeyd edilib. ABŞ-ın suveren dövlət olan Şimali Koreyanın Rusiya ilə əlaqələri ilə bağlı narahatlığını aradan qaldırmağın tək yolu İki ölkəyə qarşı düşmənçilik siyasəti və soyuq müharibə zehniyyətindən əl çəkərək siyasi təxribatlara son qoymaqdır. 

Şimali Koreyanın digər dövlətlərlə əlaqələrinin əhəmiyyətinə toxunulan bəyanatda “Şimali Koreya, Rusiya Federasiyası, Çin Xalq Respublikası və digər müstəqil suveren dövlətlər arasında bərabər və qarşılıqlı əməkdaşlıq sülh və sabitliyin qorunmasında çox mühüm rol oynayır”, - deyilib. 

ABŞ-ın beynəlxalq ictimaiyyətin həmrəyliyi və birliyini lazımınca qiymətləndirməməsinin indiki “yazıq” xarici siyasətinin uğursuzluğunun əsas səbəbi olduğu iddia edilən bəyanatda deyilir: “Başqaları nə desə də, Şimali Koreya ilə Rusiya arasındakı münasibətlər müstəqillik, sülh və dostluq yolunda getdikcə möhkəmlənəcək, müstəqil və suveren dövlətlər bunun üçün ABŞ ilə əməkdaşlıq edəcəklər”. 

Bəyanatda vurğulanıb ki, “ABŞ Şimali Koreya-Rusiya münasibətlərinin yeni reallığına öyrəşməlidir”.

Xatırladaq ki, siyasi təmaslar üçün Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Antoni Blinken “Şimali Koreya Ukraynaya təcavüzünü davam etdirmək üçün Rusiyaya hərbi texnika verir, Rusiya isə Şimali Koreyaya hərbi proqramları üçün texnologiya və dəstək verir. Əsl narahatlıq da budur. Çinin Şimali Koreyanı məsuliyyətsiz və təhlükəli davranışdan xilas etmək üçün konstruktiv rol oynamasını gözləyirik" demişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam