Yenixeber.org: BMT təhsil, elm və mədəniyyət təşkilatı UNESCO-nun baş direktoru Odri Azulay ABŞ-nin təşkilata qayıdışının ümumi işlərə böyük töhfə verəcəyini bildirib.
“Bizim təşkilatın hazırda 194 üzvü var və qloballaşmaya doğru irəliləyir. İndi Amerika qayıtdığına görə UNESCO bütün dünyada təhsil, mədəniyyət, elm və mətbuat azadlığı üçün daha çox işlər görəcək” - Azulay deyib.
Ötən ayın sonunda keçirilən səsvermədə İran, Rusiya, Şimali Koreya, Çin və Suriya da daxil olmaqla cəmi 6 ölkə ABŞ-nin bu təşkilata qayıtmasının əleyhinə çıxıb. Amma üzv ölkələrin əksəriyyətinin müsbət qərarı qarşılığında bu ölkələrin müxalifliyi uğursuzluqla nəticələnib.
İyulun 10-da UNESCO-nun Əsas nizamnaməsini rəsmən qəbul edən ABŞ təşkilatın 194-cü üzv ölkəsi olub.
Ötən bazar günü UNESKO-nun baş direktoru Odri Azulay ilə telefon danışığı aparan ABŞ-nin Dövlət katyibi Entoni Blinken təşkilartın “Afrikada təhsil, Ukraynada irsin qorunması, Holokost abidəsi və mətbuat azadlığı” istiqamətindəki fəaliyyətlərini dəstəkləyəcəyini vəd edib.
Qeyd edək ki, ABŞ 2017-ci ilin oktyabrında Donald Trampın prezidentliyi dövründə UNESCO-nu tərk edib və qurumun davamlı anti-İsrail qərəzliliyini pisləyib. Bundan sonra 2018-ci ilin dekabrında İsrail də UUNESKO-dan çıxıb.
İranın etirazı nəticəsiz qaldı:ABŞ yenidən UNESCO-nun üzvü oldu
2017-ci ilin oktyabrında sonlarında mənzil-qərargahı Parisdə yerləşən UNESCO-dan çıxmış ABŞ-ın müraciəti əsasında bu ölkənin yenidən təşkilata qəbul edilməsi barədə qərar çıxarılıb.