Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İranda təmiz enerji istehsalı:tarixi rekord iddiasından anti-rekorda

İranın Energetika nazirliyi bu il 1350 MVt gücündə bərpa olunan elektrik stansiyasının yaradılmasını qarşıya məqsəd qoyub. Lakin ilin ilk iki ayında bu iddia cəmi 1% reallaşdırılıb.
Yenixeber.org: Dünyada bərpa olunan enerjinin vəziyyəti ilə bağlı son hesabata görə, Beynəlxalq Enerji agentliyi bu il bərpa olunan mənbələrdən 440 min meqavatlıq yeni elektrik stansiyalarının quraşdırılacağını açıqlayıb ki, bu da tarixi rekorddur.
Bu il dünyada təmiz bərpa olunan enerji istehsalının artım tempi ötən illə müqayisədə 107 min meqavat, 2019-cu ildəkindən isə demək olar ki, iki dəfə çox olacaq.
2060-cı ilə qədər istixana qazı emissiyalarını sıfıra endirməyi hədəfləyən Çin, keçən il dünyada bərpa olunan enerjinin ümumi artımında 49% paya sahib çıxıb. Bərpa olunan enerji istehsalı sahəsində bu il də Çinin 230 min meqavatlıq yeni elektrik stansiyalarını işə salmaqla dünya təmiz elektrik enerjisi istehsalının ümumi artımında 50%-dən çox paya malik olacağı, gələn il isə bu rəqəmi 250 min meqavata çatdıracağı gözlənilir.
İranın Energetika nazirliyinin statistikasına görə isə, ötən il 1350 meqavatlıq su elektrik və külək elektrik stansiyalarının işə salınması proqnozlaşdırılsa da, planın yalnız 8%-nin öhdəsindən gəlinib. Bu ilin ilk 2 ayında isə hədəfə cəmi 1% yaxınlaşmaq mümkün olub .
“BP” şirkətinin hesablamaları İranın ötən il istehsal etdiyi 348 teravatt saat elektrik enerjisinin yalnız 2 teravatt saatının külək və günəş elektrik stansiyalarının payına düşdüyündən xəbər verir. Başqa sözlə desək, İranın elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı cəmi 0,5% faiz təşkil edib.
Bu rəqəmlər tarixi rekord iddiasında olan İranın əslində anti-rekorda imza atdığını sübuta yetirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam