Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

"Apple" ABŞ ordusu ilə işləyən texnologiya şirkətini aldı

"Apple" şirkəti ABŞ-ın hərbi və Yaponiya oyun korporasiyası Nintendo ilə tərəfdaş olan AR startapı "Mira"nı satın alıb.
Yenixeber.org: Bu barədə “The Verge” məlumat yayıb. Sövdələşmənin məbləği açıqlanmasa da, "Mira"nın bazar dəyəri 17 milyon dollar qiymətləndirilir. Sözügedən startap əvvəllər "Apple"ın keçmiş dizayneri Coni Ayv ilə əlaqəli olub.
"Mira"nın qabaqcıl məhsullarından biri "Prism Pro" əlavə reallıq qulaqcığıdır. Şirkətin bu avadanlığın tədarükü üçün ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə müqavilələri var. Sonuncu "Mira"ya təxminən 702 min dollar ödəyib. Nəşr hesab edir ki, "Apple" birləşmədən sonra "Mira"nın ordu ilə əməkdaşlığını dayandıracaq.
"Mira"nın digər əsas müştərisi Nintendodur. O, Yaponiya və Los Ancelesdəki əyləncə parklarında Mario Kart attraksionu üçün startapdan qulaqlıqlar alır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam