Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Şahzadənin toyu oldu -Xanım Bayden də iştirak etdi (FOTOLAR)

İordaniyanın vəliəhd şahzadəsi Əl Hüseyn bin Abdullahın toy mərasimi keçirilib. 

Yenixeber.org:  O, Səudiyyə Ərəbistanından olan Rəcva Əl Seif adlı xanımla ailə həyatı qurub. 

İordaniyanın paytaxtı Əmmanda yerləşən Zəhran sarayında keçirilən toyda mötəbər qonaqlar, eləcə də ABŞ prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cil Bayden və qızı Eşli Bayden iştirak edib. ABŞ-ın Əmmandakı səfirliyinin rəsmi "Tvitter" hesabında paylaşılan videoda Co Bayden və xanımı Cil Bayden vəliəhd şahzadəni təbrik edib. 

Malayziya Kralı Sultan Abdulla Şah, Niderland Kralı Villem Aleksandr, İraq Prezidenti Əbdüllətif Rəşid, Livanın Baş naziri Nəcib Mikati, Küveyt vəliəhdi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya üzrə dövlət naziri Tarık Əhməd də qonaqlar arasında olub. 

Toyda şahid qismində kral II Abdullah, həmçinin şahzadə Həsən bin Talal və gəlinin atası iştirak edib. Gəlin livanlı dizayner tərəfindən hazırlanan ağ don, şahzadə Abdullah isə hərbi forması geyinib. Toy günü ölkədə rəsmi tətil elan edilib. 

Toy mərasimindən sonra gəlin və bəy keçmiş İordaniya kralı Hüseyn bin Təlalın avtomobillərindən olan 1984-cü il istehsalı ağ rəngli “Range Rover”ə minərək “Qırmızı Alay” adlı toy karvanının müşayiəti ilə Əmmanın qərbindəki Hüseyniyyə Sarayına gəliblər. Kral vəliəhdin toyu münasibətilə sarayda ziyafət verib. 

Qeyd edək ki, Kral II Abdullahın Şahzadə Hüseyn (29), Şahzadə Haşim (18), Şahzadə İman (27) və Şahzadə Səlma (23) adlı 4 övladı var. Konstitusiyaya əsasən Şahzadə Hüseyn bin İordaniya taxtının qanuni varisidir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam