Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Niderland Baş naziri:Ukrayna üçün "Partiot" koalisiyamızı genişləndirməliyik

"Ukrayna qalib gəlməlidir və bunun mümkün olması üçün biz əlimizdən gələni etməliyik".

Yenixeber.org:  Bunu Niderlandın Baş naziri Mark Rutte Avropa Siyasi İcmasının Moldovada keçirilən sammitində çıxışında deyib.

"Məsələn, Ukrayna hava qüvvələrinin imkanlarını daha da genişləndirmək üçün döyüş təyyarələri ilə bağlı beynəlxalq koalisiyanın qurulması kimi addımlar atmalıyıq. Niderland Böyük Britaniya və digər tərəfdaşlarla birlikdə Ukrayna pilotlarının F-16 təyyarələrində təlimlərinin mümkün qədər tez başlamasını planlaşdırır. Hesab edirəm ki, bu addım Ukraynanın özünümüdafiəsini uzun müddət üçün də təmin edəcək. Lakin biz həmçinin artıq mövcud olan "Partiot" sistemləri ilə bağlı koalisiyamızı genişləndirməliyik. Bu koalisiyada ABŞ, Niderland və Almaniya iştirak edir. Biz artıq şahid olmuşuq ki, bu sistemlər Kiyevdə yaşayan insanları necə qoruyur. Ona görə də biz "Patriot" sistemlərinə malik olan daha çox ölkələrin bu koalisiyaya qoşulmasını istəyirik. Mən bu gün daha çox tərəfdaşımızı buna inandırmağa çalışacağam", - Rutte vurğulayıb.

"Hər gün cəbhə xəttindən, eyni zamanda, Kiyevdən necə dəhşətli görüntülərin gəldiyini görürük. Hamımız bilirik ki, bu müharibə öz-özünə bitməyəcək və eyni zamanda, bilirik ki, bütün müharibələrdə geriləmə olur. Biz bu müharibədə Ukrayna tərəfinin geriləməsini görmək istəmirik, lakin əgər geriləmə olarsa, Ukrayna bilməlidir ki, o bizim hamımıza arxalana bilər. Belə çətin anlarda daha çox humanitar, hərbi və maliyyə dəstəyi verməliyik. Zelenski, bu bizim hamımızın sizə olan öhdəliyidir.

Ukrayna qalib gəlməlidir və mən inanıram ki, Ukrayna qalib gələcək!"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam