Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

PUA-lar Moskvaya hücum edib-Bir neçə binaya zərbə endirib

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin özünün teleqram kanalında dronların şəhərə hücum etdiyini bildirib.

Yenixeber.org:  Mer uçan pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib.

Məlumata görə, mayın 30-da səhər saatlarında PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib.

"Hazırda heç kim ciddi xəsarət almayıb", - mer yazıb.

O, əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Mer həmçinin yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.

Bundan əvvəl hadisə şahidləri Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verdiyini bildiriblər.

Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə Atlasova küçəsi, ev 11-də baş verib.

FHN yaşayış binasında partlayışa pilotsuz təyyarənin səbəb ola biləcəyini ehtimal edib.

Bundan əlavə, Baza Telegram kanalı yazıb ki, Moskva yaxınlığındakı Odintsovo sakinləri partlayış səsləri barədə məlumat verirlər. Leninski prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam