Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Kremlə PUA hücumunda ukraynalıların əli ola bilər" -CNN

ABŞ kəşfiyyatı Kremlə pilotsuz uçuş aparatlarının hücumunda ukraynalıların əli ola biləcəyinə inanır. Kəşfiyyatçıların fikrincə, hadisənin arxasında Ukrayna xüsusi əməliyyat qüvvələri dayana bilər.
Yenixeber.org: CNN-n yazdığına görə, Amerika kəşfiyyatı Ukrayna rəsmilərinin Kremlə hücumda bir-birini ittiham edən səs yazılarına diqqət çəkib. Bu, ABŞ-ı hadisədə ukraynalıların əli ola biləcəyi qənaətinə gəlməyə vadar edib. Dinlənilən bəzi danışıqlarda Ukrayna hərbi və kəşfiyyat sahəsinin nümayəndələri hücumun xüsusi əməliyyat qüvvələri tərəfindən həyata keçirildiyini ehtimal edirlər.
“Lakin ABŞ kimin məsuliyyət daşıdığına dair qəti bir nəticəyə gələ bilməyib və hadisənin arxasında Ukrayna qrupunun ola biləcəyini çox az əminliklə qiymətləndirir”, - CNN bildirib.
ABŞ rəsmiləri deyirlər ki, Ukrayna prezidenti Volodimir Zelenskinin və ya rəsmilərin əməliyyata göstəriş verməsi ehtimalı azdır. Kəşfiyyat həmcinin hücumun dövlət tərəfindən maliyyələşdirilməsi ehtimalını da istisna edib.
Nəşrin məlumatına görə, Kreml hücumdan sonra daxili təhlükəsizlik sistemində dəyişikliklər edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Moskvanın hava hücumundan müdafiə sisteminin gücləndiriləcəyini açıq şəkildə bəyan etmişdi.
Mənbələr CNN-ə bildiriblər ki, Kremli vuran PUA kiçik olub. Lakin onların Ukraynadan Moskvaya uça bilib-bilməyəcəyi məlum deyil.
Xatırladaq ki, mayın 3-nə keçən gecə Moskvanın mərkəzində partlayış səsləri eşidilib. Daha sonra Rusiya hakimiyyəti Kremlə pilotsuz uçan aparatlarla hücum olduğunu elan etmişdi

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam