Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Amnesty İnternational:“İranda edamların sayı kəskin şəkildə artıb”

İnsan haqlarının müdafiəsi üzrə beynəlxalq “Amnesty İnternational” təşkilatı İran və Səudiyyə Ərəbistanında edamların sayının kəskin artımı barədə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda 2021-ci illə müqayisədə 2022-ci ildə ümumilikdə dünya üzrə edam olunanların sayının 53% artdığı qeyd edilir.
Yenixeber.org: “Amnesty İnternational” təşkilatının yeni hesabatında İran və Səudiyyə Ərəbistanında insanların edamında nəzərəçarpacaq artım olduğu deyilir. İran bir ildə 83% artımla edamlarda ən yüksək neqativ nəticəni göstərib. Mütləq rəqəmlərdə bu hesabat dövründə edam olunanların sayının 314-dən 576-ya qədər yüksəlməsi deməkdir.
Son ayları hökumət əleyhinə “Qadın, Həyat, Azadlıq” etirazlarının qızğın çağına təsadüf edən 2022-ci ildə İranda edamların artması faktlarının bir çox hallarda hökumətin öz hesabatlarında gizlətdiyi də vurğulanır.
Təşkilatın baş katibi Anis Kalamar bu sahədə İrandakı vəziyyəti ciddi tənqid edib: “Bu yaxınlarda xalq üsyanına son qoymaq üçün çarəsiz bir cəhdlə İran hakimiyyəti insanları sadəcə etiraz hüququndan istifadə etdikləri üçün edama göndərdi”.
Amnesty International-ın hesabatına görə, ötən il 2021-ci ildə bu rəqəm 18 ölkədə 579 edildiyi halda, keçən il 20 ölkədə ümumilikdə 883 nəfər edam olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam