Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ konqresmenləri İranın raket və PUA-larını hədəf aldılar

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol, habelə Komitənin bir neçə respublikaçı və demokrat konqresmeni İranın raket və pilotsuz uçuş aparatlarının fəaliyyətinə sanksiya tətbiq olunması planını təqdim ediblər.
Yenixeber.org: ABŞ konqresmenlərinin təşəbbüsü hələ İranın raket proqramına qarşı BMT-nin 2231 saylı qətnaməsi çərçivəsində tətbiq edilən məhdudiyyətlər başa çatmamış irəli sürülüb.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Makkolla yanaşı bu planı hazırlayıb təqdim edənlər sırasında habelə sözügedən komitənin yüksək vəzifəli üzvü, demokrat Qreqori Miks, onun partiya üzrə həmkarı Din Fillips, habelə respublikaçı, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya alt komitəsinin sədri Co Vilson yer alıblar.
ABŞ konqresmenləri öz təşəbbüslərini Rusiya-Ukrayna müharibəsində İranın hərbi-texniki təchizat baxımından Moskvaya dəstək verməsinin qlobal miqyasda böyük bəlalara yol aça bilməsi təhlükəsi prizmasından əsaslandırıblar.
“BMT-nin məhdudiyyətləri olsa belə, İran raketləri və pilotsuz təyyarələri Yaxın Şərqdəki qoşunlarımızı, müttəfiqlərimizi və tərəfdaşlarımızı hədəfə alaraq Vladimir Putinin Ukraynaya qarşı qeyri-qanuni və aqressiv müharibəsini getdikcə daha da gücləndirir. Təcili tədbirlər görülməsə, İranın raketləri və pilotsuz təyyarələri oktyabr ayında bütün dünyada daha böyük fəlakətlərə səbəb ola bilər” – konqresmenlərin verdiyi bəyanatda deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam