Ukraynada prinsipial olaraq yeni təhlükəsizlik konsepsiyası hazırlanacaq.
Yenixeber.org: Bunu prezident Vladimir Zelenski deyib.
“Bu gün mən təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirdim, bu, Ukrayna üçün prinsipial olaraq yeni təhlükəsizlik konsepsiyasının hazırlanması ilə bağlı idi”, - dövlət başçısı özünün Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.