Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Kanada İrana yeni sanksiyalar tətbiq edib

Kanada İranda sistematik insan haqları pozuntularına görə 1 quruma və 9 şəxsə sanksiya tətbiq edib.
Yenixeber.org: Bu haqda Kanada hökuməti bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ölkə daxilində və xaricdə insan haqları pozuntularına görə İrana qarşı əlavə sanksiyalar tətbiq edilir.
“Kanada İran rejiminin kobud və sistematik insan haqları pozuntularına, o cümlədən qadınlara qarşı təqiblərinə cavab olaraq ona qarşı yeni sanksiyalar tətbiq edir. Bu tədbirlər həm də İran rejiminin beynəlxalq sülh və təhlükəsizliyi davamlı şəkildə pozmasına cavabdır”, - bəyanatda qeyd edilir.
Sanksiyalar siyahısında qeyd olunan şəxslər arasında Məhsa Əminini həbs edən Əxlaq Polisi bölməsinin üzvləri (Enayatullah Rafiei, Fatimə Qurban Hüseyni, Parastou Səfəri, Əli Xoşnəmvənd, Pərviz Əbsalan) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sistan və Bəlucistan vilayətindəki rəhbərinin müavini də var.
Kanada həmçinin Rusiyanı pilotsuz aparatlarla təmin edən İranın əsas dron istehsalçısı "Paravar Pars"ın yüksək rütbəli rəhbərliyini də sanksiyalar siyahısına daxil edib. Bundan əlavə, Rajaei Şəhr həbsxanası (dövlət edamlarının baş tutduğu həbsxana) da sanksiyaya məruz qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam