Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Kennedi prezident seçkilərində namizədliyini açıqladı

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas Robert F.Kennedi kiçik 2024-cü il seçkilərində prezidentliyə namizədliyini rəsmən elan edib.
Yenixeber.org: Kennedi Demokratlar Partiyasından namizəd olacaq.
Massaçusets ştatının Boston şəhərindəki çıxışında prezidentliyə namizədliyini açıqlayıb. O, dövlət və korporativ hakimiyyətin korrupsioner birləşməsinə son qoymağa çalışacağını söyləyib və orta sinfin səlahiyyətlərinin artırılmasını vurğulayıb.
Kennedi artıq prezidentliyə namizədliyini rəsmən elan etməyə hazırlaşan hazırkı prezident Co Baydenin Demokratlar Partiyasından ikinci rəqibidir.
Məşhur yazıçı Marianne Villiamson Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.
Respublikaçılar Partiyasından namizədliyini elan edənlər arasında keçmiş prezident Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, siyasətçi Stiv Laffi, gənc multimilyonçu Vivek Ramasvami və iş adamı Perri Conson var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam