Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSLARIN YENİ İMPERİYA LAYİHƏSİ MƏHV OLACAQ

 

“Bolşeviklər və nasistlər bu gün bizə nəyi öyrədə bilərlər”

"Xeberinfo.com":  Nə vaxtsa dağılmış imperiyanı bərpa etməyə can atan hansısa hərəkatlar, partiyalar və insanlar bütün postimperiya metropoliyalarında daima mövcud olub. Sözsüz ki, belə qüvvələr postsovet Rusiyasında da öz varlıqlarını göstəriblər və bu cür nümunələrdən biri də 1990-cı illərin əvvəllərində Vladimir Jirinovski və onun “Liberal-Demokrat Partiyası”nın açıq şəkildə imperiyanın bərpasına çağırışlar etməsi idi.

Yüz illiklər və ya on illiklər ərzində öz ərazilərini itirən, dağılmış imperiyaların yerində bərqərar olan metropoliyalar – əsas etibarı ilə reallıqla barışmaq məcburiyyətində qalaraq, əvvəlki imperiyanın yenidən bərpa olunmasına çox nadir hallarda ciddi cəhdlər göstəriblər. Ancaq buna baxmayaraq, imperiyanın çökməsini yaşayan metropoliya həmişə imperiya ideologiyasına dayanmaq mədəniyyətini nümayiş etdirməklə yanaşı, mərkəz ilə periferiya arasında iqtisadi və sosial əlaqələr qurmaqda davam edib. Belə bir şərait isə siyasi elitanın imperiyanı dirçəltmək barəsində düşünməsinə hansısa müəyyən bir zəmin də yaradır.

Dağıldıqdan sonra imperiyanın yenidən bərpa edilməsinə mərkəzin cəhd göstərməsi barəsində yaxşı nümunə var. 1918-20-ci illərdə hakimiyyətə gələn bolşeviklər, imperiya ideologiyasından və mövcud olan struktur əlaqələrdən yararlanaraq, keçmiş Rusiya imperiyasının böyük bir hissəsini bərpa etməyi bacarmışdılar. Alman nasistləri də bu cür ideologiya və həmçinin də keçmiş struktur əlaqələrinin köməyi ilə 1940-cı ildə üçüncü Reyxin yaradlımasına müyəssər ola bilmişdilər.

smlh305

1990-cı illərdə Rusiya deputatları və intellektualları arasında imperiya konsepsiyası yenidən populyarlıq qazanmışdı və Putinin hakimiyyətə gəlişindən sonra isə Rusiya özünün yaxın qonşularının suverenliyinə qarşı daha çox hücum çəkməyə başladı. Rusiya elitası iqtisadi sxem üzərindəki formalardan istifadə etməklə, qonşularını öz iqtisadiyyatına bağlamağa səy göstərməklə, yenidən imperiyalaşma siyasətini həyəta keçirməyə çalışır. Moskva yumşaq güc formasında rus dünyasının birliyinin təmin edilməsi təbliğatını, digər tərəfdən isə rusların və rus dilli əhalinin müdafiə olunması adı altında kobud güc nümayişinə əl ataraq, 2008-ci ildə Gürcüstan, 2014-15-ci illərdə isə Ukraynaya müdaxilə etdi.

Analitik dairələrdə Veymar Almaniyasının ”Veymar Rusiyası” (burada 1918-33 cü illərdəki Veymar Respublikası və 1918-22-ci llərdəki Rusiya nəzərdə tutulur) ilə müqayisə olunmasını məqsədəuyğun sayırlar. Çünki dağıldıqdan sonra onların hər ikisi də ağır iqtisadi sınaqlarla üz-üzə qalmışdı və onların hər ikisi də çöküşün əsl günahını demokratlarda axtarırdılar. Həm Almaniya, həm də Rusiya öz imperiya ənənələri və xalqlarının mədəniyyətləri ilə öyünərək, bununla təsəlli tapırdılar. Hər iki ölkə xalqın imperiya böyüklüyünü özünə qaytarmağa söz verən güclü liderlərin hakimiyyətə gəlməsinin şahidi oldu və hər iki dövlətin imkanları artdıqdan sonra, onlar həm yumşaq və həm də ki, qaba güc tətbiq etmək yolu ilə qonşularının ərazısinə soxuldular.

Bu analizdən iki nəticə çıxarmaq olar:

Birincisi – Rusiya-Ukrayna müharibəsi xarici faktorlardan, yəni yaxın qonşuları tərəfindən yarana biləcək təhlükələrdən deyil, Rusiyanın postimperiya sisteminin mədəni, iqtisadi və institusional quruluşundan qaynaqlanaraq, yalnız onun daxili dinamikasından irəli gəlir. Əgər vəziyyətə həmin mövqedən yanaşsaq, onda görərik ki, Versal müqaviləsinin Almaniya üçün müəyyən mənada cəza xüsusiyyəti daşımasına baxmayaraq, əsl həqiqətdə bu, Hitler və nasistlərin təcavüzkarlığının başlıca səbəbi sayıla bilməz. Əlbəttə, ola bilər ki, NATO və Qərb Rusiyanı qıcıqlandırır, lakin bu Moskvanın yaxın qonşularına qarşı təcavüzkar hərəkətlərə baş vurmasının əsl səbəbi ola bilməz.Rusiyanın Gürcüstan və Ukraynada apardığı müharibələr, imperiyanın çöküşü, rejimin xarakteri və onun lideri Putinin sistematik olaraq imperiyanı bərpa etməyə cəhd göstərməsindən qaynaqlanır.

İkincisi- Putinin imperiyanı bərpa etmək istək və cəhdlərinin nə ilə nəticələnəcəyi hələlik tam aydın deyil. Bu yolda onlar ya bolşeviklər kimi uğur qazanacaqlar və yaxud da ki, nasistlər kimi böyük itkilər bahasına ağır məğlubiyyətə düçar olacaqlar. Məsələnin necə nəticələnəcəyi 1918-1922-ci illərdə Rusiyada olduğu kimi və 1939-1945-ci illərdə Avropada baş verdiyi kimi dağılmış imperiyaların keçmiş mərkəzi ilə periferiyalar arasındakı münaqişəyə digər böyük dövlətlərin hansı səviyyədə qoşulması faktorundan asılı olacaq. Beləki, tarixdən də çox yaxşı məlumdur ki, Rusiya ilə bağlı olan hadisədə digər böyük dövlətlər kənarda dayanmağa üstünlük verdilər və nəticədə bolşeviklər SSRİ adlı yeni böyük imperiya yaratdılar. Ancaq Hitler Almaniyasına gəldikdə isə, böyük dövlətlər ciddi şəkildə işə müharibə ilə müdaxilə etdilər və beləliklə də nasistlərin imperiya layihəsi dağıdıldı.

Hazırkı vəziyyətdə maraqlısı ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında gedən indiki müharibədə ABŞ, Almaniya, Fransa və Böyük Britaniya kimi iri dövlətlər Ukraynanın tərəfində durublar. Hadisələrin gedişi onu göstərir ki, Putinin imperiya layihəsi uğursuzluqla nəticələnəcək, lakin bunun nə zaman baş verəcəyi və həmin proses zamanı nə qədər insanın həlak olacağı hələlik bəlli deyil.

(The Washington Post)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam