Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şirkətokratiya” imperiyası:Dünyanı idarə edənlərin sistemi DE-ŞİFRƏ OLDU

“Şirkətokratiya” imperiyası:

 

“Bir iqtisadçı tətikçinin etirafları” kitabının müəllifi Con Perkins dünya və Türkiyə haqqında diqqətçəkən açıqlamalar verib

 



Yenixeber.org: Perkins dolların dəyərinin süni şəkildə şişirdilərək, Türkiyəyə qarşı iqtisadi zərbə hazırlandığını deyib.

“Tarixdə ilk dəfə qlobal bir imperiya quruldu. Bu, Amerika imperiyası, yaxud milli bir imperiya yox, bir şirkət imperiyasıdır. Bu böyük şirkətlər dünyanı idarə edir, yaxud idarə etməyə çalışır. Digər tərəfdən artan müqavimət var. Buna görə hələ də tam olaraq məqsədlərinə çata bilməyiblər. Tarixdə heç bir imperiya tam olaraq məqsədə çata bilməyib, ona görə də bu imperiyanın da çökəcəyinə ümid edə bilərik. Bu imperiyaya rəhbərlik edən güc böyük banklar və böyük investorlardır. Kimya, tekstil, kənd təsərrüfatı kimi sektorlar da bu imperiyaya daxildir. Pul həmişə böyük gücdür. Buna görə də onların təsiri böyükdür. Əsas məqsədi imperiya qurmaqdır, mən də iqtisadçı tətikçi olaraq tarixdə hərbi güc istifadə edilmədən ilk dəfə imperiya qurmaq fikrinin bir hissəsiydim. Bu gün az sayda insan piramidanın təpəsində oturub və deyir: “Biz sizi qoruyacağıq, biz lorduq, siz əhali. Lakin bizə pul ödəməlisiniz, əgər bunu etsəniz, sizi qoruyarıq”. Kimdən qoruyacaqlar? Əslində, özlərindən qoruyurlar. Fikrimcə, dünya artıq oyanır. Bəhs etdiyim banklar piramidanın təpəsində oturur, biz oyanmağa başlayırıq və piramidanı yavaş-yavaş yox edirik. Mən bütün məsələnin böyük baronlarla yeni imperiya yaratmaq olduğunu anladım. Biz buna “şirkətokratiya” deyirik, lakin bunları məktəbdə öyrətmirlər. Bunu şəxsi təcrübəmdə öyrəndim. Anladım ki, ölkələrə verilən kreditlərin məqsədi heç də yardım etmək deyil, sadəcə olaraq, baronlar qazanırlar”, - deyə Perkins qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam