Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Qarabağı işğal edəcək?

 

      "The New York Times" Rusiyanın Qafqazdakı planlarını analiz edib

 

      "Xeberinfo.com": "Son həftələr Moskva, Ermənistan və Azərbaycan arasında münaqişəni kəskinləşdirdi, daha sonra isə hər iki ölkə üçün sülhü bərpa edən tərəf oldu". 
Məlumata görə, bu haqda "The New York Times"da nəşr edilən məqalədə deyilir. Müəllif Brenda Şeffer qeyd edir ki, öz həllini tapmamış münaqişə Rusiya qoşunlarına regiona girməyə və hər iki tərəfi buna məcbur etməyə imkan verir.
Onun sözlərinə görə, Rusiya qoşunları bölgədə olduğu müddətdə bu iki ölkə Qərblə sıx əməkdaşlıq edə bilməyəcək:
"Açıq müharibənin yenidən alovlanması Rusiyanın sülhməramlılıq bəhanəsi ilə bölgəyə əlavə qoşunlar göndərməsinə imkan verəcək. Rusiya bu addımlarla həmçinin, Avropanın Rusiya yanacağından asılılığını azaldacaq regiondakı böyük qaz layihəsinin ləğvinə səbəb ola bilər. ABŞ prezidenti Barak Obama Putini Qafqazdan kənarda tutmaq üçün Azərbaycan və Ermənistan prezidentlərini Vaşinqtona dəvət etməli və göstərməlidir ki, Amerika Cənubi Qafqazı tərk etmir", – deyə Şeffer qeyd edib.
Müəllifin fikrincə, Qərb Moskvanın daha bir regionu tutmasının qarşısını almaq üçün yeni strategiyaya ehtiyac duyur: "Dağlıq Qarabağ Rusiyanın dağılmış imperiyanın bərpası üçün göstərdiyi növbəti səylərindən biridir. Əgər Cənubi Qafqaz öz müstəqilliyini itirərək Rusiyanın tərkibinə daxil olarsa, onda bu, Amerika üçün ölümcül zərbə olacaq", – deyə politoloq bildirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam