S-400, yoxsa “Patriot”: Hansı daha güclüdür? - MÜQAYİSƏ
Son günlər Türkiyə ilə Rusiya arasındakı münasibətlər yenidən gərginləşməyə başlayıb. Suriyada 34 Türkiyə əsgərinin öldürülməsindən sonra bu ölkənin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri yenidən gündəmə gətirilib.
Yenixeber.org: Ötən il Türkiyə əsas hərbi müttəfiqi olan ABŞ-ın təklif etdiyi “Patriot” HHM-lərdən imtina edərək Rusiya istehsalı olan S-400 HHM-lərini almağa üstünlük verdi.
Lakin, ötən həftə Suriya ərazisində Rusiya təyyarələri tərəfindən Türkiyə hərbçilərinə qarşı olan hava hücumundan sonra mətbuatda Türkiyənin S-400 alması tənqid olunmağa başlayıb. S-400, yoxsa “Patriot” mövzusu yenidən Türkiyə mətbuatının gündəminə çevrilib.
Mövzunun aktuallığını nəzərə alaraq S-400 və “Patriot”un əsas texniki göstəricilərini təqdim edirik:
S-400 | “Patriot” | |
Növü | Uzun və orta mənzilli zenit raket sistemi | Uzun mənzilli zenit raket sistemi |
İstifadəyə verilib | 2007-ci il | 1982-ci il |
Ağırlığı | 1900 kq | 900 kq |
Uzunluğu | 7,5 m | 5,31 m |
Hədəfi aşkarlama məsafəsi | 600 km | 150 km |
Hədəfi aşkarlama müddəti | 10 saniyə | 8-10 saniyə |
Vurulan hədəfin maksimal sürəti | 4800 m/s | 2500 m/s |
Hədəfi vurma məsafəsi | 60-150 km | 45-150 km |
Hədəfi vurma hündürlüyü | 27 km-ə qədər | 25 km-ə qədər |
Eyni anda atəş açma | 36 atəş | 8 atəş |
Təxmini qiyməti | 500 milyon dollar | 2 milyard dollar |
İstifadəçi ölkələr | Rusiya, Çin, Belarus, Türkiyə, Hindistan | ABŞ, Almaniya, Yunanıstan, İordaniya, İspaniya, Küveyt, Hollandiya, Yaponiya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, |